![Semkini udan Poroşenko yeni hökümətin formalaşdırılacağını deyib Semkini udan Poroşenko yeni hökümətin formalaşdırılacağını deyib](http://gdb.rferl.org/D017C306-4B1D-410F-B6BD-300862A2EAEA_w268_r1.jpg)
Ukrayna prezidenti Petro Poroşenko qərbyönümlü partiyaların parlament seçkisini qazanmasını müsbət qiymətləndirib. Tezliklə yeni höküməti formalaşdırılacağını deyib.
Oktyabrın 26-da axşam saatlarında ölkənin on milli televiziyası ilə çıxış edən prezident bildirib ki, seçicilərin 75 faizindən çoxu “Ukraynanın Avropa yoluna güclü dəstək” verib.
“Exit-poll”arın nəticələrinə görə, prezidentin bloku birinci, baş nazir Arseniy Yatsenyuk-nun rəhbərlik etdiyi “Xalq Cəbhəsi” ikinci yerdə gəlir.
Poroshenko-nun sözlərinə görə, oktyabrn 27-də koalisiya danışıqlara başlayacaq və “Xalq Cəbhəsi” onların əsas tərəfdaşı olacaq.
Prezident konstitusiyada fundamental dəyişikliklər etmək üçün parlamentdə çoxluq təşkil edəcəklərinə ümid etdiyini bildirib.