Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək .....                     Büdcə strukturlarında ixtisarlar .....                     Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: .....                     Ermənilərə görə Pezeşkiana müraciət edildi: .....                     “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                     Jurnalist fəaliyyətinə qadağa! .....                     TRAMP... .....                     Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... .....                     Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu .....                     Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb .....                     Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə .....                     Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb .....                     "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                     Demokratiyanın dəfni və ya: .....                     Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı .....                     Pensiya ilə bağlı qalmaqal: .....                     Tıxaclar aradan qalxar, .....                     Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır .....                     Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? .....                     42 milyonun yarısı digər hesaba köçürüldü .....                     Matvienko Bakıya gələcək .....                     7 milyon pul, başı yarılmış FTX zabiti .....                     Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir .....                     "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda .....                     Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi .....                     Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi .....                     “Unibank” ən pis bankdır .....                     Paşinyanın yeni layihəsi: .....                     Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək .....                     Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir .....                     “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb .....                 

“Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”
Tarix: 26-04-2016, 09:24 | Çap et
“Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”
Azərbaycan müxalifətinin öndə gedən simalarından olan Qərbi Azərbaycanlılara Qayıdış Birliyinin sədri, “EL” hərəkatının sədr müavini və Milli Şuranın keçmiş üzvü Köçəri Nağıbəylinin siyasi proseslərdən uzaqlaşdığı müşahidə olunur. Təsadüfi deyil ki, son 1 ildə demək olar ki, onun mətbuat səhifələrində bir açıqlamasına belə rast gəlməmişik. Nağıbəyli əsasən fikirlərini ara-sıra sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırır.

O, siyasi proseslərdən son ildə uzaqlaşdığını təsdiqləyərək, buna səbəb kimi anasının vəfatını göstərdi: “Anamın ili çıxmamış siyasi proseslərdə iştirak etmək etik cəhətdən düzgün olmazdı. Ona görə proseslərdə iştirak edə bilmədim. Anamın ili fevralda çıxdı. Bizdə adət-ənənə var. Yasımızı yola verməmiş, başqa proseslərdə iştirak etmirik. Gələcək baxımından təbii ki, vətənimiz, ərazi bütövlüyümüz, torpaqlarımızın işğaldan azad edilməsi üçün gedən proseslərdə siyasi xadim kimi iştirak edəcəm. Hazırda siyasi proseslərdə susqunluğun olduğu ortadadır. Amma buna birmənalı cavab vermək mənim üçün çətindir. Çünki son bir ildəki proseslərdən uzaq olmuşam. Liderlik hər şəxsin işi deyil. Fəaliyyətimizdə səhnədən gediş yoxdur. Proseslərdə olmasam da, təşkilatımız daim baş verənlərə münasibətini bildirib. ”EL" hərəkatının sədri Eldar Namazovun səhhətində son iki ildə problemlər oldu. Ona görə proseslər bir qədər uzandı. Artıq o, müalicəsini başa vurub, aktiv siyasətə qayıdır.

Onunla görüşmüşəm. Yaxın zamanlarda siyasətdə gedən proseslərdə Eldar müəllim aktiv iştirak edəcək. Onunla daim birlikdə fəaliyyət göstərmişik, yenə də belə olacaq. Bundan sonra Milli Şura və başqa qurumlarda təmsil olunmaq fikrim yoxdur. Amma müxalifətin toparlanmasına böyük ehtiyac var. Yeni bir güc mərkəzi yaradılmalıdır. Müxalifətdə intriqa aparanlarla birlikdə olmaq bəri başdan düzgün deyil. O şəxslər bəllidir. Əgər bir-biri ilə intriqa aparacaqlarsa, birliyə ehtiyac qalmır. İllər öncə yaratdığımız İctimai Palata böyük işlər gördü. Hazırda belə bir qurumun yeri görünür. Ziyalıların və öndə gedən siyasətçilərin yeni birliyinə ehtiyac var. Belə bir birlik yaranarsa, biz də iştirak edərik. Çünki güclü müxalifət olmasa, güclü dövlət də olmayacaq".

“EL” hərəkatının sədr müavini son bir ildə siyasi proseslərdə bəzi dəyişikliklərin olduğunu söylədi: “Siyasi məhbusların hamısı tam azad olunmayıb. Amma ötən ay bəziləri prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı. İqtidar bu prosesi davam etdirib, bütün məhbus siyasiləri azad etməlidir. Düşmənçiliyə son qoyulmalıdır. Qarabağ boyda dərdimiz var. İqtidar daxilində də islahatlara ciddi ehtiyac var. Qohumluğa görə vəzifələrə təyin olunma hallarına son qoyulmalıdır. Yalnız qeyd etdiyim yollarla Qarabağ savaşında daha önə gedə bilərik. Qarşıdan önəmli günlər gəlir. İqtidar bundan istifadə edib, siyasi məhbusları azad etməli, Avropadan gələn təzyiqlərin qarşısını almalıdır. Milli birlik buradan yaranır. Özüm də vaxtilə günahsız həbsdə olmuşam. Bunun nə demək olduğunu yaxşı bilirəm”.

K.Nağıbəyli aprelin əvvəllərində cəbhədə baş verən gərginliyə də münasibət bildirdi: “Hadisələr başlayanda, buna biganə qala bilməzdim. Mən də öz fikirlərimi bildirdim ki, hər kəs ordunun yanında olmalıdır. Belə də oldu. Düşünürəm ki, torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır. İqtidar, müxalifət və xalq Qarabağ məsələsində bir arada oldu. 4 günlük savaşda dünya Azərbaycan ordusunun bacarığını gördü. Şəxsən cəbhədə baş verənləri böyük uğur hesab edirəm. 25 ildən sonra ilk dəfə idi ki, xalqımızın üzü gülürdü, ruh yüksəkliyi yerində idi. Bu, çox sevindirici hadisə idi. Qarabağ məsələsində sülh yolu ilə baş tutmadı, hərbi yolla bu məsələni həll etmək lazımdır. Rusiya onsuz da daim erməninin yanında olub. Ermənilər kimdirlər ki, bizə qarşı mübarizə aparsınlar. Rusiya faktoru olsa da, bizim də arxamızda Türkiyə, Pakistan kimi böyük orduları olan, dünya siyasətində önəmli yerləri tutan ölkələr var. Daim ölkəmizlə bir yerdə olduqlarını deyirlər. Mənə elə gəlir ki, Rusiyadan və Ermənistandan çəkinmək lazım deyil. Onlar bizim torpaqları qaytarmırlarsa, hərbi yolla azad etməyə məcburuq. Ordumuzun hər cəhətdən güclü potensialı var. Özüm daxil olmaqla, istənilən yerə gedib torpaqlarımızı azad etməyə qadirik”.

Köçəri Nağıbəyli müdafiə naziri Zakir Həsənovdan da söz açdı: “Zakir Həsənovdan tam razı qaldım. O, peşəkar zabit, hərbçidir. Nizam-intizamı sevən şəxsdir. Hər halda, göz qabağındadır. Səfər Əbiyevlə Zakir Həsənov arasındakı fərqi görməmək mümkün deyil. Müxalifətdə olsaq da, gərək obyektivliyi söyləyək. Hər şeyə qara demək düzgün olmazdı. İndiki vəziyyət əvvəlkindən qat-qat yaxşıdır. Hərbidə olanlardan maraqlanmışam ki, Zakir Həsənov orduda da ciddi intizam yaradıb, qələbə əhval-ruhiyyəsini gücləndirib”.

Müsahibimiz son günlərdə “talış separatizmi” məsələsinin gündəmə gəlməsinə də toxundu: “Bu məsələyə qərbi azərbaycanlı kimi yox, bir vətəndaş kimi münasibət bildirirəm. Azərbaycanın ərazi bütövlüyü hər bir vətəndaş tərəfindən dəstəklənməlidir. Talış və digər məsələləri ortaya atanlar zaman-zaman çirkin siyasətlərindən istifadə ediblər. Məqsəd çaxnaşma yaratmaqdır. Bir neçə şəxsi talış millətinin simasında qələmə vermək düzgün deyil. Talışlar bizim kimi Qarabağda can qoyublar, qan töküblər. Sadəcə, bəzi avaraları ortaya atırlar. Onlar da düşmənin agentləri ola bilərlər. Azərbaycanın qərbi, şərqi, şimalı, cənubu vahid dövlətdir. Bu dövlətin bayrağın altında bir olmalıyıq. Rusların ölkəmizdəki bölücü fəaliyyətləri baş tutmayacaq. Azərbaycan türkləri burda yaşayan digər xalqlarla dost olub. Heç bir millət bizdən pislik görməyib. Burada türkün yaşayışı necədirsə, talışınkı da elədir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Bu gün, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Bu gün, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Bu gün, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Bu gün, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59
Matvienko Bakıya gələcək
Bu gün, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47
Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38
Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33
“Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30
Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru