
Fələstin Azadlıq Təşkilatının İcra Komitəsi Fələstin prezidenti Mahmud Abbası sədr postuna yenidən seçib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Wafa" agentliyi məlumat yayıb. Bildirilir ki, qərar Fələstin Milli Şurasının Rəmallahda keçirilən iclasında yekdilliklə qəbul olunub.