Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”
Tarix: 19-02-2021, 09:49 | Çap et
![Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində...](/uploads/posts/2021-02/thumbs/1613713470_0001.jpg) “İki azyaşlı övladımı təkbaşına saxlayıram, buna saxlamaq demək mümkündürsə… Nə uşaqpulu var, nə ünvanlı sosial yardım verilir, aldığım maaşı bilmirəm gözləri tutulmaq üzrə olan uşağın dərmanına verim, yoxsa qarınlarına yemək alım… Mağazalara borcum başımdan aşır”. DİA.AZ bildirir ki, bunu Ağstafa rayonu, Qaçaq Kərəm kənd sakini Tahirə Abullayeva deyir. Tahirə xanım təkbaşına iki azyaşlı övladını böyüdür. Ancaq deyir ki, imkansızlıq onu əməlli-başlı əldən salıb.
Tahirə xanımın həyat yoldaşı vəfat etdikdən sonra qayğıları birə beş artıb. Deyir, Dağ Kəsəmənli kənd orta məktəbində yarımştat iş cədvəli üzrə xadimə işləyir, aylıq məvacibi 128 manatdır ki, bununla da ailəni dolandırmaq çətindir.
“Uşaqlardan birinin 11, o birinin 12 yaşı var, qızımın gözləri tutulmaq üzrədir, televiziyalardan birinə də çıxmışam uşaqla, söz verdilər ki, müalicəsinə, əməliyyatına kömək edəcəklər, ancaq sonra yolpulu tapmadım ki, uşağı təzədən Bakıya – pulsuz müalicəni, əməliyyatı söz verən həkimin yanına aparım… Ünvanlı sosial yardım üçün müraciət edirəm, adımda Sadıxlı kəndində pay torpağı olduğunu bəhanə gətirib ünvanlı sosial yardım təyin etmirlər. O pay torpağını əkib-becərmək də pul tələb edir, o vaxt atamgilə verilib, necə veriblərsə, eləcə də qalıb orda, əkib-becərməyə pul lazımdır, o da yoxdur. Hökumət bir dəfə qapını döyüb soruşmur ki, sənə verilən pay torpağından istifadə edə bilirsənmi? Bu uşaqlar acdır, susuzdur, geyimləri var, yoxdur, hökumətə maraqlı deyil. Adamlar köhnə geyim verməsə, uşaqlarım çılpaq gəzər…”, – qadın deyir.
Tahirə xanımın qayğılarından ən böyüyü işlə bağlıdır: “Başqa kəndin məktəbində yarımştat xadiməyəm, dediyim kimi, cəmi 128 manat maaş alıram. Məmurlara sual verirəm, özləri 128 manat maaşla dolana bilərmi? Nə kommunalı, nə mağazalara yığılıb qalmış borcları, nə uşaqların dərmanını, yeməyini ödəyə bilirəm. Üstəlik, xəstə, azyaşlı uşaqları evdə nəzarətsiz qoyub başqa kəndə işə gedirəm. Həm uşaqların həyatı təhlükədə olur, həm də aldığım cüzi maaşın hər gün 1 manat 20 qəpiyini yolpulu etməli oluram. Dəfələrlə rayonun təhsil şöbəsinə müraciət etmişəm ki, mənim iş yerimi öz kəndimizdəki məktəbə dəyişsinlər və məni tam ştata götürsünlər. Həm uşaqlarıma yaxın olum, həm də maaşım artsın. Hər dəfə yalandan ümid verirlər, ancaq özüm də şahidiyəm ki, onlardan istədiyim işi başqasına verirlər”.
diaaz.space bildirir ki, vətəndaşın belə bir çilə çəkdiyi məqamda Ağstafaya rəhbərlik edən Seymur Orucov haqqında da mətbuatda ilginc xəbərlər yayılmaqdadır. Məsələn "gundelik-baku.com" saytı iddia edir ki, Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovla dəyəri 350 min manat olan 10 NK 200 dövlət qeydiyyat nişanlı amerikan istehsalı olan GMC Yukon Denali markalı avtomobilin sahibidir. Ancaq avtomobil İcra başçısının qardaşı Vasif Orucovun adına sənədləşdirilib. Deyilənə görə, avtomobil zirehlidir. Mənbənin məlumatına görə, avtomobili başçının həyat yoldaşı Çeşmə xanım idarə edir. Çeşmə xanım Maştağa qəsəbəsində bağça müdirəsidir.
Bu faktı ona görə xatırlatdıq ki, sakini çilə içində olan icra başçısının təmtəraqlı yaşam şəraiti təbii ki şübhələrə yol açır...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Bu gün, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Bu gün, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
|