"Məni satmasalar, Jirnovski ilə görüşüb, payını verəcəm"
Tarix: 20-04-2016, 08:48 | Çap et
 Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin bir-birinin ardınca həm Türkiyə, həm də Azərbaycan haqqında dediyi təhdidlər qıcıq doğurmaqdadır
Hər zaman qeyri-ciddi bəyanatları ilə gündəmə gələn Jirinovski bu dəfə Ermənistan və Azərbaycanın Rusiyaya birləşdirilməli olduğunu deyib.
Başqa bir müsahibəsində isə Azərbaycan və Türkiyənin ittifaq yaratmasının təhlükəli olduğunu qeyd edib, yenidən Türkiyənin "parçalanma ssenarisi"ndən söz açıb: "Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb, ermənilərə vermək lazımdır, Ermənistan bu ərazilərlə birləşməlidir”.
Mətbuatda, sosial şəbəkələrdə Jrinovskinin bu açıqlamaları sərsəmləmə kimi qeyd olunsa da, bəzi ekspertlər onun bütün açıqlamalarının əslində birbaşa Kremlin sifarişi olduğunu, bu bəyanatların arxasında Rusiyanın gələcək planlarının anonsunun dayandığını bildirirlər.
Xatırladaq ki, iki il öncə Jirinovski sərsəmləmə bəyanatlarla çıxış etdiyi üçün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onun qulağını kəsəcəyini demişdi. Partiya sədrinin bu təhdidi dünya mətbuatında gündəmə çevrilmişdi. Rusiya, Türkiyə, Ermənistan və digər ölkələrin mətbuat orqanları H.Hacıyevin bu təhdidini manşetdən vermişdi.
Lakin elə həmin ilin sentyabrında Jirinovski Azərbaycana səfər etdi, Milli Məclisdə görüş keçirdi. Azərbaycanda olarkən fərqli mövqe nümayiş etdirən Jrinovski sonradan öz ampluasına qayıdaraq, Azərbaycan və Türkiyə barəsində xoşagəlməz açıqlamalar verməyə başladı.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu barədə suallarımızı cavablandırdı: "Jirinovski ağlı özündə olmayan, özünü idarə edən bilməyən adamdır. Bilirsiz ki, anasını bizim türklər alıb boşayıb, onda görə də həmin qisası bizdən almaq istəyir. Çox təəssüf ki, bizim 5-ci kalonun bəzi nümayəndələri, Putindən orden, medallar alanlar zamanında onu guya ki, bizim acığımıza Bakıya dəvət etdilər. Hansı ki, mən o ərəfədə demişdim ki, onun qulağını kəsəcəm. Yenə də bizim bu fikrimiz qüvvədə qalır. Bizim acığımıza onu Bakıya dəvət edəndə cəhd etmişdim ki, onunla görüşüm. Lakin məndən ən yüksək dairədən xahiş etdilər ki, buna ehtiyac yoxdur”.
Partiya sədri Jrinovskinin bəyanatlarının Rusiyanın ən yüksək dairələrinin mövqeyi olduğunu bildirib: "Jirinovski SSRİ "KQB”-dən qalma bir adamdır. Onu inkar etmək, elə-belə hesaba qoymaq olmaz. Son günlər aldığım məlumata görə, o, içkiyə qurşanıb. Sadəcə nəzərə almalıyıq ki, onun Türkiyəni, Azərbaycanı təhdid etməsi Rusiyanın ən yüksək dairələrinin mövqeyidir. Bunların hamısı bizim üçün dərs olmalıdır”.
Hafiz Hacıyev Jirinovski ilə görüşmək üçün Moskvaya getmək istədiyini deyib: "Qismət olsa, məni satmasalar, onunla görüşmək üçün Moskvaya getməyi planlaşdırıram. Gedib aydınlaşdırmaq istəyirəm ki, niyə bu adam axşama qədər Türkiyənin, Azərbaycanın ünvanına xoşagəlməz ifadələr işlədir. Jirinovskinin payını verib, Azərbaycanın tarixində qalacam”. (musavat.com)


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Bu gün, 17:38 |
|
|
|
• Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Bu gün, 17:32 |
|
|
|
• Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Bu gün, 17:28 |
|
|
|
• Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Bu gün, 17:24 |
|
|
|
• “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07 |
|
|
|
• “Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58 |
|
|
|
• "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56 |
|
|
|
• Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52 |
|
|
|
• Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49 |
|
|
|
• Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43 |
|
|
|
• İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40 |
|
|
|
• Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49 |
|
|
|
• Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45 |
|
|
|
• TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39 |
|
|
|
• Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35 |
|
|
|
• Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29 |
|
|
|
• Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26 |
|
|
|
• Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17 |
|
|
|
• Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12 |
|
|
|
• "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00 |
|
|
|
• Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58 |
|
|
|
• Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14 |
|
|
|
• Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10 |
|
|
|
• Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05 |
|
|
|
• Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04 |
|
|
|
• Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02 |
|
|
|
• 42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59 |
|
|
|
• Matvienko Bakıya gələcək
Bu gün, 12:58 |
|
|
|
• 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47 |
|
|
|
• Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33 |
|
|
|
• “Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30 |
|
|
|
• Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05 |
|
|
|
• Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45 |
|
|
|
• Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42 |
|
|
|
• Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
• 24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37 |
|
|
|
• Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31 |
|
|
|
• Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25 |
|
|
|
• “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20 |
|
|
|
• Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18 |
|
|
|
• Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14 |
|
|
|
• Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03 |
|
|
|
|