
Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər. Trend-in məlumatına görə, bu barədə ölkənin qanunverci orqanının mətbuat xidmətindən bildirilib.
Mətbuat xidməti qeyd edib ki, qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.
Yaxın vaxtlarda deputatların qərarı respublika prezidenti Sooronbay Jeenbekova göndəriləcək və o, qanunverciliyə uyğun olaraq Nazirlər Kabinetini istefaya göndərmə, yaxud deputatların qərarı ilə razılaşmamaq hüququna malikdir.