Soçi görüşünün “tərcüməsi” – Praqmatizmlə hikkənin toqquşması
Tarix: 6-09-2023, 15:29 | Çap et
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. 2 saata yaxın davam edən danışıqlardan sonra birgə mətbuat konfransında çıxışı zamanı Vladimir Putin bildirib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər heç kimin gözləmədiyi şəkildə inkişaf edir. O, türkiyəli həmkarı ilə təhlükəsizlik kimi çox əhəmiyyətli məsələləri müzakirə etdiklərini deyib: “Ukraynadakı vəziyyət, “Taxıl sazişi”, Suriya məsələsindən danışdıq. Bir çox başqa istiqamətlər var ki, onları da müzakirə etdik”.
Ərdoğan öz növbəsində qeyd edib ki, görüşdə Cənubi Qafqazda baş verən hadisələr də müzakirə mövzusu olub: “Soçidə Rusiya Prezidenti, əziz dostum Putinlə görüşdüm və gündəliyimizdəki məsələləri müzakirə etdim. Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq”.
DİA.AZ bildirir ki, görüşü AYNA-ya şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllində uğurlu vatisəçi ola bilər: “Prezident Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə bunu bir daha bəyan etdi. Lakin bir məqam var ki, Putin müharibənin davam etdirilməsini istəyir. Çünki Moskva Ukraynada əhəmiyyətli nəticələrə nail olmayıb. Bu, baş vermədiyinə görə Putinin müharibəni dayandırması onun sonu deməkdir. Lakin Ərdoğan sülhyaratma missiyasını, danışıqlar masası ətrafında müzakirələr cəhdini davam etdirir”.
“Hesab edirəm ki, Soçi görüşü çərçivəsində Türkiyə liderinin söylədiyi fikirlər əsasən Rusiya cəmiyyətinə ünvanlanıb. Onun mövcud şəraitdə müharibənin davam etdirilməsinin əhalinin sosial-iqtisadi durumuna neqativ təsir etdiyini söyləməsi və Putinə çıxış formulu təklif etdiyini bildirməsi bunun bariz nümunəsidir. Nəzərə alanda ki, Rusiya cəmiyyəti müharibə istəmir və Ərdoğanın bu bəyanatını daim xatırlayacaq, bu, olduqca mühüm mesajdır”, - deyə həmsöhbətimiz bildirib.
Analitik xatırladıb ki, görüşdə digər mövzularla yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub: “Lakin konkret nələrin müzakirə edilməsindən xəbərsizik. Azərbaycanla Ermənistan arasındakı gərginliklə bağlı Türkiyə və Rusiya liderlərinin görüş əsnasındakı mövqeləri maraqlıdır. Görüşün davam etmə müddətini və eyni zamanda Suriya və Liviya ilə bağlı müzakirələrin də aparıldığını nəzərə alsaq, bu istiqamətdə qısa müzakirələrin olduğunu söyləyə bilərik”.
“Ərdoğan hələ bir müddət öncə Rusiya sülhməramlı missiyasının 2025-ci ildə fəaliyyətini başa vuracağına inandığını söyləmişdi. Hesab edirəm ki, Soçi görüşündə də bunu rusiyalı həmkarının diqqətinə çatdırıb. Putinin bu barədə nə düşündüyünü söyləmək üçün isə yetərli faktlar yoxdur və zamanı gözləməliyik”, - deyə Şahinoğlu vurğulayıb.
Siyasi şərhçi Zərdüşt Əlizadə isə fərqli düşünür. DİA.AZ-ın məlumatına görə, o, AYNA-ya açıqlamasında söyləyib ki, Türkiyənin cəhdləri nəticəsiz qalacaq: “Türkiyə Rusiyanı işğalçı mahiyyətindən yayındıra bilməyəcək. Ona görə ki, Putin işğalçılığı dövlət siyasətinə çevirib. Ötən əsrin 90-cı illərində müstəqillik qazanan respublikaları nəzarətindən kənarda qoymaq istəmir. Açıq şəkildə deyir ki, “siz sənəd üzərində müstəqil ola bilərsiniz, amma mənim dediklərimi etməlisiniz”. Kim buna məhəl qoymursa, ona qarşı təcavüz siyasətinə başlayır. Ukrayna, Gürcüstan, Moldova... Siyahını uzatmaq da olar. Nəinki postsovet məkanında, Afrikada, digər coğrafiyalarda da belədir”.
“Ukraynaya qarşı təcavüzə başlayanda Rusiya ümid edirdi ki, qısa müddətə qalib gələcək. Ancaq nə oldu? Rusiya Kiyevə yaxınlaşa bilmir, resursları tükənir. Geri də çəkilə bilmir. Dünyanı taxıl böhranı ilə təhdid edir. Lakin bu təzyiqlər nəticəsizdir. Rusiya onsuz da bu müharibədə məğlub olacaq. Bunu Kremldə də bilirlər”, - deyə müsahibimiz diqqətə çatdırıb.
Təhlilçinin fikrincə, Türkiyənin yürütdüyü xarici siyasət doğrudur: “Mən bu məsələdə Rusiya amilini ikinci yerdə görürəm. Türkiyə nüfuzlu dövlətdir və dünyada aparıcı diplomatik oyunçulardan biridir. Tarixi fürsət yetişib ki, bu münqaişədən istifadə edib, öz mövqeyini gücləndirsin. NATO ölkələrindən onun hüquq və təhlükəsizliyinə hörmətlə yanaşmalarını tələb etsin”.
“Türkiyə dünənə qədər Qərb dövlətlərinə öz ağrılarını, dərd və qayğılarını deyirdi, amma bunu qulaqardına vururdular. Məsələn, deyirdi ki, kürd separatizmi Türkiyə dövləti üçün təhlükədir. Müttəfiqləri də bildirirdi ki, yox, əsas insan hüquqlarıdır. Rəsmi Ankara NATO ölkələrinin diqqətinə çatdırırdı ki, biz müttəfiqik, ümumi maraqlarımız var, Türkiyəni elmi-texnoloji və hərbi inkişafdan kənarlaşdırmayın. Amma ona deyilirdi ki, yox, sən özünü yaxşı aparmırsan, sənə filan silahları vermirik, bu layihədən səni çıxarırıq və s. Bu gün isə Türkiyə diqtə tərəfidir. Bunu Türkiyənin Rusiya ilə yaxınlaşması kimi qələmə vermək doğru deyil. Bu, qətiyyən belə deyil”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Bu gün, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Bu gün, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
|