
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iyulun 26-da prezident Donald Trampı pandemiya ilə mübarizəyə yanaşmasına görə tənqid edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Pelosi bu barədə CBS telekanalının efirində bildirib.
O, Trampın pandemiyanın ilk günlərindən vəziyyəti daha da ağırlaşdırdığını deyib.
Spiker ABŞ liderinə yeni ləqəb verməyi təklif edib: “Onun üçün yeni bir ad irəli sürə bilərəm – “Vəziyyəti daha da pisləşdirən cənab””.
Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 4,99 milyondan çox koronavirusa yoluxma qeydə alınıb, 146 mindən çox insan ölüb.