
Belarusda prezident seçkilərində seçici iştirakı 84,05 faiz təşkil edib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə 81,35 faiz səs toplayb. Qeyd edilir ki, seçici səslərinin sayına görə ikinci yerdə Svetlana Tixanovskaya qərarlaşıb. Ona ölkə seçicilərinin 8 faizi səs verib.
Ölkədə 6,8 milyon seçicinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçenin, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dmitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliklərini qeydə alıb.