TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                 

“TRİBUNADA ODLU-ALOVLU ÇIXIŞ EDƏNLƏR”...
Tarix: 6-03-2012, 23:33 | Çap et
“TRİBUNADA ODLU-ALOVLU ÇIXIŞ EDƏNLƏR”...

“ MİTİNQDƏ KRUPSKAYA KİMİ EVDƏ OTURDULAR”

Mirzə SAKİT: “ İclasbazlıqlar ancaq bu hakimiyyətin ömrünü uzatmağa xidmət edəcək”
Bir müddətdir Avropada olan keçmiş siyasi məhbus satirik yazar Mirzə Sakit gunxeber.com-a müsahibə verib.
- Mirzə Sakit, son vaxtlar çox sakitsiz…Nə işlə məşğulsunuz?
- Mən elə həmişə sakit adam olmuşam. Baxmayaraq ki, çox dostlar məni “sakit”siz kimi qəbul ediblər. Lakin müəyyən ümumi məsələr var ki, belə vaxtlarda sakit olmaq mümkünsüzdür. Nə işlə məşğul olmağıma gəldikdə isə hhazırda Brüsseldəyəm və bura da PEN klubun dəvəti ilə gəlmişəm. Burda da öz yazılarımla məşğul oluram.
- Şeirlərinizi də əvvəlki kimi görmürük, yalnız sosial şəbəkələrdə yayımlayırsız. Az yazırsız yoxsa çap etmirlər?
– Mən indi heç bir çap mətbuatında dərc olunmuram. Yəqin ki, sizə də məlumdur ki, vaxtı ilə işlədiyim “Azadlıq” qəzetindən qeyri-qanuni uzaqlaşdırıldığıma görə bir müddət heç bir qəzetdə yazılarım getmədi. Sonradan “Xural” qəzetində şerlərim və məqalələrim dərc olunmağa başladı. Bu da çox uzun sürmədi, hamımızın bildiyimiz kimi qəzetin baş redaktoru Əvəz Zeynallını şərləyərək həbsə atdılar və qəzet də fəaliyyətini dayandırdı. İndi mənim yeganə tribunam sosial-şəbəkələrdir. Hesab edirəm ki, elə də passivlik göstərmirəm və müəyyən qədər fəaliyyətimdə məsuliyyətliyəm.
- Müsahibələrinizin birində demişdiz ki, AXCP və “Azadlıq” qəzeti rəhbərliyinə “Mirzə Sakiti iş götürməyin” tapşırığı verilib. Bu tapşırığı kim(lər) verib?
– Əgər mən işdən çıxarılıramsa, aydın məsələdir ki, bu qəzet rəhbərliyinin göstərişi əsasında olur. Bəli, yenə təkrar edirəm, mənim “Azadlıq” qəzetindən uzaqlaşdırılmağım qeyri-qanuni və sırf anti-demokratik şəraitdə keçirildi. Hələ indiyə qədər də mənə qarşı atılan bu səhv addımın kökündə konkret nə dayandığını tam dərk edə bilmirəm. O vaxta qədər bir-neçə dəfə qəzetin əvvəlki rəhbərliyini haqlı olaraq, tənqid etmişdim. Hesab edirəm ki, həmin adamları mən hələ bir az yumşaq tənqid etdim. İlboyu demokratik dəyərlərdən danışan bəzi insanlar mənim bircə tənqidimə duruş gətirə bilmədilər və nəticə də göz qabağında. Sən demə mən gözləməli imişəm ki, mövcud hakimiyyət süquta uğrayandan sonra “bismillah” edib bizim muxalifətçi dostları tənqid edim. Təsəvvür edin ki, bir tənqidə dözümsüzlük göstərib məni işdən kənarlaşdıran insanlar, hakimiyyətdə olsaydılar və əllərindəki bütün səlahiyyətlərdən hansı metodlarla istifadə edərdilər. Bilirəm ki, mənim haqlı açıqlamalarım zaman-zaman mənə qarşı potensial etiraz doğurub, lakin həqiqəti deməməyin özü insanın yoxluğuna bərabərdir. Sən haqqı de, qoy kimsələrsə ondan sənə qarşı dayandoldurum silah kimi istifadə etsinlər. Ancaq ədalət elə bir gercəklikdir ki, az vaxtdan sonra o özünü göstərəcək.
- Təklif olsa yenidən “Azadlıq”da yazarsınızmı?
- Bir vaxtlar belə bir fikrim var idi ki, əgər mənə “Azadlıq”dan yenə təklif gələrsə, bəli, mən o qəzetə qayıdaram. Çünki mən “Azadlıq” qəzetinə qarşı yox, konkret şəxslərə qarşı ittiham səsləndirmişəm. Qəzet bu işdə günahkar deyil. Tutaq ki, hansısa dindar şarlatanlıqla məşğuldusa buna Quran neyləsin axı…hərgah mənim dinlə də bağlılığım olmasa bunu bir misal kimi çəkdim. Etiraf edim ki, mən “Azadlıq” qəzetini həmişə özüm üçün ən oxunaqlı qəzetlərdən hesab edirəm və hər gün o qəzeti bir-neçə dəfə internetdən izləyirəm. Bir sözlə mən “Azadlıq” qəzetinə bir mətbu orqan olaraq, həmişə böyük önəm vermişəm. Ancaq buna baxmayaraq, bundan sonra hətta təklif də gəlsə belə mən o qəzetə qayıtmaram. Səbəbini də bununla izah edə bilərəm ki, bir vaxtlar mənim əleyhimə həmin qəzetin rəhbərliyi səviyyəsində eynilə YAP-ın “zəhmətkeşlərdən ibarət etiraz edənlər” kampaniyasına bənzər bir hadisə oldu. Demək, qəzetin rəhbərliyi bir siyahı tərtib etmişdi və həmin siyahıda yazılmışdı: “Mirzə Sakit nə üçün “Azadlıq” qəzetində işləyə bilməz” və həmin siyahıya qəzetin əməkdaşlarına imza atdırmışdılar. Sonralardan həmin o imza atanların bəziləri mənə dedilər ki, vallah, mən neyləyə bilərdim axı, orda işləyirəm, imza atmasaydım, sənin gününə düşərdim. Mən həmin vaxt onlardan birinə dedim ki, Allah eləməsin sənin bu günə düşməyini mənim günümlə ölçəsən, get öz gününə ağla. Amma onu da deyim ki, bəziləri imza atmaqdan imtina etmişdilər, o adamlar ki, “dişbatmaz” idilər.
- Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz?
– Azərbaycandakı siyasi durum nəinki sizə, mənə…bu dünyaya məlumdur. Belə bir despot və cəngəllik qanunları ilə idarə olunan ikinci bir ölkə ağlınıza belə gətirməyin. Hələ çox illər öncə mən yazılarımda da bəzi tədbirlərdəki çıxışlarımda da qeyd edirdim ki, əgər biz bu hakimiyyəti diktatura və avtoritar rejim adlandırırıqsa, deməli, bu rejim ilə yumşaq dildə danışmaq özü sadəlöhvlükdən xəbər verir. Bundan ötrü keçmiş illərdən bəri biz ancaq məmurların və prezidentin mülklərini, milyardlarını hesablayıb mühasiblik etməməliyik. Tarixlər boyu zora qarşı zor içlənməyibsə heç nəyə nail olmaq mümkün olmayıb. Aydın məsələdir ki, Azərbaycan xalqı bu hakimiyyəti qətiyyən sevmir və hətta nifrət edir. Bax, bu nifrətdən istifadə edib xalqın içərisinə doğru getmək lazımdır. İclasbazlıqlar ancaq bu hakimiyyətin ömrünü uzatmağa xidmət edəcək. Həmin iclaslarda da uzun illərdir demək olar ki, eyni insanlardır
biri danışır, o digəriləribi də əl çalıb “Eşq olsun” deyirlər. Mən həmin insanların çəkdikləri zəhmətə laqeydlik etmirəm, çünki özüm də həmin insanlarla o iclaslarda bir yerdə olmuşam. Yeni və sərt bir fikir formalaşmalıdır.
- Müxalifətin İctimai Palata formatında perspektivini görürsüzmü?
– Bu yerdə mən öz əvvəlki fikrimdə qalıram və bildirirəm ki, İctimai Palatanın perspektivi şəxsən bir vətəndaş olaraq, məni qane etmir. Mən bu fikrimi İP-in bir-çox üzvlərinə də demişəm. Baxmayaraq ki, özüm bu gün də İP-in üvzüyəm. Bir-neçə dəfə müşahidə etdim, ilk 2 aprel və ondan əvvəlki -sonrakı mitinqlərdə 400-ə qədər üzvü olan İP-in demək olar ki, 10 faizi mitinqlərdə görünmədilər. O adamlar ki, həmin iclaslarda tribunada Lenin kimi odlu-alovlu çıxışlar edirdilər. Amma nəticə gözlənilən mərhələlərdə Krupskaya kimi evdə otururdular…Hərçəndi Krupskaya da bəzən Leninin böyründə olardı…
Bir sözlə əgər İP-in fəaliyyətsizliyi belə davam edərsə, onun adını dəyişib “Əbədi iclas” “Əİ” qoymaq lazım gələcək.
-Son günlər əsas müzakirə mövzularından biri də İsa Qəmbərin Müsavat başqanlığından gedib-getməməsidi. Sizcə İsa Qəmbərin getməsi, ya qalması lazımdır?
- Bu məsələ qətiyyən müzakirə predmetinə çevrilməməlidir. Qanunu şah etməyi məhz musavatçılardan gözləmək lazımdır. Ağlınıza da belə gətirməyin ki, İsa Qəmbər başqanlıqda qalacaq, bu mümkün deyil. İsa Qəmbər dəfələrlə öz fikrini izah edərək bəyan edib ki, mən nizamnaməni poza bilmərəm. Əgər bu gün Musavat Partiyasında doğrudan da İsa bəyin başqanlıqda qalmasını istəyənlər varsa, daha mənim sözüm yoxdur. Musavat yüz ilin partiyasıdır, güman edirəm ki, yüzillik bir partiyaya başqanlıq edən İsa Qəmbər özündən sonra bu partiyanı elə İsa Qəmbər kimi idarə edə biləcək ən azı 5-6 perspektivli kadr hazırlamamış olmaz. Bir də ki, İsa bəyin yenidən başqanlıqda qalmasını istəyənlər əslində İsa bəyə hörmət yox, sadəcə, gələcəkdə bu partiyanı daha da gücləndirmək əvəzinə tənbəllik edənlərdir.
- Mirzə, gələcək planlarınız nədir?
– Gələcək planlarım haqda mənə əvvəlcədən danışmaq nəsə düşmür. Bir vaxtlar dedim ki, üç yeni kitabımın nəşri olacaq, amma nəşr evi əvvəl razılıq verdisə də sonra verdiyi sözün arxasından qaçdı. Həyat yoldaşım illər uzunudur ki, axşam mən evə gələndə deyir: – A kişi, gəl bir az da bu ailəmizin problemlərindən danışaq daaa… Mən də adəti üzrə həmişə demişəm ki, arvad, çox yorğunam, səhər Allah qoysa yuxudan qalxaq, söhbət edərik. Səhərlər də yuxudan qalxıb bir stəkan çay içəndən sonra evdən çıxırdım. Yoldaşım arxamca deyirdi ki, bəs noldu, səhər söhbət edəcəkdik. Mən də: – Axşam, axşam deyib çıxıb gedirdim. Çünki bilirdim ki, ailə probleminin çözülməsi sonluğu pul-paraya gətirib çıxaracaq, o da müşkül məsələdir. Hər halda hər bir insanın öz gələcək planları olduğu kimi mənim də öz arzularım var. Bu arzuları gerçəkləşdirmək üçün gərək işıqlı yollar da açıq olsun və azadlığa çıxa bilək. Deməliyəm ki, azadlığa çıxmaq üçün əvvəlcə o işıqlı yolun səmtini tapmalıyıq. Hər ikisi öz əlimizdədir. Heç kim bizə kənardan bunu verməyəcək.
Onsuz da gələcək cənclərindir, gəlin onların payına düşən bu zaman bölgüsünə əl vurmayaq. Gənclərə uğurlar arzulayaq, elə bir uğur ki, bir zamanlar onlar da geriyə boylananda özlərindən arxada qalan ləpirlərindən zövq ala bilsinlər.

Gunxeber.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru