“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                     Jurnalist fəaliyyətinə qadağa! .....                     TRAMP... .....                     Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... .....                     Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu .....                     Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb .....                     Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə .....                     Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb .....                     "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                     Demokratiyanın dəfni və ya: .....                     Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı .....                     Pensiya ilə bağlı qalmaqal: .....                     Tıxaclar aradan qalxar, .....                     Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır .....                     Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? .....                     42 milyonun yarısı digər hesaba köçürüldü .....                     Matvienko Bakıya gələcək .....                     7 milyon pul, başı yarılmış FTX zabiti .....                     Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir .....                     "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda .....                     Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi .....                     Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi .....                     “Unibank” ən pis bankdır .....                     Paşinyanın yeni layihəsi: .....                     Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək .....                     Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir .....                     “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb .....                     Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib .....                     Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? .....                     24 minlik alimenti ödəmədi .....                     Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir .....                 

“Ermənilər çox ciddi şəkildə müharibəyə hazırlaşır” - Sərdar Cəlaloğlu
Tarix: 23-04-2016, 08:38 | Çap et
“Ermənilər çox ciddi şəkildə müharibəyə hazırlaşır”
DİA.AZ ADP sədri Sərdar Cəlaloğlunun Qafqazinfo.az saytına müsahibəsini təqdim edir:



- Deyirsiniz ki, atəşkəs Amerika səfərinə görə pozuldu...

- Azərbaycanda bu dəqiqə Dağlıq Qarabağın hərbi yolla azad edilməsi üçün plan var. İşğala məruz qalan bir ölkənin əlində necə plan olmaya bilər? Bu plan da zaman-zaman məşq olunur. Azərbaycan müdafiə nazirinin də kifayət qədər ağlı var ki, prezident Amerikaya gedəcəksə, hansısa müttəfiqlik bəyanatları veriləcəksə, ermənilər bu təxribatı törədə bilər. Bizim də kəşfiyyatımız var. Səfərin detalları, aparılacaq danışıqlar, verilən bəyanatlar qabaqcadan planlaşıdırılır.

- Rusiya rəhbərliyi 23 ildən sonra münaqişənin həllində sanki maraqlı görünür. Sizcə, onu buna vadar edən nədir və burada səmimilik nə qədərdir?

- Qarabağ münaqişəsində tərəf kimi Ermənistan yox, Rusiyadır. Amma rus diplomatiyası böyük uğurla Ermənistanı tərəf kimi müəyyənləşdirir, özü isə vasitəçi kimi çıxış edir. Rusiya onun təsirindən uzaqlaşıb, Amerikaya, Qərbə tərəf yaxınlaşan dövlətləri, xalqları cəzalandırır. Ərazilərimizin işğalının rus işğalı olduğunu bilirik. Xocalı soyqırımını da ruslar edib, Dağlıq Qarabağda əhalinin boşalmasında rusların iştirakını bilirik.

Rusiya görür ki, Dağlıq Qarabağ torpaqlarını işğalda saxlamaqda inad etdikcə daha çox İslam dünyasını öz üzərinə çəkir. Bu gün bizim hələ ki istifadə etmədiyimiz çox ciddi kartımız var. O da İslam dünyasına mənsub olmağımızdır. Ermənilər hər dəqiqə Rusiyanı müttəfiq kimi qabardırlar. Pakistan dedi ki, əgər ikinci tərəf bu münaqişəyə qoşulacaqsa, üçünücü tərəf avtomatik o olacaq. Azərbaycan müraciət etməsə belə, Pakistan qoşunları avtomatik müdaxilə edəcək. Niyə? Çünki Dağlıq Qarabağ Şimalı Azərbaycandan qoparılmamışdan əvvəl Pakistan, Əfqanıstan, Ərəbistan, İran, Hindistan Qacariyyə adlı bir dövlət idi. Dağlıq Qarabağın Azərbaycandan qoparılması həm də Pakistandan qoparılmaq deməkdir. Çünki Pakistan da bizim bir vilayətimiz idi. Rusiya tarixə qayıdırsa, Pakistan da tarixə qayıdacaq.

İkincisi, Pakistan görür ki, burada bir xristian təəssübkeşliyi var. O zaman müsəlman kimi Pakistan bizi niyə müdafiə etməsin? Əgər biz bütün müsəlman ölkələrini Rusiyanı blokadaya salmaq çağırışını etsək, Rusiyanın vəziyyəti necə olar? Avropanın blokadası Rusiyanı çökdürmür, amma Rusiyanın əsas iqtiadi tərəfdaşları müsəlman ölkələridir, onlar blokadaya qoşulsalar, Rusiya çökər. Rusiyanın idxal- ixrac balansında müsəlman ölkələri birinci yerdə durur.

O cümlədən Rusiya əhalisinin yarısı da müsəlmandır. Biz bu İslam türk dünyası faktorundan istifadə etsək, Rusiya da bizim qarşımızda Ermənistan kimi cılız bir dövlət olacaq. Biz hələlik məsələni bu səpkiyə qaldırmırıq. Ərəbistanda da məscidlərdə Azərbaycanla bağlı xütbələr oxundu. Biz bu kartdan istifadə etsək, Rusiya 1 milyardlıq müsəlmanla düşmən olacaq. Bu müharibədə də Rusiyanın qalib gəlmək şansı sıfırdan bir neçə sıfır aşağıdır. Görünür, başa düşürlər ki bu məsələdə həyasızcasına davranmaq, Azırbaycan torpaqlarını qoparıb ermənilərə vermək İslam dünyasında artıq qıcıq yaratmağa başlayıb. Pakistanın, Türkiyənin, İranın bəyanatları bunun siqnallarıdır. Biz hələ dövlət səviyyəsində müraciətlər etmirik. Məsələn , Rusiya-Türkiyə münaqişəsində dedilər ki, Rusiyanın üstünlüyü atom bombasındadır, bu da Türkiyədə yoxdur, Pakistan dərhal bəyanat verdi ki, atom bombası Türkiyədə yoxdusa onlarda var. Yəni Pakistan bununla onu demək istədi ki, atom bombamızı Türkiyənin atom bombası kimi istifadə edə bilərik. Bundan sonra Rusiya Türkiyə ilə ritorikada nüvə silahı amilini deməkdən çəkindi. Yoxsa Jirinovski iki gündən bir deyirdi ki, İstanbula atom bombası ataq, məsələni həll edək. Pakistanın bəyanatından sonra Rusiyanın səsi kəsildi.

- Elə bu əməliyyatlar bizə dostu düşməni bir daha göstərmiş oldu...

- Bəli . Qlobal tərəfləşməni də göstərdi. Rusiya həm də bundan qorxdu. Qorxur ki, ermənini dəstəklədikcə qarşısına islam-türk ittifaqı çıxır. Sizcə Rusiya nə etməlidir? Erməni kimdir ki, ona görə rus dövlətçiliyini zərbə altında qoysun. Məcburdular ki, bu məsələdə əvvəlki murdar niyyətlərindən geri çəkilsinlər. Yoxsa ruslar heç vaxt xoşluqla Azərbaycanın yanında olmazlar. Bundan yüz illər keçsə də Azərbaycanın dostu olmayacaqlar.

- Dəstəkdən söz düşmüşkən, Ərdoğan hakimiyyəti də gözlənildiyindən artıq dərəcədə Azərbaycanın yanında oldu. Sizcə, bu həm də Ərdoğanın Putinə olan münasibəti idimi , yoxsa hər zamankı qardaş ölkə olaraqmı bunu etdilər? Türkiyə-Rusiya münasibətlərinin hansı səviyyədə olduğunu da nəzərə alaq...

- Əgər elədirsə, siz İranın mövqeyini necə ifadə edərdiniz? İran açıq şəkildə dedi ki Qarabağ müsəlman torpağıdır, Azərbaycan torpağı olduğunu deməsə də. Orada ölənlər də şəhiddir. Yəni İran artıq bu məsələyə dini müharibə kimi baxır. Dini müharibə kimi baxdığına görə vətəndaşlarının o müharibədə iştirakının qabağını ala bilməz, əksinə təbliğ edəcək.

Ümumiyyətlə vətəndaşlarının cihada getməsinin qarşısını müsəlman ölkələri almaz. Eyni cihad elan olunacaqsa, pakistanlı, iranlı, ərəb də, türk də bu müharibədə iştirak etməyə borcludur. Son İslam Əməkdalıq Təşkilatında da vahid islam dünyasının anonsu verildi, özü də məzhəbçilikdən, təriqətdən uzaq İslam dünyasının. Əsl islama qayıdış olduğu təqdirdə dünyada heç bir güc müsəlmanların qarşısında dura bilməyəcək. Bunu hamı bilir. Baxın rus mətbuatına, islamlaşma ilə əlaqədar nə qədər analitik yazılar yazırlar, televizorda açıq-aydın İslamın əleyhinə iş aparırlar.

- Ruslar dediyiniz kimi dalana dirənibsə, torpaqlarımızın hamısını qaytaracaqlarmı?

- Ermənilərin son davranışı Dağlıq Qarabağa muxtariyyət verilməsi hüququnu istisna edir. Biz gördük ki, ermənilər bizim güzəştli mövqeyimizdən sui-istifadə edir. Dağlıq Qarabağ məsələsində artıq heç bir statusdan söhbət gedə bilməz. Ermənilər ya Azərbaycan vətəndaşı kimi bizim ərazimizdə yaşamalıdırlar, ya da torpağımızı tərk edib getməlidirlər. Azərbaycanın mərkəzində hər hansı muxtariyyətə nə ehtiyac var ki. İki yoldan biri var. Dağlıq Qarabağ bütünlüklə Azərbaycana qaytarılmalıdır.

- Mətbuatda yazılıb ki, Serj Sarkisyan Qarabağı qaytarılması ilə bağlı xalqa müraciət edəcək. Bu nə qədər inandırıcıdır?

- 4 günlük müharibədən sonra ikinci etapa, yəni soyuq müharibəyə keçilib. Mətbuata baxsaq görərik ki, burada xalqların psixoloji hazırlığı, çaşdırma, yayındırma , dövlət siyasətini ört-basdır etmə siyasəti yürüdülür. Baxırsan ki Rusiya tülkü donu geyinib özünü sülhməramlı missiyasında aparır. Verilən bəyanatlar əslində bizi çaşdırmaq niyyəti daşıyır.

Mənim aldığım məlumata görə, ermənilər hazırda növbəti müharibəyə hazırlaşamaq üçün Dağlıq Qarabağa həddindən artıq texnika cəmləşdirir. Rusiyadan yeni texnika alır. Azərbaycan tərəfi də buna hazır olmalıdır. Sarkisyanın Qarabağı qaytaracağıq deməsi Azərbaycan xalqını yatırtmaq məqsədi güdür. Amma əksinə xalqımız bilməlidir ki, bu saat ermənilər Dağlıq Qarabağ ərazisində hərbiləşdirməni gücləndirirlər. Sadəcə əsgərlərinin olmaması problem yaradır. Bunu da əvəzləmək üçün PKK-çıları gətirməklə, Suriyadan adam yığmaqla məşğuldurlar. Lazım olan qədər güc topladıqdan sonra Azərbaycana qarşı müharibəyə başlayacaqlar.

- O zaman analitiklərin də yazdığı kimi mayda müharibə gözlənilə bilər...

- Gözlənilir. Ermənilərin hazırlığı bunu deməyə əsas verir. Yoxsa niyə Dağlıq Qarabağa tank, top yığsın?

- O zaman bu o deməkdir ki, Rusiyanın da göstərdiyi aktivlik kosmetik xarakteri daşıyır...

- Rusiya vaxt udmaq istəyir ki, ermənilər yenidən öz güclərini komplektləşdirsin. İtirdikləri texnikanın yerini doldursunlar. Ermənilər bəyanat veridlər ki Rusiya, İsrail Azərbaycan niyə silah satır. Bu dörd günlük müharibədə bütün çatışmazlıqlarını gördülər. İndi Rusiyanın diplomatik səyləri Ermənistana vaxt qazandırmaq xarakteri daşıyır. Azərbaycan bu əməliyyatlarda dayanmadan irəli getməli idi. Ermənilərin bundan sonrakı təxribatlarılna on qat artıq cavab verilməlidir. Çünki ermənilər çox ciddi şəkildə müharibəyə hazırlaşır.

- Qərb bu durumda nə etməlidir, müharibə istəmirlər, çünki bölgədən keçən transmilli layihələrə təhlükə yarana bilər...

- Qərbin nəyinə lazımdır ki. Ölən mənim qardaşımın oğludur, işğal olunan mənim torpağımdır. Neçə illərdir ki öz vətənini görməyən mənim xalqımdır. Fransız oturub qəlyanını çəkir, torpağı özündədir. O əlbəttə ki atəşkəsin olmasını istəyir. Bizə isə atəşkəs nəyə lazımdır? Niyə atəşkəsə əməl etməliyik? Niyə torpaqlarımız işğal altında olmalıdır? Bizim problemimizi heç vaxt Amerika, Qərb tam başa düşə bilməz. Biz öz problemimizi həll etmək üçün birinci növbədə türk –islam dünaysından dəstək almalıyıq. Müdafiə nazirimiz türk-islam ölkələrinə səfər etməlidir, hərbi əməkdaşlıq müqavilələri imzalanmalıdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbəyov Kollektiv Təhlükəsizlik Təşkilatının iclasının Yerevanda keçirilməsinə icazə verməmişdi. Həmin yığıncağın Moskvaya köçürülməsində israr etdi. Demişdi ki, Ermənistanda gülə-gülə poz verə bilməz, Azərbaycan buna nə deyər? Bu şüur onu göstərir ki, türk dünyası artıq birləşməkdədir. Türkmənistan bizə qoşun verməyə hazır olduğunu dedi. Hələ Özbəkistanla lazımi əlaqələri qura bilməmişik. Biz Özbəkistandan niyə istifadə etməyək? Eləcə də Əfqanıstan 400 il bir yerdə yaşamışıq. Əfqanıstanda Gündüz vilayəti var. Orada Dağlıq Qarabağdan köçürülmüş azərbaycanlılar yaşayır. 2 milyona yaxın qarabağlı yaşayır orada. Onların gücündən niyə istifadə etməyək ki?

- Belə çıxır ki, xarici siyasətimizdə çatışmazlıqlar var...

- Elmar Məmmədyarov Azərbaycan kimi bir dövlətin xarici siyasətinə rəhbərlik etməyə layiqli şəxs deyil. Bu adamın nə təfəkkür tərzi, nə də dünya görüşü buna imkan verir. Elə Avropaya gedib-gəlməklə olmur. Azərbaycanla yaxın olan, tarixən bir dövlətdə yaşadığımız ölkələr var, ora getmək lazımdır. Baxın, Türkiyə keçmiş Osmanlı ərazisində yaşayan xalqların haqlarını müdafiə edir və onların da potensialından istifadə edir. Bura İraq, Suriya, Liviya , İsrail və Misir, Səudiyyə Ərəbistanı daxildir. Ona görə də bu ölkələrdə nə baş verirsə Ərdoğan dərhal reaksiya verir. İndi nəyə görə biz tarixi sərhədlərimizdə yaşayan dövlətlərlərlə əlaqələr qurmuruq?

Pakistan bizim ərazimiz olub. Bir neçə komandirimiz milliyyətcə pakistanlı olub. Qacarı öldürənlərdən biri də pakistanlı olub. Əfqanıstanın ilk şairi Əhməd Şah Nadir şahın yanında general olub. 1000 ilə yaxın bu millətlər Azərbaycan türkünün siyasi hakimiyyəti təfəkkürü altında olublar. Bu ölkələrdə nə olsa yardım etməliyik, mədəni əlaqələr qurmalıyıq.

İlham Əliyev deyir ki, 50 milyonluq Azərbaycan xalqının prezidentidir. Bu say 50 milyon deyil, 100 milyona yaxındır.

- Son olaraq kontekstdən kənar olsa da seçkilərlə bağlı mövqeyinizi öyrənmək istəyirəm. Bilirsiniz ki, iyunda 90 saylı Ağdaş seçki dairəsində növbəti seçki keçiriləcək, partiya olaraq namizəd irəli sürəcəksinizmi?

- Biz Azərbaycanda seçki keçiriləndə iştirak etmək istəmirik, çünki seçki oyunbazlığında iştirak etməyin mənası yoxdur. Məzahir Pənahov nə qədər ki MSK-ya rəhbərlik edir, Azərbaycanda ümumiyyətlə seçkidən danışmaq olmaz. Bir demokratın seçki oyununda iştirak etməsi demokratiyaya xəyanətdən başqa bir şey deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59
Matvienko Bakıya gələcək
Bu gün, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47
Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38
Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33
“Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30
Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru