
Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya vahid vaxta keçəcək. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə KXDR-in Ali Xalq Məclisi fərman imzalayıb.
Fərmana əsasən, cari il mayın 5-dən saat 30 dəqiqə qabağa çəkilərək Cənubi Koreyadakı zamanla uyğunlaşdırılacaq. Şimal və Cənubi Koreyalarda vahid vaxtın olması prezidentlərin görüşü zamanı razılaşdırılmışdı.