“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” .....                     Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” .....                     İran dayanmadan təkrarlayır: .....                     Paşinyan Münhenə getdi .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                 

ABŞ mövqelərini sürətlə tərk edir - Əfqanıstandan sonra körfəz ölkələrindən çıxır
Tarix: 15-07-2021, 09:15 | Çap et
ABŞ mövqelərini sürətlə tərk edir
ABŞ Yaxın Şərqdə, əsasən də körfəz ölkələrinə (Səudiyyə, Qətər, BƏƏ və sair) yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərini çıxarır.

Bəzi ekspertlərə görə, bu HHM-lər Asiya-Sakit okean regionuna, yəni Çin və Şimali Koreya tərəfə, bəzilərinə görə isə Rusiya cəbhəsinə, Ukrayna və Şərqi Avropanın digər ölkələrinə yerləşdiriləcək. Yaxın Şərqdən çıxarılması o deməkdir ki, ya ABŞ artıq orada ciddi təhlükə, yəni İranla münaqişə gözləmir, ya da İranla razılaşmaq məqsədilə etimad mühiti yaratmaq üçün edir. İstənilən halda ekspertlər bunu maraqlı gediş kimi qəbul edirlər. Çünki ABŞ ordusu hazırda Əfqanıstandan da çıxır. Üstəlik, İraqda amerikan ordusuna qarşı ciddi təzyiq var. Ümumi olaraq belə demək olar ki, Amerika prezidenti Co Bayden kartları qarışdırıb yenidən düzəcək. Onun gəlişindən sonra ABŞ-ın bütün dünyada, əsasən Yaxın Şərqdə siyasətini dəyişdiyini söyləmək olar.

Hər kəsə məlumdur ki, Amerika heç bir bölgəyə səbəbsiz girmir, heç yerdən də səbəbsiz çıxmır. “Gedirəm” deyirsə, demək, getdiyi yerdə yeni savaş, qan-qada olacaq...

Onun gedişi də gəlişi kimi qan-qada ilə müşayiət olunacaqmı?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayevin bu istiqamətdəki fikirləri maraqlıdır: “Öncədən təxmin edildiyi kimi, Bayden hakimiyyətə gələndən sonra ilk növbədə, ABŞ-ın xarici siyasətinə, xüsusilə konfliktli ərazilərdə mövcudluğuna ciddi korrektələr edəcək. Belə də olur. Amma bu addım əsla ABŞ-ın qarşıya qoyduğu məqsəddən imtinası kimi qəbul olunmamalıdır. Hesab edirəm ki, əksinə, uzun illərdir ki, hədəflədiyi məqsədlərinə çatmaq üçün fərqli strategiya hazırlanır. Çünki vəziyyət göstərir ki, Obama və Tramp dövrünün üsulları istənilən effekti verməyib. Yəni Suriyada Bəşər Əsəd hələ də yerindədir, Rusiyaya qarşı 2014-cü ildən tətbiq olunan sanksiyalar lazımi effekt verməyib, Belarusla körpülər yandırılıb və danışıqlar üçün hər hansı əl yeri qoyulmayıb, İranda rejim hələ ki fəaliyyətindədir və s. Mənə elə gəlir ki, ABŞ-ın körfəz ölkələrinin bəzilərindən özünə aid hava hücumundan müdafiə sistemlərini çıxarması ilə bağlı olan söhbətlər məhz yeni strategiyanın tərkib hissədir. Bu addım əsla həmin körfəz ölkələrinin təhlükəsizliyinə təhdid yaratmır. Çünki birincisi, ABŞ həmin ölkələrdən tamamilə çıxmır, ikincisi isə son illər ABŞ tərəfindən silahlandırılan Səudiyyə Ərəbistanı bölgənin təhlükəsizliyini tam təmin edəcək qədər hərbi potensiala malikdir ki, bunun içində yeni nəsil bütün silahlar da daxildir. Son 10 ildə Səudiyyə Ərəbistanı yüz milyardlarla dollar dəyərində ABŞ-dan silah alıb. Hansı ki, bu silahların əksəriyyətini ABŞ hər dövlətə satmır. Bu o deməkdir ki, həmin yeni nəsil silahlar istismar adı altında öz mütəxəssislərinin nəzarətindədir.

Bu digər körfəz ölkələrinə də aid edilə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın yaxın illərdə əsas hədəfi Rusiya və İran ola bilər və bu ikisinin orbitində fırlanan dövlətlər də təbii ki açıq hədəfə çevriləcəklər. Eyni yanaşmanın hazırkı dövrdə Çinə tətbiq olunacağına isə inanmıram. Amma Şimali Koreya tamam başqa bir problem olduğunda hər zaman gündəlikdə olacaq. Aylar öncə məlum olanda ki, ABŞ Əfqanıstandan hərbi kontingentinin böyük hissəsini çıxaracaq, məlum idi ki, bu konkret strateji hədəfə hesablanmış addım idi. Bundan sonra baş verənlər «Taliban»ın Orta Asiya dövlətlərinin sərhədlərini nəzarətə götürməsi və hətta Rusiya hərbiçilərinin də qoruduğu sərhədləri keçməsi ilə nəticələnib. Bununla Rusiya üçün ciddi problem yaranıb. Proseslərin qarşısı alınmazsa, Orta Asiyada Rusiya hərbi kontingentinin cəlb olunacağı növbəti qaynar nöqtə yarana bilər. Son aylar Ukrayna və Rusiya arasında məlum hadisələrdən dolayı əsəb savaşı, hərbi əməliyyatların başlanması ilə bağlı xəbərdarlıqların özü belə nəbz yoxlaması ola bilər. Beləliklə, məlum olur ki, əgər ciddi hadisələr baş verməsə, Rusiya ABŞ-ın birbaşa iştirakı olmayan, amma tam nəzarətində olan 4-5 fərqli yerdə eyni vaxtda hərbi əməliyyatlara cəlb oluna bilər. Rusiya üçün yeni bir problem bir neçə gün öncə Moldovadan gəldi. Birmənalı qərbyönümlü Moldova prezidenti xanım Maiya Sandunun partiyası həftə sonu parlament seçkilərində mütləq çoxluqla qalib gələrək Moldovada Moskvanın əsas qalası olan Rusiyayönümlü parlamenti tam qərbyönümlü etdi. Moldovada parlamentin səlahiyyətləri çox böyük olduğundan hansı itkiyə sahib olduqlarını Kremldə yaxşı anlayırlar. Yəni qısa müddət sonra orada Dnestryanı ərazidə Moldovanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı addımlarını görə biləcəyik. Bu səbəbdən Şərqi Avropada müdafiə sistemlərinin gücləndirilməsini və hərbi kontingentin artırılmasını təbii qəbul etmək lazımdır. Göründüyü kimi, hadisələrin inkişafı fərqli formatlarda yeni qarşıdurmaların anonsunu artıq verir. Eyni zamanda görünən odur ki, sonunda nə olmasından asılı olmayaraq bundan sonra olacaq hadisələr sürətlə inkişaf edəcək”.

Siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Amerikanın bölgələrdən çıxışı onun xarici siyasətinin deyil, metodlarının dəyişməsi ilə bağlı ola bilər: “Ən qorxuducu odur ki, Amerika çıxdığı yerlərdə partlamasını gözləyən bombalar, hücrələr qoysun. PYD-ni misal çəkə bilərik. Dünyada, xüsusilə müsəlman dünyasında bir antiamerikanizm havası var. Digər tərəfdən isə onun çıxdığı yerlərdə Britaniya dolayısı ilə güclənir. Burada Türkiyənin artan nüfuzu var. Yerli oyunçular belə bir ortamda Türkiyə ilə çalışmasalar, yeni suriyalar əmələ gələ bilər. Rusiyaya gəldikdə isə Amerikanın qlobal mənada ”davası" onlarla deyil, ingilislərlədir. Ruslar burada, sadəcə, layihənin böyük regional tərəfidir. Rusların qorxuducu tərəfi hər dəfə kiçildikcə yeni daha güclü dövlət çıxardıb, dünyaya problem olmalarıdır. Rusiya imperiyası dağıldı, SSRİ gəldi. İndi oxşar oyunlar gedir. Daha mobil və yeni Rusiya təhlükəsini də amerikalılar nəzərə ala bilər. Bununla belə, amerikalıların çıxdıqları yerlər bölgəsəl olaraq Türkiyə və Pakistanın yaxın ətrafıdır. Ona görə də bu yeni konfiqurasiyada Türkiyə və Pakistanın sıx kordinasiyası lazımdır. Bizim də burada olmağımız lazımdır. Unutmayaq ki, yanımızda bir “amerikalı” Paşinyan var".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Bu gün, 22:44
Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Bu gün, 22:42
İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Bu gün, 22:39
Paşinyan Münhenə getdi
Bu gün, 22:38
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Bu gün, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Bu gün, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru