
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla şəxsən danışıqlar apardığını bildirib. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.
“Bəli”, - deyə D.Ttramp jurnalistin müvafiq sualına lakonik cavab verib.
D.Tramp bir qədər sonra jurnalistlərin analoji sualına cavabında bu mövzuda çox danışmaq istəmədiyini bildirib.
“Prezidentlərin görüşünə dair danışıqlar ən yüksək səviyyədə aparılır”, - deyə prezident qeyd edib.