Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil .....                     “Xazar Oil” ölkədən böyük pul çıxarıb .....                     Ermənilərin Aİ ilə ortaq təxribatı... .....                     "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" .....                     Fazil Qasımova 10 il həbs cəzası istənilib .....                     Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib .....                     QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” .....                     Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək .....                     Büdcə strukturlarında ixtisarlar .....                     Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: .....                     Ermənilərə görə Pezeşkiana müraciət edildi: .....                     “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                     Jurnalist fəaliyyətinə qadağa! .....                     TRAMP... .....                     Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... .....                     Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu .....                     Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb .....                     Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə .....                     Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb .....                     "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                     Demokratiyanın dəfni və ya: .....                     Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı .....                     Pensiya ilə bağlı qalmaqal: .....                     Tıxaclar aradan qalxar, .....                     Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır .....                     Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? .....                     42 milyonun yarısı digər hesaba köçürüldü .....                     Matvienko Bakıya gələcək .....                     7 milyon pul, başı yarılmış FTX zabiti .....                     Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir .....                     "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda .....                 

“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın” - deputat
Tarix: 2-03-2016, 08:32 | Çap et
“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli növbəti təklifi ilə mətbuatın gündəminə gəlib. Komitə sədri Azərbaycanda hər ay yüzlərlə ailənin ünvanlı sosial yardım aldığını, bu yardımın isə nağd ödəniş formasında həyata keçirildiyini, yəni müəyyən edilmiş vəsaitin ünvanlı sosial yardım alan şəxsin kartına köçürüldüyünü deyərək bunu kənd yerində yaşayan sakinlər üçün əlverişsiz variant sayıb.

Deputatın fikrincə, nağd ödəniş əvəzinə kəndlərdə yaşayan ailələrə qoyun verilməlidir. H.Rəcəbli hesab edir ki, burada məqsəd ələbaxımlılığın qarşısını almaqdır. Komitə sədri qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmalıdır. “Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu, 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərti ilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin.

Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür” deyə, o bildirib. Lakin H.Rəcəblinin bundan əvvəl səsləndirdiyi bəzi təkliflər kimi, bu fikri də birmənalı qarşılanmayıb və geniş rezonans doğurub. Mövzu ilə bağlı komitə sədrinə müraciət etdik. Deputat əleyhinə səslənən fikirlərlə bağlı öncə bunları bildirdi:

- Mənim fikirlərim düzgün anlaşılmayıb. Məsələ burasındadır ki, əhalinin kasıb təbəqəsinə müavinət verəndə insanların böyük əksəriyyətinin əli işdən soyuyur, işləmək istəmir, deyir “elə mənə müavinət ver, xərcləyim.” Ona görə də dünyada-hələ bunu Azərbaycanda tətbiq etməyiblər-belə ideyalar var və həyata keçirilir. Ancaq bizim ölkədə qaçqınlar və məcburi köçkünlərlə bağlı belə ideyalar həyata keçirilir.

Çində, Avropa ölkələrində kreditlərin verilməsinin də müxtəlif formaları var. Kiçik sahibkarlığı yaratmaq üçün formanın biri budur: balalı inək verək, südünü sağsın, qoyun verək, yunundan, ətindən istifadə eləsin. Qoyunçuluq Azərbaycanın bütün mədəniyyətinin tərkibində olub da. Hamı kabab yeyir, amma qoyunun adını çəkəndə başlayırlar artıq-əskik danışmağa.

Ona görə də demişəm ki, Yardımlı və Gədəbəy kimi dağ rayonlarındakı sakinlərə pul əvəzinə qoyun versinlər. Başqa yerlərdə adamlara, məsələn, bərbər avadanlığı versinlər, icarə yeri ayırsınlar. Bununla da adamları daha çox əməyə cəlb etmək olar. Yəni ailə müavinəti deyilən müavinət ola bilər, uşaqların sayına, yaxud əlilliyə görə. Amma əl-ayağı üstündə olan, imkanları məhdud, gəliri aşağı olan zəruri ehtiyac meyarına düşən insanlar üçünsə, əlbəttə, belə formalar tapılmalıdır ki, onlar işləsin.

Bu, yeni bir şey deyil, Amerika açmamışıq, başqa ölkələrin təcrübəsindən misal gətirmişik. Hadı müəllim hələ bu barədə heç kimə heç nə deməyib, heç kim də bu barədə nəsə eləməyə başlamayıb.

Ölkədə də bununla bağlı hansısa addım atılmayıb, bəlkə başqa hansısa variantlar olacaq. Bu, cəmiyyətimizin istəyidir, mənə bu barədə teleqramlar gəlir. Adamlarımız deyir, qardaş, mənə bir inək ver, gedim balalarımı saxlayım, yoxsa bu nədir mən gündə yardım üçün dilənirəm.

- Deyək ki, adamlara heyvan verildi, o da əlacsızlıqdan satdı, yaxud heyvan yıxılıb tələf oldu, onda necə olacaq?

- Ona görə də təklif edirik ki, hansı qurum bu inkişaf proqramını tətbiq edir, o da məsələni nəzarətdə saxlayır. Yəni nəzarətdə saxlanılır, təsərrüfat bir az ayağa duran kimi, ondan əl çəkirlər. Kəndli aldığı qoyunları kəsdisə, daha qurtardı, ona heç nə verilməyəcək. Ancaq nəzarətçi qurum qoymur həmin qoyunlar vaxtından tez kəsilsin. Söhbət təkcə qoyundan getmir. Məsələn, kənddə bir otağı verirlər adama, deyirlər get, orada corab toxu, ya orda dərzi sexi aç!

- Hadı müəllim, bu məsələlər rəhbərlik etdiyiniz komitədə müzakirə olunubmu?

- Yox. Mən siyasi elmlər doktoruyam, professoram, siyasi elmlərin bilicilərindən biriyəm. Mənim dediyimi niyə insanlar qəribçiliyə salır? Mən dünyadakı təcrübələri yaxşı bilirəm. Bu işin həm elmi, həm də praktik tərəflərini bilirəm, havadan danışmıram axı.

- Yəni deyirsiniz bu ideya ölkədə tətbiq oluna bilər?

- Ola bilər bu cür yox, başqa cür. Demirəm ki, hökmən belə olsun. Formalar var da... Deməmişəm ki, bu, Azərbaycanda tətbiq olunacaq. Demişəm ki, dünyada belə təcrübələr var. Bizim jurnalistlər belədir də, Hadı müəllimin sözündən söz çıxarırlar. Xahiş edirəm elə belə də yaz!(gülür)

- Bu yaxınlarda kənd təsərrüfatı naziri demişdi ki, ölkədə mal-heyvanın sayı çoxdur. Bu yandan da siz əhaliyə əlavə mal-qoyun paylamağı tövsiyə edirsiniz...

- Azərbaycanda torpaqlardan səmərəli istifadə olunmur, torpaqlar boş qalır. Yaxşı, torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması? Kənd təsərrüfatı nazirinin dediyi başqadır, söhbət məhsuldar inəkdən gedir. Onun dediyi odur ki, bizdə inək çoxdur, amma məhsuldar deyil, cins deyil.

- Deməli, ölkəyə yeni cins mal-qoyun gətiriləcək?

- O da ola bilər. Məsələn, bu gün keçi növləri var, ildə 3 bala, 5 litr süd verir.

- Əgər sizin təklifləriniz qəbul olunsa, bu, bütün rayonları əhatə eləməyəcək, eləmi?

- Təbii ki, yox. Mən demişəm ki, məsələn, Yardımlı və Gədəbəydə qoyun, amma Şirvanda inək vermək olar. Özü də söhbət heyvandarlıqdan getmir. Yadınızdadırsa, vaxtilə gözdən əlillər üçün sexlər var idi. Qoy əlillər evdə hansısa işlə məşğul olsun. İmkanı olmayan adama hansısa avadanlıqlar veririk, o da başlayır evdə corab, ya köynək toxumağa. Bu, pisdirmi, qardaş? Ya bir tikiş maşını verirsən, adamlar orda işlə məşğul olur. Bunlar ideyalardır, sadəcə, söhbətdir, heç biri harasa yazılmayıb, konkretləşməyib. Mən havadan danışmıram, dünya təcrübəsindən deyirəm.

- Niyə əmək və sosial siyasət komitəsi bu ideyaları mükəmməl bir layihə şəklində hazırlayıb parlamentə, ya hökumətə təqdim etmir?

- Bu gün ünvanlı yardım, sosial müdafiə ilə bağlı bizim qanunumuz var, orda da iş yerləri məsələsi əksini tapıb. Bizim başqa ideyalarımız da var. Bax, görürsünüz, cəmiyyət bunu birmənalı qarşılamadı. Mən bu fikri ona görə səsləndirmişəm ki, cəmiyyətin fikrini öyrənim. Amma bu gün kənddən xəbəri olmayan adamlar başlayır ağzına gələni danışmağa.

- Təbii ki, istənilən ideya ilə bağlı fərqli fikirlərin səslənməsi qaçılmazdır. Ancaq bəlkə bu ideyanın tətbiqi daha düzgün olardı. Məsələn, bu il vaxt itirmədən imkansız kəndliyə 5 qoyun verilərdisə, gələn il qoyunların sayı ikiqat artardı...

- Ay sağ ol, tamamilə doğrudur. Bunun üçün də gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın. Əksinə, ona kömək olaq, dəstək olaq ki, bu qanunvericiliyi ortaya çıxara bilsin...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Bu gün, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Bu gün, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Bu gün, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Bu gün, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Bu gün, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Bu gün, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Bu gün, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Bu gün, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Bu gün, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Bu gün, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59
Matvienko Bakıya gələcək
Bu gün, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47
Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38
Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33
“Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30
Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru