“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                 

STP-də səhlənkarlıqdan doğan partlayış: - Sumqayıtdakı faciə niyə və necə təhrif olunub?
Tarix: 28-03-2019, 11:17 | Çap et
STP-də səhlənkarlıqdan doğan partlayış:
Sumqayıtda Poladəritmə sexində partlayış olub, ölən və yaralananlar var.

“Hürriyyət” xəbər verir ki, məlumatı “Report” informasiya agentliyi yayıb.

Məlumata görə, hadisə Sumqayıtın İnşaatçılar qəsəbəsi keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən bir sexdə baş verib.

Partlayış zamanı müəssisədə çalışan 4 nəfər - 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu , 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

“Hürriyyət”in əldə etdiyi məlumatlar isə faktın müəyyən təhriflərlə ictimailəşdirildiyindən xəbər verir. Əldə etdiyimiz məlumata görə, əvvəla, məlum partlayış bu gün yox, mart ayının 22-də baş verib. 5 gün öncə baş verən partlayış nəticəsində xəsarət alanlardan biri – Seyidəliyev Minyaz Şükür oğlu bu gün rəhmətə getdiyindən faktı daha çox gizlətmək mümkün olmayıb.

Bildirilir ki, partlayış növbə rəisinin səhlənkarlığı nəticəsində törənib. Belə ki, zavodun dəmirəritmə sobası xarab olsa da, elektrikçinin etirazlarına baxmayaraq, növbə rəisi onu işlətməyə qərar verib. Soba elektirik şəbəkəsinə qoşulduğu anda partlayış baş verib və növbə rəisi ilə bərabər sexdə çalışan 3 nəfər yaralanıb və xəstəxanaya aparılıblar. Sumqayıt İcra Hakimiyyətindən zavod rəhbərliyinə xəbərdarlıq edilib ki, yaralılardan heç birinin ölməməsi üçün Allaha dua etsinlər. Əks halda, cinayət işi başladıb, ən azı iki nəfəri tutacaqlar. Arzuolunmaz ölüm hadisəsi bu gün yaşandığından cinayət işinin istintaqına qərar verilib və məlumat ictimailəşdirilib.

Hadisənin 5 gün gizlədilməsinin digər səbəbi yaşananların zamanı ilə bağlıdır. Belə ki, partlayış ayın 22-də, yəni Novruz bayramı tətilində baş verib. Həmin gün iş günü olmadığından müəssisənin işçiləri də rəsmi tətildə olmalı idilər. Lakin STP rəhbərliyinin daha çox pul qazanmaq istəyi dövlətin işçilərə verdiyi istirahət hüququnun pozulmasıyla nəticələnib. Vətəndaşların Konstitusiya ilə təsbit olunan hüququn pozulmasını gizlətmək üçün başbilənlər hadisəni bu gün, Novruz bayramı tətilindən sonra ilk iş günündə ictimailəşdirmək məcburiyyətində qalıblar.

Səhlənkarlığın əsas günahkarı olan növbə rəisinin hazırda xəstəxanada yatdığı, başına 5 tikiş vurulduğu bizə verilən məlumatlar arasındadır.

Təhrif olunan digər məqam isə müəssisənin özüylə bağlıdır. İctimailəşdirilən məlumata görə, hadisə, guya, heç kimin tanımadığı bir metal sexində baş verib. Əldə etdiyimiz məlumat isə həmin müəssisənin hansısa kiçik sex deyil, Sumqayıt Texnologiyalar Parkına aid 17 zavoddan biri olduğunu göstərir. Sumqayıt İcra Hakimiyyəti və polis idarəsi iz azdırmaq üçün ictimailəşdirilən məlumatda müəssisənin real ünvanını da təhrif ediblər. Yayılan informasiyada ünvan “İnşaatçılar qəsəbəsi keçmiş TES 1-in ərazisi” kimi göstərilsə də, əslində həmin zavodun Sənaye bölgəsi kimi tanınan Zeynəlabdin Tağıyev qəsəbəsində yerləşdiyi xəbər verilir.

Qeyd edək ki, bu zavod nəinki Sumqayıtın, həmçinin respublikamızın ən iri metaləritmə müəssisələrindən biri kimi tanınır. 2012-ci ildə STP-nin nəzdində fəaliyyətə başlayan Metaləritmə zavodunun əsas təyinatı metal tədarükü, poladəritmə və yayma istehsal sahələrindən ibarətdir. Zavodun Azərbaycanda nadir müəssisələrə verilən armatur istehsal etmək imtiyazı var imiş. Hazırda bu müəssisədə 12; 14; 16; 18; 20; 22; 25-lik armaturlar istehsal olunur və partlayış da həmin sexlərdən birində baş verib.

Müəssisənin daxil olduğu Sumqayıt Texnologiyalar Parkı 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin xeyir-duası ilə açılıb. Tərkibində 17 zavodu birləşdirən STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksəkgərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yerinin açıldığı bildirilir.

Texnopark 2015-ci ilə qədər “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevin nəzarəti altında imiş. Hətta Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun bir vaxtlar həmin parkdakı kiçik sexlərdən birinin müdiri olmasına baxmayaraq, özünün STP-nin ağası kimi aparırmış.

Daha sonra STP-yə nəzarət Etibar Pirvərdiyevdən alınıb “Azərenerji” ASC-nin indiki prezidenti (o vaxt "Azərişıq"ın rəhbəri idi) Baba Rzayevə verilib. 2015-ci ildə reallaşan bu əl dəyişikliyindən sonra STP-də iki hakimiyyətlilik dövrü başlayıb. Texnopark işçilərinin 2016-ci ildə Prezidentə ünvanladıqları məktubda da bu xüsus vurğulanaraq deyilir:

“...STP-də eyni səlahiyyətli iki icraçı direktor çalışır. Sıravi vətəndaşların kütləvi ixtisar olunduğu müəssisədə nədənsə iki direktordan biri ixtisar olunmadı.

Direktorun biri Sahib Musayevdir. Bu direktor barədə uzun-uzadı danışmaqa ehtiyac yoxdur, çünki ölkədə baş nazir Artur Rəsizadə necə çalışırsa, Sahib Musayev də o cür çalışır.

İkinci direktor şirkətin maliyyə məsələlərindən cavabdeh, ixtisaca texniki təhsilli İdris Mustafayevdir. İdris Mustafayev texniki təhsilli olsa da, maliyyə məsələlərinə nəzarət edir. Ancaq qəribə orasıdır ki, işçiləri “sənin təhsilin ixtisasın ilə düz gəlmir”, deyib ixtisar edir. Bu adam hardasa il yarımdır direktor təyin olunub. Əvvəl Baş metroloq idi. Başı aşağı işə gəlib-gedən adam idi. Amma direktor olan kimi gözü ayağının altını görmədi”.

Şikayətçilərin bu iddialarından da göründüyü kimi, STP rəhbərliyinin kadr seçimində öz işinin əhli olmaq kriteriyalarına əhəmiyyət verilməyib, Azərbaycanın texnologiya sənayesi kimi mühüm sahə iri məmurların qohum-əqrəbalarına tapşırılıb. Özlərinin üstün intellektinə güvənən həmin qohum-əqrəbanın bayram günlərində texniki nasazlığa baxmayaraq pul qazanmaq hərisliyi isə bu cür ağır nəticələr doğurub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru