“Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                 

NN ŞEFİ ÜZƏRİNDƏ «DÖVLƏT ÇEVRİLİŞİ» PLANI
Tarix: 2-03-2012, 14:58 | Çap et
NN ŞEFİ ÜZƏRİNDƏ «DÖVLƏT ÇEVRİLİŞİ» PLANI

TAKSİ SÜRÜCÜLƏRİNİN QIYAMI, ARDINDAN DA QUBA ÜSYANI: TƏSADÜF DEYİL!

DİA.AZ: - Quba rayonunda baş verən son olaylar mətbuatın gündəmində hələ uzun müddət müzakirə ediləcək. Hadisələrin necə baş verməsi, bu olayların təşkil edilib-edilməməsi, həmçinin də təşkilatçıların kimlər olması barədə suallara axtarılan cavablar hələ çox vaxt aparacaq. Hələliksə, ortada görünən o idi ki, hadisələrin başlandığı ilk anlardan ölkənin nəqliyyat naziri Ziya Məmmədovun adı daha çox hallanmağa başladı.

Hadisələrin başlandığı anlardan da biz daha çox nəqliyyat nazirinin Qubaya səfər etdiyi barədə məlumat aldıq. İlk öncə ağıla gələn sual bu oldu ki, baş vermiş hadisələr əslində işğtişaş idi. Qubada hansısa taksi problemi, avtobus nasasızlığı və ya yol tikintisi və ya təmiri olayı baş verməmişdi. O zaman niyə Ziya Məmmədovu Qubaya yolladılar? Heç Z.Məmmədov əslən qubalı da deyil. Normalda bu hadisələr baş verən zaman Qubaya daxili işlər naziri, baş prokuror və ya Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsi, o cümlədən PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsindən səfər edilməliydi. Amma Ziya Məmmədov yollandı. Səbəb kifayət qədər sadədir. Axı nəqliyyat naziri bu rayona görə cavabdehdir və istefası tələb edilən icra başçısı Rauf Həbibov da Z.Məmmədovun qohumudur. İcra başçısı ilə naziri təkcə qohumluq əlaqələri deyil, eyni zamanda böyük biznes ortaqlığı da bağlayır. R.Həbibov uzun illər Ziya Məmmədovun bina tikinitisi, şəxsi və kommersiya xarakterli bütün iri projelərində icraçı kimi işləyib. Məhz onun icra başçısı təyin edilməsində də səbəb nəqliyyat naziri olub. Təqdimatı prezidentə verən Z.Məmmədov olub. İndi isə ötən ilin noyabrın 22-də keçirilən bir müşavirənin video yazısı ortaya çıxıb və gözlənilmədən də ciddi təşkilatlanmış bir mitinq baş verib. PA-dan da ilk olaraq Ziya Məmmədova tapşırıq verilib ki, Qubaya getsin. Əslində bu göstəriş, nəqliyyat nazirinin Qubaya yollanması, hakimiyyətin yerli ərazi idaəretmə prinsiplərinin biabırçı bir durumda olduğunun açığı idi. Z.Məmmədovu açıq hədəfə çevirmək məsələsi bir yana (bu barədə aşağıda ətraflı yazacayıq red.) bu həm də hakimiyyətin idarəetmə prinsiplərinin mülkiyyət, sərvət, rayonların fərdi qruplar arasında bölüşdürülməsinin bir formasının etirafı idi. Rəsmən etiraf olunurdu ki, əslində Azərbaycanda hakimiyyət məhz bu formada idarə edilir. Bununla belə Z.Məmmədovun hədəfə alınması arqumenti günü-gündən möhkəmlənir.

Daha çox kim ziyan çəkdi?

Əslində bəziləri hesab edirlər ki, Quba olaylarını təşkil etmək iqtidarın işinə yaramır və belə president gələcəkdə təkrarlana bilər. Başqa bir arqumentə görə isə hakimiyyət daxilində elə bir qruplaşma ola bilməz ki, məhz digər qruplaşmaya qarşı bu şəkildə etiraz forması və ya sıradan çıxarma metodu tətbiq edərək vəziyyəti öz xeyrinə istifadə edə bilsin. Əlbəttə ki, bu arqumentlər özlüyündə kifayət qədər tutarlı hesab oluna bilər. Amma ortada olan cavabsız suallar uzun müzakirələrə və nəticədə hakimiyyətin müstəqil mətbuat üçün daim hədəf olan Ziya Məmmədovu göstərməsi də təsadüfi deyil. Cəmi bir neçə ay əvvələ qayıdaq: Bakıda köhnə taksilərin yığışdırılmasıyla bağlı kütləvi narazılıqlar başlandı. O zaman da etirazlarla bağlı daha çox hədəfə alınan Ziya Məmmədov oldu. Nəticə etibarilə də Z.Məmmədov kütlənin etirazları qarşısında geri çəkilərək tətbiq edilən qaydaları xeyli yumşaltmalı oldu. Əslində bunların heç biri səbəbsiz deyildi. Daha sonra isə rəsmi dövlət qəzetlərində yeni Ziya Məmmədov açıq hədfə alındı və sərt tənqid olundu. Fevral ayında yağan qarın Bakı küçələrindən təmizlənməsi işlərinin yetərli səviyyədə aparılmamasına görə, yolların dağılaraq yararsız hala düşməsinə görə rəsmi dövlət qəzetləri Ziya Məmmədovu el dili ilə desək «yıxdı-sürüdü». Nəhayət Qubada baş verən bu olaylar…

Deməli təsadüf yoxdur. Qubada baş verən olaylardan daha çox əziyyət çəkən məhz icra başçısı və Ziya Məmmədov oldu desək yanılmarıq. Hakimiyyət nəqliyyat nazirinin timsalında bir qədər yumşaq, hummanist mövqe sərgiləməklə özünə bu iğtişaşlardan xal qazanmaq taktikasına üstünlük verdi. Amma pozitiv olaraq itirən ilk növbədə Ziya Məmmədov idi. İlk növbədə sərvətlərin dağıdılması, icra başçısının postunu itirməsi, Ziya Məmmədovun əsas kassirlərindən birini, bəlkə də birincisini sıradan çıxardılar. Təbii ki, bütün bunların acısını nəqliyyat naziri çəkəcək. Bu prosses daha sonra nəqliyyat nazirinin nəzarətində olan, onun qohumları olan rayonların icra başçıları ilə də davam edə bilər. Əgər ardı gələcəksə və fərqli formalarda yenə də onun adamlarının icra başçısı postundan atılması, müxtəlif yollarla vurulması prossesi aparılacaqsa, o zaman ortada təsadüf yox, əslində 2005-ci ilin kiçik modeli olan Fərhad Əliyev düzəltmək, şou təşkil etmək və hakimiyyəti möhkəmləndirmək taktikasının ola biləcəyi daha çox inandırıcı görünür. Deməli, Z.Məmmədov kimi nəhəng bir oliqarxın tək olmadığı, onun ətrafında ən azı Əli İnsanov, Fərhad Əliyev qədər böyük ətrafı olan bir neçə məmur da tapmaq çətin olmayacaq. Məntiqlə bu baş verənlərdə Ziya Məmmədovun vurulması çox inandırıcı görünür.

Bir sözlə ifadə etsək Quba olayları nəqliyyat naziri Ziya Məmmədovu bitirə bilər. Nəqliyyat naziri Şimal bölgəsinin de-fakto qubernatoru idi və regionu onun təqdimat verdiyi kadrlar idarə edirdi. Şimal bölgəsinin mərkəzi olan Quba rayonunun icra hakimiyyətinin başçısı postuna isə Z. Məmmədov ən çox etibar etdiyi Rauf Həbibovu yerləşdirmişdi. Onun sarsaqlaması Ziya Məmmədovun hakimiyyətdəki mövqeyinə birbaşa sarsıdıcı zərbə vurub.

Yenidən baş verən hadisələrə diqqətlə nəzər salaq: Qubalıların əsas tələbi Rauf Həbibovun vəzifəsindən uzaqlaşdırılması idi. Hadisələrin gedişatı da göstərir ki, bu məsələdə hakimiyyət daxili bəzi qruplar da fəallıq nümayiş etdirdilər.

Birincisi, Quba prokuroru, ardınca isə rayona göndərilən nazir Məmmədov yeni Azərbaycan tarixində ilk dəfə olaraq icra başçısının hərəkətlərinə görə xalqdan üzr istədi və onun cəzalandırılacağını dedilər. İkincisi, mətbuatın diqqətindən yayınmayan bir məsələdir ki, adətən bu tip informasiyaları ya verməyən, ya da qərəzli şəkildə verən hakimiyyətin inhisarında olan KİV-lər bu dəfə obyektiv informasiyalar yaydılar. Araşdırma zamanı bəlli oldu ki, Quba olayları haqda obyektiv informasiya yayan KİV-lər məhz Z.Məmmədova rəqib olan oliqarxların nəzarətindədir (etik mülahizələrə görə həmin KİV-lərin adlarını çəkmirik - red.).

Üçüncüsü, Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Qubadan seçilən deputatı Yevda Abramov qubalıların etiraz hüququnun olduğunu, lakin əndazəni aşmağa ehtiyac olmadığını dedi. Bu da az saylı presedentlərdən biridir ki, YAP-çı deputat vətəndaşların etiraz hüququna normal yanaşır.

Bütün bunlar göstərir ki, icra başçısının sarsaqlamasından hakimiyyətdaxili qruplar faydalanmaq istəyir. Burada əsas məqsəd Şimal bölgəsinin Z. Məmmədovun inhisarından çıxarılmasıdır. Böyük ehtimalla, bu hadisələrdən sonra Şimal bölgəsi Z. Məmmədovun nəzarətindən çıxacaq və başqa oliqarxın nəzarətinə keçəcək.

Onu da qeyd edək ki, Qubada maraqları toqquşan xeyli oliqarx var. Bu sırada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, müdafiə naziri Səfər Əbiyevin (nazir əslən qubalıdır - red.), eləcə də Moskvada fəaliyyət göstərən yəhudi oliqarxların adlarını çəkmək olar. Adıçəkilən oliqarxların Z.Məmmədovla ciddi konfliktinin olması barədə də KİV-də məlumatlar dolaşır. Məsələn, S.Əbiyevin şəxsi münaqişə zəminində işdən çıxardığı ölkənin sabiq hərbi komissarı Əlağa Hüseynov Z.Məmmədovun qudasıdır. Güman ki, oliqarxlar arasında şəxsi münaqişələrin alovlanması Qubadakı xalq üsyanına da bu və ya başqa şəkildə yansıyıb.

Yuxarıda qeyd etdiyimiz kimi əslində nəqliyyat nazirinin ətrafında olan bəzi məmurların, o cümlədən də hakimiyyətin siyasi elitasında olan insanların da əksəriyyəti artıq səksəkə içindədir. Hakimiyyətdəki mənbələrdən daxil olan məlumatlara görə, nazirin ən yaxın ətrafı sayılan yeni Qudası Hesablama Palatasının sədri Heydər Əsədovun da durumu heç də yaxşı deyil. Məlumat verilir ki, palata sədri artıq PA-dan ciddi şəkildə təzyiqlərlə üzləşmək məcburiyyətində qalıb. Bundan başqa Ucar rayonunun icra başçısı ilə bağlı da kifayət qədər sərt informasiyalar yayılmaqdadır. Bu informasiyaların da böyük əksəriyyəti demək olar ki, hansısa qruplaşmaların yaradılması, hansısa silahlı qanunsuz birləşmələrin formalaşması və rayonda kriminogen durumun ağırlaşması ilə bağldı olur. Həmçinin də rayonun sosial həyatında da əhali arasında ciddi təşviqat işləri aparılır. Hətta rayonda narkotik, qadın alveri kimi ağır cinayət tərkibli işlərlə yüksək səviyyədə təşkilatçılıq edənlərin olduğu söylənilir. Daha dəhşətli məlumatlar isə əxlaqsız qadınlara uşaq dünyaya gətirmək və bu uşaqları satmaq kimi vəhşi biznesin təşkil edildiyi söylənilir. Təbii ki, bütün bunları böyük planın tirkib hissəsi hesab etmək olar. Məsələ burasındadır ki, bu böyük planın həyata keçirilməsi işində yenə də PA pərdəarxasından görünür. Amma görünür.

Ən azından Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin hadisələrlə bağlı açıqladığı ilkin rəsmi məlumatlardan da görünür ki, əslində evlərin, avtomobillərin yandırılması, dövlət idarələrinin dağıdılması, pəncərə və qapılarının sındırılması cinayət deyilmiş. Hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında belə yazılırdı: «…insanlar dövlətçiliyi müdafiə etmək üçün etirazlara başlayıblar». Bu hadisələrdə dövlətçilik üçün hansı təhlükə var idi? Bir icra başçısı insanları təhqir etmişdi, onlar da buna etiraz edirdilər. Hətta dövlət obyektlərini də dağıtdılar. Amma rəsmi açıqlamalarda dövlətçiliyin müdafiəsi kimi təqdim olunan bu olaylar əslində kifayət qədər qaranlıq məqamlardan xəbər verir. Biz burada hakimiyyətin daha çox ehtiyat etdiyini, sanki kimlərdənsə bir mesaj aldığını müşahidə edirik. Deməli, bu məsələ ilə bağlı olaraq hələ çox mühim məsələlər ortaya çıxacaq. Qubada baş verənlər əslində inqilab idi. İnqilab isə ixtişaşlarla, dağıtmaqla, yandırmaqla məhz belə baş tutur. Amma nədənsə, «Cinayət Məcəlləsi»nin 221-ci maddəsi Qubada işləmədi. NİYƏ? Artıq bu suala cavab almaq üçün yeni iş günlərinin və veriləcəyi gözlənilən rəsmi açıqlamaları gözləmək lazım gəlir.

DİA.AZ – Ekspert Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru