“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                 

Ermənistana sığınan rusiyalılar
Tarix: 8-03-2022, 12:55 | Çap et
Ermənistana sığınan rusiyalılar
Rusiya Ukraynaya irimiqyaslı hücumuna görə sanksiyalarla üzləşəndən Ermənistana sığınan rusiyalıların sayı artıb. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti xəbər verir.

Prezident Vladimir Putinin Ukraynaya qanlı hücumu Rusiyanı beynəlxalq miqyasda təcrid etməkdədir. Aİ-nin 27 üzvü daxil olmaqla 33 ölkə hava məkanını Rusiya şirkətlərinin üzünə bağlayıb.

Əhalinin əksəriyyətinin rusca danışdığı, hökumətinin Rusiyanın təcavüzünü pisləmədiyi, Kremlə qarşı sanksiyalara qoşulmadığı Ermənistan rusiyalılar üçün əlçatan sığınacaqlardır. Elə mediada işləyən rusiyalı Aleksey martın 3-də Yerevana çatıb.

Biletlər satılmışdı

“Mən Ermənistanla Gürcüstan arasında seçim etməli oldum, çünki artıq bəzi aeroportlar bağlanırdı. Logistik baxımdan mənim üçün ən asanı Yerevana gəlmək oldu”, – Aleksey deyir.

Ermənistan Rusiyanın başçılıq etdiyi KTMT üzvü, Rusiyanın strateji tərəfdaşıdır. Moskvanın Ermənistandan hərbi bazası var, Azərbaycanın Dağlıq Qarabağ ərazisinə də Rusiya hərbçiləri yerləşdirilib.

“The Guardian” qəzeti martın 3-də Moskvadan Yerevana, eləcə də İstanbul və Belqrada biletlərin qabaqcadan satılıb qurtardığını yazırdı.

Ermənistana gedən bəzi rusiyalıların radioya dediyinə görə, Rusiyada qalan dostları, tanışları məhz Qərbin sanksiyaları üzündən ölkədən getməyi düşünürlər, ya da artıq bunu həyata keçiriblər.

“Bir çox şirkətlərin yaxın gələcəkdə xaricə köçəcəyini eşitmişəm, çünki Rusiyada idxal, ixrac, maliyyə ilə bağlı sahələrdə biznes qurmaq daha mümkün deyil”, – kimliyini açıqlamaq istəməyən başqa bir rusiyalı deyib.

Şirkətlər köçür

Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobian martın 1-də iddia edib ki, Rusiyanın texnologiya şirkətləri qərbin sanksiyalarından qorunmaq üçün əməliyyatları Ermənistana köçürürlər. “Ondan çox şirkət artıq köçüb, digərləri isə yoldadır”, – nazir vurğulayıb.

Amma o, şirkətlərin adlarını açıqlamayıb.

Rusiyada texnologiya şirkətində işləyən, Yerevana bilet almış bir mühəndis qərarını təkcə iqtisadi səbəblərlə deyil, həmçinin ölkəsinin Ukraynaya hücumuna etirazıyla əlaqələndirir.

“Şirkətimiz getmək istəyənlərə kömək vəd edib, amma necə edəcəyini deməyib. Ona görə mən özüm gedirəm”, – adının çəkilməsini istəməyən qadın əməkdaş vurğulayıb.

Rusiyalı proqramı Yevgeni də ermənistana köçməyi planlaşdırır. O, Ermənistanın 20 minədək işçisi olan informasiya texnologiyaları sahəsində iş tapacağına ümid edir.

ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu ölkənin yüksək texnologiyalara çıxışını məhdudlaşdırmağı, şirkətlərinin xaricdə maliyyə tranzaksiyalarını çətinləşdirməyi nəzərdə tutur.

IT sektoruna maraq böyükdür

Rusiyalı peşəkarlar özəlliklə Ermənistanın IT sektoruna maraq göstərirlər, bəziləri artıq iş də tapıblar. Bunu Müasir Texnologiya Müəssisələri Birliyinin başçısı Hayk Çobanyan deyir. O, bir həftəyə rəqəmlərlə danışmağın mümkün olacağını söyləyib.

Prezident Putin Rusiyadan fərdlərin 10 min dollardan artıq vəsait çıxarmasını qadağan edən sərəncam imzalayıb.

Yerevanın Zvartnots aeroportunda çoxsaylı rusiyalılar Ermənistana niyə gəldiklərini açıqlamayıblar, bəziləri sadəcə turist olduqlarını deyiblər.

AzadlıqRadiosu-nun əməkdaşları Yerevan küçələrində rusiyalıların sayının artdığını bildirirlər. Bəziləri Ukrayna ilə müharibəyə görə gəldiyini deyib, amma heç də hamısı qalmağı planlaşdırmır.

“Çox güman, bir neçə ay qalaram. Sonra Avropada iş taparam”, – bir rusiyalı belə deyib.

Neytrallıqla loyallıq arasında

Baş nazir Nikol Paşinyan hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan neytrallıqla Putinə loyallıq arasında mövqe tutmağa çalışır.

Ermənistan BMT Baş Assambleyasının Rusiyanın Ukraynanı işğalını qətiyyətlə pisləyən qətnaməyə səsvermədə bitərəf qalıb.

Həmin qətnamənin əleyhinə Rusiya, Belarus, Eritreya, Şimali Koreya və Suriya səs verib.

Ermənistan indiyədək Rusiyanın Krımı ilhaqını pisləyən, Ukraynanın bu yarımada üzərində suverenliyini təsdiqləyən BMT qətnamələrinin əleyhinə səs verib.

Fevralın 25-də Yerevan Rusiyanın Avropa Şurasında üzvlüyünə xitam verilməsinin əleyhinəsəs verib və Rusiya ilə birgə mövqe sərgiləyən yeganə ölkə olub. Qurumun 42 üzvü qərarı dəstəkləyib.

Paşinyan isə martın 2-də deyib ki, Ukraynadakı müharibə Yerevanı “dərindən məyus edib”. O, Rusiya-Ukrayna danışıqlarının “nəticə verəcəyinə” ümidini bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Dünən, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru