![İlyas İsmayılovun vəziyyəti necədir? İlyas İsmayılovun vəziyyəti necədir?](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739348344_0001.jpg)
Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhətində heç bir irəlləyiş yoxdur.
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın icra aparatının rəhbəri Mütəllim Rəhimov deyib.
Onun sözlərinə görə, sədrin vəziyyəti stabil-ağır olaraq qalır.
Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov 2024-cü ildə insult keçirib. Vəziyyəti ağır olan partiya sədri Mərkəzi Klinikanın reanimasiya şöbəsində müalicə alır.