![Peskov "Sputnik Light" peyvəndini vurdurduqdan sonra hərarətinin olduğunu bildirib Peskov "Sputnik Light" peyvəndini vurdurduqdan sonra hərarətinin olduğunu bildirib](/uploads/posts/2021-11/thumbs/1636777953_777.jpeg)
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Sputnik Light” peyvəndi vurdurub.
APA-nın məlumatına görə, “Sputnik Light”a üstünlük verdiyini deyən Kremlin sözçüsü peyvəndi vurdurduqdan sonra gün ərzində hərarətinin olduğunu bildirib.
Peskov sözügedən peyvəndin keyfiyyətindən danışarkən orqanizmdə antitellərin yüksək səviyyədə qaldığını vurğulayıb.