
Son 24 saat ərzində ABŞ-da 1,2 mindən çox insan yeni koronavirusun səbəb olduğu xəstəlikdən ölüb. Bu, dünyada xəstəliyin başlanmasından bəri sutka ərzində qeydə alınan ən çox ölüm hadisəsidir.
Trend-in məlumatına görə, müvafiq məlumatları Con Hopkins Universiteti təqdim edir.
Universitetin saytında yerləşdirilən məlumata görə, son sutka ərzində COVID-19 (koronavirusun səbəb olduğu xəstəlik) nəticəsində 1243 nəfər ölüb. ABŞ-da yeni koronavirusa yoluxanların sayı 215,417 nəfərə çatıb, 5116 nəfər vəfat edib.
Sutka ərzində ən çox COVID-19 qurbanı üzrə əvvəlki antirekord martın 27-də İtaliyada qeydə alınıb, ölkədə xəstəlikdən 969 nəfər olmüşdü.