Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                     Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... .....                     “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır .....                     Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir .....                     İcra başçısının keçmiş müavini vəfat etdi .....                     Xüsusi təyinatlılar Xocalıda: 1991 .....                     Ermənilərin xilas yolu... .....                     AMEA-da bir neçə institut ləğv olunub? .....                     Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ .....                     BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... .....                     Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir .....                     Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? .....                     Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? .....                     İrəvan terrorizmə haqq qazandırır .....                     Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... .....                     44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… .....                     "Mən də oturmaq, gəzmək istəyirəm" .....                     Goranboyun Statistika İdarəsini əslində kim təmir edib .....                     Trampın əlindəki qançırın sirri .....                     Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? .....                     "Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" .....                     VAR... amma YEYƏ BİLMİR... .....                     Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq .....                     “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… .....                     "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi .....                     "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." .....                     Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox .....                     İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                     Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb .....                     `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... .....                     Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... .....                 

“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Tarix: 23-09-2017, 08:31 | Çap et
“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlaması ortaya bir sıra suallar çıxarıb. ÜAK məsələsi Azərbaycanla Rusiya arasında ciddi soyuqluğa gətirib çıxara bilərmi? Azərbaycan etirazını məsələn, Rusiyadan silah alışını azaldacağını bəyan etməklə ortaya qoya bilər, yoxsa bu vəziyyəti daha da gərginləşdirər? ÜAK-ı başqa ad altında qurum təsis etməklə brəp eləmək olmazı?

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı məsələdə aydın olmayan bəzi məqamlar var. Ola bilsin bu, əlimizdə kifayət qədər informasiya olmamasından qaynaqlanır: “Məsələn, rəsmi Bakının bu quruma niyə bu dərəcədə həyati önəm verdiyini anlamaq çətindir. Əlbəttə, ÜAK Azərbaycan dövlətinə və hakimiyyətinə yaxın bir qurum idi, Rusiyada bir növ ”ikinci səfirlik" kimi fəaliyyət göstərirdi. Lakin ÜAK-ın ləğvini sakit qarşılayıb, diqqəti onun yerində yeni bir təşkilat qurmağa yönəltmək olmazdımı? Bunun əvəzində biz onu müşahidə etdik ki, Azərbaycan hökuməti bütün diqqətini ÜAK-ın ləğvi prosesini dayandırmağa yönəltdi, bu məqsədlə prezident Putin də daxil olmaqla, Rusiya siyasi rəhbərliyinə ardıcıl müraciətlər, çağırışlar ünvanladı. Mən düşünürəm ki, Azərbaycanın bu reaksiyası və problemi açıq müstəviyə çıxararaq siyasiləşdirməsi heç də Moskvanın xoşuna gəlmədi. Onlar bunu Rusiyanın hüquq sisteminə, Rusiyadakı hüquqi prosedurlara müdaxilə cəhdi kimi qiymətləndirdilər. Məncə, ÜAK məsələsində Rusiya tərəfinin geri addım atmamasının səbəblərindən biri bu ola bilər. Yəni Kreml nümayiş etdirmək istədi ki, Rusiya məhkəmə-hüquq sistemi müstəqildir və istər ölkənin siyasi rəhbərliyi, istərsə də başqa dövlətlər onun işinə təsir göstərə bilməz. Lakin aydındır ki, Kreml istəsə, məhkəmə qərarına müdaxilə edə və təşkilatın ləğvini əngəlləyə bilərdi. Rusiya kimi dövlətlərdə bu mümkündür. Elə Azərbaycan tərəfi də bunu gözləyirdi. Rusiya hakimiyyəti bu addıma getmədi. Bunun səbəblərindən biri, qeyd etdiyim kimi, Rusiyada məhkəmə hakimiyyətinin müstəqilliyini və siyasi iqtidardan asılı olmadığını nümayiş etdirmək ola bilər. Digər səbəb isə, düşünürəm ki, siyasi xarakterlidir və ÜAK-ın Azərbaycan dövlətinə yaxınlığı ilə bağlıdır. Moskva Rusiya azərbaycanlılarının əksəriyyətini öz ətrafında birləşdirən güclü bir təşkilatın Azərbaycan dövləti ilə yaxınlığını axıra qədər qəbul edə bilmədi. Dövlətlərarası münasibətlər nə qədər yaxşı olursa olsun, prezident Putin belə məsələlərə, yəni digər dövlətlərin rusiyadaxili məsələlərdə hər hansı rol oynamasına və təsir gücü əldə etməsinə yaxşı baxmır. Ona görə də, istisna deyil ki, ÜAK-ın Azərbaycan dövlətinə və hakimiyyətinə yaxınlığı onun ləğvində xüsusi rol oynayıb".

Ekspertin sözlərinə görə, Rusiya uzun müddətdir Azərbaycanın onun inteqrasiya layihələrinə - Avrasiya İqtisadi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını istəyir. Azərbaycanın bu yöndə qərarı hazırda böhran dövrünü yaşayan bu qurumların canlanmasına səbəb ola və onlara yeni nəfəs verə bilər: “Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının tutduğu mövqe də Moskvanı narazı salır. Hazırda həll prosesi Rusiyanın liderliyi altında aparılır və Kreml maraqlıdır ki, münaqişə məhz bu dövrdə, onun maraqları maksimum təmin olunmaqla həllini tapsın. Çünki proses uzandıqca məsələyə Qərbi təmsil edən vasitəçi ölkələrin-ABŞ və Fransanın müdaxiləsi ehtimalı artır, bu isə Rusiya üçün arzuolunmaz perspektivdir. Yəni Azərbaycanın ondan tələb olunan güzəştlərə getməməsi və bunun nəticəsində prosesin uzanması Moskvanı qıcıqlandırır. Son aylarda istər Lavrovun, istərsə də onun sözçüsü Zaxarovanın bəyanatlarında biz bu qıcığı hiss edirik. Ona görə də, istisna etmirəm ki, ÜAK-ın ləğvi Azərbaycan hakimiyyətinə ilk xəbərdarlıq ola bilər. Hadisənin dövlətlərarası münasibətlərə təsirinə gəldiksə isə, şübhəsiz ki, belə bir təsir var. Ən azı, ÜAK-ın ləğvi münasibətlərdə indiyədək müşahidə olunan pozitiv atmosferə uyğun gəlmir. Eyni zamanda, hər kəs gördü ki, Rusiya tərəfi Azərbaycanın təşkilatın ləğvinə yol verilməməsi barədə çoxsaylı müraciətlərini və çağırışlarını qulaqardına vurdu. Bu da neqativ məqamlardan biridir. Digər tərəfdən, ÜAK kimi güclü diaspora qurumunun ləğvi Azərbaycanın Rusiya ilə bağlı siyasətinin zərbə alması deməkdir və rəsmi Bakının reaksiyası da bunu göstərir. Lakin bütün bunlara baxmayaraq, mən münasibətlərdə ciddi böhranın yaranacağına inanmıram. Çünki Azərbaycan tərəfi bunda maraqlı deyil”.

Ş.Cəfərli qeyd etdi ki, ÜAK-a görə Rusiyaya cavab addımları atmaq risklidir və gərginliyi artıra bilər: “Rusiya ilə münasibətlərin pisləşməsinin hansı fəsadlara səbəb ola biləcəyini isə Bakıda yaxşı anlayırlar. Bu səbəblə, rəsmi Bakı maksimum çalışır və bundan sonra da çalışacaq ki, əlaqələr təhlükəli həddə qədər soyumasın. Lakin hər şeyə rəğmən Azərbaycan hakimiyyəti xarici siyasətdə ənənəvi balans siyasətinə sadiq qalmaq istəyir və birtərəfli seçim etməyə isti baxmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31
Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28
İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25
Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15
44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11
"Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05
Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
Bu gün, 10:01
Trampın əlindəki qançırın sirri - Ağ Ev səbəbini AÇIQLADI
Bu gün, 09:54
Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52
"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41
Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39
“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru