![Moskava ilə Minsk 10 gün əvvəl başlanan hərbi təlimlərin müddətini uzadır Moskava ilə Minsk 10 gün əvvəl başlanan hərbi təlimlərin müddətini uzadır](/uploads/posts/2022-02/thumbs/1645416069_0001.jpg)
DİA.AZ: - Moskva və Minsk Donbassdakı vəziyyətə görə müttəfiq dövlətin silahlı qüvvələrinin yoxlanmasını davam etdirmək qərarına gəliblər. DİA.AZ xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin “Müttəfiqlərin Qətiyyəti - 2022” hərbi təlimlərin ilkin nəticələrinə yekun vurarkən deyib.
Xreninin sözlərinə görə, iki ölkənin hərbçiləri iki ölkənin müdafiə mərhələlərini daha ətraflı işləyəcəklər.
“Müttəfiqlərin Qətiyyəti - 2022” təlimləri Belarus ərazisində, Ukrayna ilə sərhədlərə yaxın ərazidə keçirilir.
Fevralın 10-da Belarusda başlayan hərbi təlimlər fevralın 20-də başa çatmalı idi.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov fevralın 17-də təlimlərin planlaşdırıldığı kimi, fevralın 20-də başa çatacağını deyib. Amma o da Rusiya qüvvələrinin bundan dərhal sonra Belarusu tərk edəcəyini söyləməyib.
NATO-nun şərq cinahı və Ukrayna ilə həmsərhəd Belarusda 30 min Rusiya əsgərinin iştirakıyla təlim keçirilir. Qərb Kremlin əsl niyyətindən narahatdır.
Belarusun Xarici işlər naziri Uladzimer Makey fevralın 16-da bildirib ki, Rusiya qüvvələri təlimlər bitən kimi Belarusu tərk edəcək.
Lukaşenka isə deyib ki, Rusiya qüvvələrinin “nə zaman, hansı şərtlərlə, hansı qrafiklə” çıxacağını Putinlə müzakirə edəcək.