
Rusiya Hava Qüvvələri Dəməşqin cənubunda İŞİD terrorçularının hədəflərinə avia zərbə endirib. FaktXəbər "Əl-Məsdər" agentliyinə istinadən bildirir ki, hava hücumu Yərmuk düşərgəsi və Həcərul əsvəd məntəqəsində İŞİD-lə əldə olunan razılaşmanın pozulmasından sonra başlayıb.
Suriya ordusunun əməliyyatına dəstək verən Rusiya Hava Qüvvələri Dəməşqin cənubundakı IŞİD nöqtələrini vurub. Avia zərbələr Suriya ordusunun qurudan apardığı əməliyyatının önünü açmaq məqsədi daşıyır.