
Bu gün Nərimanov rayon Məhkəməsində AXCP">AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə M. İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dünən keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP">AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.