Ankara böhrandan çıxır, yeni dönəm başlayır - GƏLİŞMƏ
Tarix: 27-11-2021, 08:57 | Çap et
![Ankara böhrandan çıxır, yeni dönəm başlayır Ankara böhrandan çıxır, yeni dönəm başlayır](/uploads/posts/2021-11/thumbs/1637989034_0001.jpg) “24 noyabr 2021-ci ildə Yaxın Şərq siyasi tarixində önəmli hesab ediləcək hadisə baş verdi. 9 ildən sonra Birləşmiş Ərəb Əmirliyinin vəlihəd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyan Türkiyəyə səfər etdi və Prezident Rəcəb Tayyib Ərdoğanla öncə təkbətək, sonra isə nümayəndə heyətlərinin də iştirakı ilə görüşdü. Bu görüş çərçivəsində iki ölkə arasında əsasən iqtisadi sahəni əhatə edən 10 müqavilə imzalandı. Əbu Dabi İnkişaf Holdinqinin İdarə Heyətinin sədri Məhəmməd Həsən əl Suvaidinin verdiyi açıqlamaya görə, ilk mərhələdə BƏƏ tərəfi Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq bir sərmayə qoyacaq”.
Bunu politoloq Samir Hümbətov bildirib. Politoloqun sözlərinə görə, baş tutmuş bu səfər 2012-ci ilin fevralından sonra əl Nahyan və Ərdoğan arasında baş tutan ilk təkbətək görüş olması baxımından da əhəmiyyətli hadisə hesab edilə bilər:
“Təbii ki, bu səfərin digər önəmli tərəfləri də var ki, onları da xüsusilə qeyd etmək lazımdır. Birincisi, bu səfərin Türkiyədə lirənin dollar qarşısında süni şəkildə sürətlə ucuzlaşması fonunda baş tutması və tərəflər arasında imzalanmış 10 milyard dollarlıq sərmayə qoyuluşunun türk lirəsini yenidən dəyər qazanmasına səbəb oldu. Bu da o deməkdir ki, Türkiyəyə qarşı oynanılan çirkin oyun pozulmuş oldu. İkincisi, "Ərəb baharı"ndan sonra tərəflər arasında korlanan münasibətlərin belə vaxtda yenidən canlanmasının özündə də xüsusi səbəblər var. BƏƏ Türkiyə ilə davam edən gərgin münasibətlərin ona xeyir gətirmədiyini, əksinə, Türkiyənin regionda artan rolunun onun milli maraqlarını kölgədə qoyduğunu yaxşı başa düşür. Çünki həm Liviyada, həm Suriyada, həm də Aralıq dənizində Türkiyənin sərgilədiyi mövqe hər kəs tərəfindən göründü. Üçüncüsü, uzun illər ittifaqda olduğu Səudiyyə Ərəbistan və Misir Türkiyə ilə yaxınlaşmağa başladı ki, bu da ittifaqın dağılması deməkdir. Həmçinin, Donald Trampın dövründə ABŞ-dan ciddi dəstək alan BƏƏ Cozef Bayden dövründə bu dəstəyi görə bilmədi. Əksinə, Bayden avtoritar dövlətləri demokratiya ilə hədələdi. Türkiyənin Qətərdə sərgilədiyi mövqe BƏƏ üçün ciddi siqnal oldu və görünür, əmirlik də bu mövqedən faydalanmaq niyyətindədir. Türkiyə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan regionun ən qüdrətli dövlətidir və İranla qarşılaşa biləcək tək dövlətdir. Bu və digər səbəblərə görə də BƏƏ Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu sərgiləməyə başladı”.
S.Hümbətov bildirib ki, Türkiyə üçün də BƏƏ ilə münasibətləri normallaşdırmaq vacib əhəmiyyətə malikdir:
“Burada həm maliyyə vəsaitlərinin çoxluğu, iqtisadi sahədə əməkdaşlıq, Aralıq dənizi məsələsində Türkiyənin qarşısında dayanan dövlətlərin sayının azalması və s. məsələlər baxımından önəmlidir. Diqqət çəkən digər önəmli məsələ bir neçə gün öncə İsrail baş naziri və İsrail prezidentinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi və tərəflər arasında normallaşma mərhələsinə keçən münasibətləridir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə tərəflər arasında mövcud olan münasibətlər daha da inkişaf etdirilə bilər. Hətta BƏƏ tərəfindən Türkiyəyə qoyulacaq sərmayənin həcmi bir neçə dəfə də arta bilər”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08 |
|
|
|
• Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05 |
|
|
|
• Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01 |
|
|
|
• Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59 |
|
|
|
• Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56 |
|
|
|
• Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53 |
|
|
|
• “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50 |
|
|
|
• Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48 |
|
|
|
• "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12 |
|
|
|
• Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11 |
|
|
|
• Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09 |
|
|
|
• Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07 |
|
|
|
• Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01 |
|
|
|
• Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59 |
|
|
|
• Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02 |
|
|
|
• Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09 |
|
|
|
• Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08 |
|
|
|
• Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
• Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42 |
|
|
|
• "Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39 |
|
|
|
• Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32 |
|
|
|
• Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18 |
|
|
|
• Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14 |
|
|
|
• Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10 |
|
|
|
• Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07 |
|
|
|
• Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00 |
|
|
|
• “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59 |
|
|
|
• Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57 |
|
|
|
• Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48 |
|
|
|
• Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44 |
|
|
|
• Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43 |
|
|
|
• İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39 |
|
|
|
• USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35 |
|
|
|
• BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33 |
|
|
|
• İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• "Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25 |
|
|
|
• "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23 |
|
|
|
• Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21 |
|
|
|
• “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16 |
|
|
|
• Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55 |
|
|
|
|