![Netflix, TikTok, American Express Rusiyada xidmətləri dayandırır Netflix, TikTok, American Express Rusiyada xidmətləri dayandırır](/uploads/posts/2022-03/thumbs/1646629622_0001.jpg)
DİA.AZ: - Rusiyanın Ukraynada müharibəsilə bağlı Netflix və TikTok Rusiyada xidmətlərin çoxunu dayandırıblar. Martın 6-da American Express maliyyə şirkəti Rusiyada əməliyyatları dayandırdığını açıqlayıb.
DİA.AZ xəbər verir ki, TikTok yeni video postları və canlı striminqi bloklayıb. Netfilix də xidməti dayandırdığını bildirib, amma əlavə detalları açıqlamayıb. ABŞ-da yerləşən Netflix Rusiyada sövdələşmələri və orijinal proqram istehsalını daha əvvəl dayandırmışdı.
TikTok qadağanı işçilərinin və istifadəçilərinin təhlükəsizliyi, Rusiyanın yeni “saxta xəbər” qaydalarına əməl etməklə izah edib.