"Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                     Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı .....                     Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük .....                     Öz “ayağına” güllə atan Rusiya .....                     Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir .....                     Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb .....                     Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib .....                     “Nə Tramp, nə Zelenski! .....                     İndi növbə saxta diş həkimlərinindir... .....                 

“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir - ŞİKAYƏT VAR
Tarix: 21-07-2016, 09:35 | Çap et
“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir
Bu günlərdə LEGİON.AZ saytı “Yeni Bakı”da bəzi binalarda çatların mövcudluğundan narahat olan sakinlərin şikayətlərini, eləcə də çat verən binalardan foto və videolar yayımlamışdı.

Eyni zamanda, Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyevin də fikirləri LEGİON.AZ-da işıqlandırılmışdı. Abşeronun baş memarı Akif Əliyev sözügedən binalarda çat və çökmə əlamətləri olmasını təsdiqləyib: “Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik. Lakin o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin xüsusi ekspertiza qrupu müəyyən edə bilər. Adi baxışla bu barədə dəqiq qərar vermək çətindir. Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var. Onların səbəbləri ətraflı araşdırılmalıdır. Bu, yeraltı, tektonik proseslərdən də ola bilər, yaxud yeraltı qrunt suları ilə bağlı ola bilər… Torpağın xassəsi ilə bağlı da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza qrupu rəy verməlidir”, – deyə Abşeronun baş memarı vurğulayıb. Həmçinin, A.Əliyev “Yeni Bakı”ya ekspertiza qrupu göndərilməsi üçün FHN və ETSN-ə müraciət göndərəcəyini də əlavə edib.

Biz məsələ ilə bağlı FHN-ə də sorğu göndərmişdik, iyulun 19-da FHN-in mətbuat xidmətindən verilən sorğunuza cavab olaraq verilən cavabda bildirilir: ” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən binalara baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. Həmin akta görə, binaların konstruktiv elementlərində heç bir çat və deformasiya qeydə alınmamışdır. Bununla belə, binaların qarşısında tikilən pilləkən və meydançaların oturduğu divarlarda divaraltı əks doldurulan qrunt kipləşdirilmədiyindən çatlar və aralanmalar yaranmışdır ki, bunlar binaların dayanıqlığına heç bir təhlükə törətmir.

Bu çatışmazlıqların aradan qaldırılmasına görə müvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Masazır ərazisində yerləşən “Yeni Bakı” yaşayış komleksinin rəhbərliyinə Agentlik tərəfindən məktubla müraciət edilmişdir”.

Qeyd edək ki, biz məsələ ilə bağlı “İlin Dörd Fəsli” MMC-nin də fikrini dərc etməyə çalışmış, amma dəfələrlə ya şirkətin menecerləri bizə informasiya verməkdən imtina etmiş, ya da şirkət rəhbərliyi bir neçə cümləlik “qaralama” email məktubu göndərməklə kifayətlənmişdi. İyulun 16-da (şənbə günü) özünü təqdim etməyən şirkət nümayəndəsi Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədova zəng edərək, LEGİON.AZ-da yazılanların qərəzli olduğunu demişdi. Agentlik direktoru isə qarşı tərəfin də mövqeyini dərc etmək üçün əməkdaşımıza tapşırıq vermiş, lakin əməkdaşımız bir neçə saat sonra həmin şəxslə danışarkən, bu sözləri eşitmişdi: “Mənə daha zəng etməyin, məni şənbə günü narahat etməyin. Mən sizə heç nə demək istəmirəm”.

İyulun 20-də “Yeni Bakı” sakinlərindən məlumat aldıq ki, komendantlıq işçiləri hər binanın girişində FHN-in məktubunun surətini və mətbuata müraciət edənlərin fırıldaqçı elan olunduğu bildirişləri yapışdırıblar.

Sakinlər bizə həmin bildirişin fotoşəklini də çəkərək göndəriblər. Fotoşəkildən aydın görünür ki, “İlin Dörd Fəsli” MMC-nin rəhbərliyi sakinlərin binalardakı çatlardan yaranan narahatlığını, mətbuatın isə bu mövzuda araşdırma aparmasını təxribat və böhtan kampaniyası hesab edir. Həmçinin, bildirişdə qeyd olunur ki, “şirkət yalan və böhtan xarakterli şayiə və məqalələrə görə məhkəmə iddiası hazırlayır və bu şəxslərin mənzil müqaviləsinin ləğvi haqqında düşünür”.

Bizə maraqlı gəldi, görəsən, “Yeni Bakı”da komendantlığın idarəetməsindən narazı olan, hər hansı narahatlığın araşdırılması üçün mətbuata və dövlət qurumlarına müraciət edən sakinlərin mənzil müqaviləsi hansı əsasla ləğv olunacaq? Bəlkə, şirkət rəhbərliyi “Yeni Bakı”da cəza kampaniyasına start verərək, sakinləri öz pulları ilə aldıqları mənzildən məhrum edəcək?

Bu suallara cavab tapmaq üçün, “İlin Dörd Fəsli” (və ya özlərinin də yazdığı kimi, İDF MMC) şirkətinə zəng etdik, nə zəng etdiyimiz şəhər nömrələrində, nə də mobil nömrələrdə bizə cavab verən olmadı.

“Yeni Bakı”nın komendantı Ehtiram Yusifov isə bildirdi ki, bunun necə baş tutacağını dəqiq bilmir: “Onu şirkətdən soruşmaq lazımdır. Məhkəmə iddiası hazırlanılır. Məhkəməyə verərlər, siz də gedib baxarsınız, görərsiniz”.

Həmçinin, əldə etdiyimiz məlumata görə, “Yeni Bakı”nın sakinləri tərəfindən yaradılan, artıq 3-cü binanın say çoxluğu ilə qoşulduğu “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı sıxışdırma xarakterli addımlar atılır. “Abşeron-1” MMMC-nin rəhbəri Yeganə Tahirova LEGİON.AZ-a bildirdi ki, sakinlərə işıqpulunun ödənilməsi ilə bağlı bildiriş göndərilib, lakin onlardan bu ödənişlər götürülmür: “Deyirlər ki, kommunal ödəniş edin, sonra işıqpulunu götürək. O sakinlər isə qanunvericiliyə uyğun formada bizim MMMC-yə keçiblər, amma “Yeni Bakı” komendantlığı bu fakta məhəl qoymur. Bu, açıq-aşkar bizim fəaliyyətimizin məhdudlaşdırılmasıdır”.

Yazı sayta gedərkən, redaksiyamıza Cəlil Şahin oğlu Cəlilov adlı vətəndaş zəng etdi. O bildirdi ki, rayondakı torpaq sahəsini sataraq, “Yeni Bakı”nın 5-ci binasında dayısının adına mənzil alıb, şirkətə heç bir borcu qalmayıb.

“Bir müddət olar ki, hərbi xidmətdən qayıtmışam. Çətinliklə də olsa, həmin mənzildə təmir işləri aparmaq, tez bir zamanda məskunlaşmaq fikrindəydim. Lakin mənə mənzilin açarını vermirlər. Şirkətin mühasibatlığından Gülya xanım dedi ki, sayğaclar üçün 700 manat verməliyəm. Müqavilədə bu ödəniş haqda heç nə yoxdur. Dedim ki, evlərə sayğaclaırn pulsuz qoyulması ilə bağlı Prezidentin göstərişi var, amma “bizə aid deyil” cavabı aldım. Bəlkə, mən mənzilimdə şamla oturacam? Həm də ki, açarını əlimə almadığım, hələ məskunlaşmadığım bir mənzilə görə, əlavə olaraq 700 manata qədər kommunal ödəniş borcu tələb edirlər. Belə özbaşınalıq olar? Xahiş edirəm, bu məsələnin həllində mənə kömək edin”, – deyə C.Cəlilov qeyd etdi.

Axşam saatları olduğundan, bu məsələ ilə bağlı şirkət rəhbərliyindən və ya komendantlıqdan fikir öyrənə bilmədik, amma növbəti yazılarımızda mütləq vətəndaş Cəlil Cəlilovun problemini ətraflı araşdıracağıq.

“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir
“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Bu gün, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Bu gün, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Bu gün, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Bu gün, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10
"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03
Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru