![Dövlət yeni struktur islahatlarına GEDİR Dövlət yeni struktur islahatlarına GEDİR](/uploads/posts/2016-12/thumbs/1481268232_0001.jpg)
Azərbaycanda dövlət tərəfindən turizm sahəsində elmi tədqiqatların aparılması üçün qurumlar təsis ediləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub.
Layihəyə görə, dövlət turizm sahəsində elmi tədqiqatların aparılması üçün şəxslər müvəkkil edəcək. Dövlət, eyni zamanda qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən bu cür fəaliyyətə məlumatlandırıcı, maddi-texniki yardım göstərəcək.