![“Hazırda “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır” “Hazırda “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır”](/uploads/posts/2021-07/thumbs/1625198840_0001.jpg)
“Hazırda koronavirusun “Delta” ştammı azı 96 ölkədə mövcuddur və peyvənd olunmayanlar arasında sürətlə yayılır.
APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.
Onun sözlərinə görə, “Delta” müəyyən edilmiş COVID-19-un ən yoluxucu variantıdır: “Koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməliyik”.