Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                 

Rusiyaya kütləvi dron hücumunun ƏSAS SİRRİ - “Quşlar” haradan uçub gəliblər?
Tarix: 3-09-2023, 07:51 | Çap et
Rusiyaya kütləvi dron hücumunun ƏSAS SİRRİ
Rusiya qoşunları Kiyevi raketlərlə və dronlarla atəşə tutan gecə Rusiya ərazisində və ilhaq edilmiş Krımdakı obyektlərə dronlarla kütləvi zərbələr endirildi. Rusiya zərbəsi nəticəsində Ukraynada iki nəfər həlak oldu. Rusiyaya zərbələrdən sonra ölən insanlar haqqında xəbər gəlmir.

Lakin maddi ziyandan danışsaq, Pskov aerodromuna zərbənin nəticəsi xeyli ağır oldu. Rəsmən təsdiqlənməyən son məlumatlara görə, orada İl-76 hərbi-nəqliyyat təyyarəsinin ikisi məhv edilib, daha dördü də xəsarət alıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov yerli “Babel” nəşrinə müsahibəsində dörd İl-76 təyyarəsinin məhv edildiyini, daha bir neçəsinin zədələndiyini deyib.

O, Rusiyaya dron hücumunu Ukraynanın təşkil edib-etməməsi barədə heç nə deməyib.

Maddi itkilər

Rusiya tərəfi dörd təyyarənin zərər gördüyünü deyir. Bu da, çox güman, o deməkdir ki, onlar sıradan çıxıblar: hətta xəsarətlər yüngül olsa belə, təyyarələr ətraflı tədqiq olunmalıdır. Xəsarətlər ciddi olsa, təyyarələri uzun təmir gözləyir.

İki ağır nəqliyyat təyyarəsinin itirilməsi və dördünün müvəqqəti sıradan çıxması Rusiya üçün kritik itki deyil. “Flight International” jurnalının “World Air Forces 2023” dosyesinə əsasən, Rusiyanın hərbi-nəqliyyat aviasiyasının ixtiyarında 119 İl-76 var. Amma necə də olsa, onlar qoşunların nəqli ilə məşğul olan bahalı təyyarələrdir.

Rusiya üçün daha bir ciddi maddi itki – Tula vilayəti üzərində və Moskva vilayətinin bir hissəsi üzərində hava məkanının qapadılmasıdır. Orada bir gecə ərzində iki dəfə “Xalı” rejimi tətbiq olundu. Səmada arzuolunmaz uçan obyektlər görünərsə və ya belə obyektlərin görünmə təhlükəsi varsa həmin rejim elan olunur.

Bu halda rejim tətbiq olunan zonadakı bütün təyyarələr oranı tərk etməli və ehtiyat aerodromlara yönəlməli, ya da başqa zonada gözləməlidirlər.

Bundan əlavə, hava limanlarında uçuşlar təxirə salınır, bu da böyük məsrəf deməkdir. Moskva səması son həftələrdə dəfələrlə PUA-lar üzündən qapadılıb.

Dronlar haradan uçub?

Bircə gecədə dronlar Rusiyanın altı regionuna və ilhaq olunmuş Sevastopola uçublar. Bu, ən kütləvi hücum aktlarından biridir.

Pskov aerodromuna hücumun özəlliyi ondadır ki, hədəf UkrayAnanın ən yaxın sərhədindən təxminən 700 km aralıda yerləşir. Bu, yetərincə böyük məsafədir.

Ukraynada uçuş məsafəsi min kilometr və daha çox göstərilən dronlar var: məsələn, Raybird-3 və ya Bober. Hesab olunur ki, Rusiya ərazisinə həmlələrdə onlardan istifadə ediblər.

Amma düz xətlə 700 km olan məsafə gerçəkdə daha uzanır, çünki uçuş zamanı dron, yəqin ki, manevr edir. Üstəlik, əgər qarşıdan və ya yandan əsən külək varsa, bu da yanacaq sərfiyyatını artırır.

Buna görə də sosial şəbəkələrdə dronların Ukrayna ərazisindən deyil, başqa yerdən buraxılması haqda versiyalar yayıldı. Həmin yerin Belarus və hətta Baltik ölkələri ola biləcəyi təxmin olundu.

Bu şübhələr bir tərəfdən məntiqlidir, çünki həqiqətən də kütləvi hücum idi: təkcə Pskov aerodromuna 10-dan çox dron buraxılmışdı.

Bu sayda uçuş aparatları – əgər onlar Rusiya ərazisindən buraxılıbsa – sərhədi keçməli, HHM tərəfindən aşkar olunmadan və vurulmadan Rusiya ərazisi üzərində uçmalı idi. Bu, təəccüblü görünür.

O zaman güman etmək olar ki, dronlar Rusiya ərazisindən buraxılıb və bunun üçün hərbi radarların nəzarət etmədiyi xəlvət ərazi seçilib.

Amma yetərincə iri aparatları (belə dronun iki qanadının cəmi uzunluğu adətən 2-3 metr təşkil edir) Rusiya və Belarus ərazisinə keçirib oradan buraxmaq versiyası daha təəccüblü görünür.

Start üçün ya dronun təyyarə kimi sürət yığacağı hamar müstəvi olmalıdır, ya da katapult ki, bunun özü də olduqca iri konstruksiyadır.

Çətin vəzifə

Buna görə də dronların həqiqətən Ukraynadan buraxılması və Rusiya HHM-nin onları tuta bilməməsi ehtimalı daha böyükdür.

Bu, həqiqətən də çətin vəzifədir: aşağı hündürlükdə uçan belə PUA-ları radar vasitəsilə izləmək çətindir, qaranlıqda isə vizual görmək və atıcı silahla vurmaq zor işdir.

Rusiya mənbələrinin məlumatına görə, dronların çoxu ya vurulub, ya da radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb.

Amma vurulan hər dron HHM və RMV yeri barədə qiymətli informasiya verir. Buna görə də hər hücum zamanı havadan müdafiə sistemindəki boşluqlar haqqında daha çox məlumat əldə olunur.

Ola bilər, Pskov aerodromuna zərbə endirmək məhz buna görə mümkün olub. Ondan öndəki Bryansk vilayətində xeyli dron vurulurdu.

Cavab gedişi

Sözügedən hücumun daha bir xüsusiyyəti kütləvi olmasıdır. Dronlar bir şəhərdə bir hədəfi vurmadılar, onlar Rusiyanın müxtəlif regionlarında və ilhaq olunmuş Krımda göründülər.

Ukrayna xeyli müddətdir ki, pilotsuz uçuş aparatlarının hazırlanmasına və istehsalına vəsait ayırır. Dron hücumlarının getdikcə daha kütləviləşdiyinə əsasən fikir yürütsək, Kiyevin onları ya müstəqil istehsal etmək, ya da haradansa almaq imkanı var.

Rusiya Ukrayna ərazisini İran istehsallı dronlarla atəşə tutanda Moskvanın adlamalı olduğu çətinliklərdən – elektronikaya açıq və leqal çıxışın olmaması, benzin mühərriklərinin çatışmaması və s. – çox danışılırdı.

Sanksiya altında olmayan, əksinə, çoxlu ölkələrdən yardım alan Ukraynanın belə problemləri olmamalıdır. Bu oyun ikitərəfli oynanıla bilər və Rusiyadakı obyektlərə Ukrayna hücumlarının getdikcə kütləvi olduğunu nəzərə alsaq, belə çıxır ki, USQ bu dəvəti qəbul edib.

Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Bu gün, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Bu gün, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03
"Onlar vecimə deyil"
Bu gün, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru