“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır .....                     Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir .....                     İcra başçısının keçmiş müavini vəfat etdi .....                     Xüsusi təyinatlılar Xocalıda: 1991 .....                     Ermənilərin xilas yolu... .....                     AMEA-da bir neçə institut ləğv olunub? .....                     Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ .....                     BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... .....                     Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir .....                     Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? .....                     Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? .....                     İrəvan terrorizmə haqq qazandırır .....                     Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... .....                     44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… .....                     "Mən də oturmaq, gəzmək istəyirəm" .....                     Goranboyun Statistika İdarəsini əslində kim təmir edib .....                     Trampın əlindəki qançırın sirri .....                     Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? .....                     "Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" .....                     VAR... amma YEYƏ BİLMİR... .....                     Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq .....                     “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… .....                     "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi .....                     "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." .....                     Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox .....                     İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                     Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb .....                     `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... .....                     Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... .....                     Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası .....                     Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri .....                 

“Əli Kərimlinin ən böyük cinayəti islamı siyasiləşdirmək istəyənləri reabilitasiya etmək cəhdidir” - deputat
Tarix: 27-09-2017, 12:18 | Çap et
“Əli Kərimlinin ən böyük cinayəti islamı siyasiləşdirmək istəyənləri reabilitasiya etmək cəhdidir”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Sentyabrın 25-də Şimali İraq Kürdüstan Muxtariyyətində müstəqilliklə bağlı keçirilən referenduma münasibətiniz necədir?

- Kürdlər uzun müddətdir ki, dövlətlərini qurmaq üçün mübarizə aparırdılar və açığını deyək ki, ABŞ və Avropa İttifaqından, o cümlədən Rusiyadan da ciddi gizli dəstək alırdılar. Böyük güclər bölgədə yeni dövlət qurmaqla ərəb ölkələri, İran və Türkiyəyə əlavə təzyiq vasitəsi əldə etmək istəyirlər. Son vaxtlar Türkiyə ilə Avropa İttifaqı və ABŞ arasındakı gərginlik, o cümlədən Donald Trampın prezident seçilməsi ilə ABŞ-la İran arasında münasibətlərin yenidən gərginləşməsi ona gətirib çıxardı ki, Türkiyə və İrana təzyiq vasitəsi kimi belə bir referendumun keçirilməsi üzdə olmasa da, pərdə arxasında sanksiyalaşdırıldı. Əlbəttə, üzdə bəyanat verib bu referendumun nəticəsini tanımadıqlarını qeyd edə bilərlər. Artıq referendum keçirilib. Türkiyənin daha təmkinli davranışı onu göstərir ki, Türkiyə də bunun arxasında böyük güclərin dayandığını bilir və müdaxilə edəcəyi təqdirdə böyük dövlətlərlə üz-üzə gələcəyindən ehtiyatlanır. Türkiyə Şimali İraqa girəcəyi halda bu, uzunmüddətli münaqişəyə çevrilə bilər. Bu da Türkiyənin iqtisadiyyatına böyük zərbə vura bilər, təhlükəsizliyinə təhdid olar. Həm də ora dağlıq bölgədir, müharibə aparmaq çətindir. Kürdlərə də müasir silahların bir qismi verilib və davamlı olaraq veriləcək. Bu halda Türkiyə böyük problemlərlə üz-üzə qala bilər. Ona görə də Türkiyənin referenduma qədər bölgəyə girib, o referendumun qarşısını almaması əslində nə baş verməsindən məlumatlı olması ilə bağlıdır. Həm İran, həm də Türkiyə sərhəddə hərbi təlimlər keçirib, sərt bəyanatlar versələr də, konkret addımlar atmadılar ki, bu referendumun qarşısı alınsın. Referendum artıq fakta çevrilib. Bundan sonra proseslərin necə inkişaf edəcəyi Türkiyə və İranın böyük güclərlə razılığa gəlməsindən, yaxud gələ bilməyəcəyindən asılıdır. Hətta o da mümkündür ki, İraq hökumətinə ciddi dəstək verilsin və İraq ordusu kürd muxtariyyətinə daxil olsun, muxtariyyətdə hakimiyyəti dəyişsin.

Amma reallıq budur ki, bu gün bizim bölgədə Ermənistandan necə istifadə edilirsə, kürdlərdən də belə istifadə etməklə o bölgədə bir dövlət qura bilərlər.

- İraq parlamenti mərkəzi hökumətin Mosul və Kərkükə hərbi qüvvələr göndərməsini nəzərdə tutan qərar qəbul edib. Türkiyəni də daha çox Mosul və Kərkükün gələcəyi narahat edir. Siz bu iki bölgənin gələcəyini necə görürsünüz?

- Kərkük və Mosula xüsusi maraq hər iki bölgənin neftlə zəngin olması ilə bağlıdır. Ona görə də İraq hökuməti diqqəti daha çox bu bölgələrə yönəldir ki, neft quyularını öz nəzarətinə götürsün. Bununla həm də kürd muxtariyyətini gəlir mənbələrindən məhrum etsin. Ancaq bir daha deyirəm ki, Qərb kürd muxtariyyətinə dəstək versə, İraq hökumətinin bölgəni nəzarətə götürməsi xeyli dərəcədə çətin olacaq. İraqın da artıq müharibə aparmaq imkanları xeyli dərəcədə məhduddur. Kürd muxtariyyəti də yaranandan sonra ABŞ, Avropa İttifaqı tərəfindən kifayət qədər silahlandırılıb, artıq hərbiləşdirilmiş bir bölgədir. Bu bölgəyə bir günün içində qoşun yeridib, asanlıqla problemləri həll etmək mümkün deyil. SSRİ o vaxt Əfqanıstana qoşun yeritdi, ancaq sonra hansı biabırçılıqla oradan çıxdı?!

Ona görə də düşünürəm ki, hərbi gücdən daha çox Türkiyə və İranın, o cümlədən İraqın bağlı qapılar arxasında aparacaqları danışıqlardan çox şey asılıdır. Zaman göstərəcək ki, onlar bağlı qapılar arxasında nə dərəcədə uğurlu danışıqlar apardılar. Amma orada bir kürd dövlətinin yaranması heç zaman Qərbin gündəmindən çıxmayacaq. Çünki belə bir kürd dövləti bölgə dövlətlərinə təzyiq etmək üçün çox ciddi təsir vasitəsidir, bölgə dövlətlərinin, istər İranın, istər Türkiyənin, istər İraqın, hətta Suriyanın ərazi bütövlüyünə ciddi təhdiddir. Ona görə də müstəqil kürd dövləti yaradılması ideyası heç vaxt böyük güclərin gündəmindən çıxmayacaq. Amma bölgə dövlətlərinin də apardığı siyasətdən çox şey asılı olacaq.

- Fazil Mustafa ilə birgə Nuru Paşaya abidə qoyulması ilə bağlı baş nazirə müraciət ünvanlamışdınız. Bu müraciətinizə necə reaksiya verildi?

- Hələlik cavab yoxdur. Ancaq gələn il həm Xalq Cümhuriyyətinin, həm də Bakının işğaldan azad edilməsinin 100 illiyidir. Biz müraciətimizdə də qeyd etmişik ki, bu, bizim təkcə Nuru Paşaya vəfa borcumuz deyil. Nuru Paşaya ucaldılacaq abidə Qafqaz İslam Ordusuna və Türkiyə-Azərbaycan qardaşlığına gözəl bir abidə olar. Zamanında Bakını Azərbaycandan ayırmaq, burada bir şəhər-dövlət formalaşdırmaq və Rusiyanın tərkibinə daxil etmək kimi planlar vardı. Fakt budur ki, Nuru Paşa olmayacağı təqdirdə yeni yaranmış Xalq Cümhuriyyətinin o dövrdə Bakını azad etməsi real deyildi. Bunu hamımız bilirik. Bu döyüşlərdə 1130 türk əsgər və zabiti şəhid olub və indi onlara Şəhidlər Xiyabanında bir abidə ucaldılıb. Elə həmin abidənin yerləşdiyi yerdə Həzi Aslanova qoyulan abidə kimi Nuru Paşaya bir abidə qoyula bilər. Belə abidə şəhərin girişində də qoyula bilər. Qafqaz İslam Ordusu Bakıya iki istiqamətdən – “Qurd qapısı’ və Biləcəri istiqamətdən daxil olub. O baxımdan bu yerlərdə də Nuru Paşaya abidə ucaldıla bilər. Çanaqqalada da 3 mindən çox azərbaycanlı Türkiyənin azadlığı üçün qəhrəmanlıqla döyüşüb və həlak olub. Belə bir addımın atılması Anadolu türkləri və öz vətəndaşlarımız tərəfindən də çox yüksək qarşılanar.

Biz baş nazirə müraciətimizdə qeyd etdik ki, indi iqtisadi çətinliklər, müharibə dövrüdür, maliyyə üçün biz Azərbaycan iş adamlarına müraciət edə bilərik. Beləliklə, biz büdcədən 1 manat belə ayrılmasını istəmirik. Yeri gəlmişkən, köhnə “Sovetski” adlanan ərazi hazırda sökülüb, yeni yollar çəkilib, amma yolların arasındakı ərazi abadlaşdırılmayıb. Bu məqsəd üçün Nərimanovun heykəlinin aşağı hissəsində həmin yolların arasındakı ərazilərdən birini versələr, abadlaşdırma planını Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla orada da abidə qoya bilərik. Bunun üçün bankda hesab açılar, insanlar pul köçürür, həmin pula hansısa bir tikinti şirkəti ilə müqavilə bağlanır və çox şəffaf şəkildə bu iş görülər. Bu, çox uğurlu bir addım olar və Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına da böyük töhfə vermiş olar. Ona görə də baş nazirə belə bir müraciət etmişik.

- Keçən həftə müxalifətin bir hissəsinin mitinqi oldu. Amma müxalifətin gözlədiyindən xeyli az adam gəldiyini özləri də etiraf etdi. Siz mitinqi necə qiymətləndirirsiniz?

- Min nəfər az, min nəfər çox gəlməyi heç nəyi dəyişmir. Azərbaycan ictimaiyyəti hətta bu hökumətdən nə qədər narazı olsa da belə, Əli Kərimli, Cəmil Həsənlinin çağırışı ilə kütləvi şəkildə küçələrə çıxmaz. Mitinqə gələnlər bəlli bir kontingentdir, bəzən bir hissəsi gəlir, bəzən də gəlmir. Onların əksəriyyəti vəzifə istəyən insanlardır. Bunu da xalq görür. Azərbaycan xalqı siyasi baxımdan aktiv olmasa da, siyasi prosesləri izləyir və nə baş verdiyinin fərqindədir. Cəmil Həsənlinin çağırışına niyə Azərbaycan xalqından bir dəstək gəlməlidir? Bu adam millət vəkili olduğu dövrdə iqtidarın şəninə o qədər tərif söyləyib ki, Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyində olan bəzi şəxslər belə bunu etməyiblər. Bu adam deputat olanda sifarişlə baş redaktoru Elmar Məmmədyarov olan və onun tərəfindən maliyyələşdirilən “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti: 1918-1920-ci illər” adlı kitab yazıb. Həmin kitabın sonluğunda yazılıb: “Azərbaycan yüksək və ali mənəvi dəyərlərə sadiq bir ölkə kimi dünya ölkələrin ailəsində özünün layiqli yerini tutub və İlham Əliyevin liderliyi ilə regionun lider dövlətinə çevrilib”. Deputat seçilməyəndən sonra isə birdən birə 180 dərəcə fikrini dəyişib. Onu da qeyd edim ki, deputat seçilməzdən öncə Cəmil Həsənli AXCP sədrinin müavini idi. Əli Kərimli özü deputat seçilmədiyi üçün AXCP-də parlamentə getməmək barədə qərar qəbul etdirdi. Cəmil Həsənli o zaman heç tərəddüd keçirmədən belə partiya sıralarından istefa verdi və parlamentə getdi. Parlamentdə də Azərbaycan təhsilinin inkişafı barədə çıxışları durur, aparılan uğurlu siyasətdən mütəmadi danışıb. İndi belə adam durub hökumət əleyhinə nə qədər sərt danışsa da, nə qədər pafosla çıxış etsə də, Azərbaycan xalqı bilir ki, bu, maraq adamıdır, sifarişlə kitab yazandır. Belə adamın çağırışına heç kim getməz. Əli Kərimliyə gəlincə, Azərbaycanda hər kəs bilir ki, bu adam siyasətə qatıldığı gündən kim hakimiyyətdə olubsa, onunla əməkdaşlıq edib. Hətta hakimiyyət naminə 2003-cü ilin prezident seçkilərində AXC hökumətinin devrilməsində müstəsna xidmətləri olan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovu müdafiə edib, onunla eyni hakimiyyətdə təmsil olunmuş, spiker vəzifəsini tutmuş İsa Qəmbərə qarşı olub,onun səsini parçalamağa çalışıb.

Sonuncu mitinqin elan olunmasına 5-10 gün qalana qədər belə bu adamlar mütəmadi olaraq videoçarxlar yayırdılar ki, mitinqə hazırdırlar, ancaq camaat mitinqlərə gəlmir. Bütün çıxışlardan duyulurdu ki, bunlar camaatın mitinqə gələcəyinə əmin deyildilər.Bundan başqa, bu mitinq xalq üçün vacib idisə, bütün ictimai siyasi qüvvələrlə danışıqlar aparılmalı idi, nəticəsindən asılı olmayaraq. Azərbaycana təzyiqlərin artdığı bir vaxtda birdən-birə mitinq təyin etdilər. Azərbaycanda demokratik prinsiplərin, ifadə və toplaşma azadlığının pozulduğunun bəyan olunduğu bir vaxtda onlar mitinq təyin etdilər. Ona görə də mən demişdim ki, bu, iqtidar üçün çox lazımlı bir mitinqdir. Əli Kərimli iqtidarın müxalifət üzrə naziridir və öz missiyasını da bəzi hökumət üzvlərindən daha yaxşı yerinə yetirir. O, iqtidara qarşı beynəlxalq təzyiqlər artdığını görüb, mitinq təyin etməklə öz xidmətini göstərmiş oldu. Mən onu yaxından tanıyan şəxs kimi deyirəm ki, xaraktercə kifayət qədər qorxaq adam olduğuna görə özü üçün müəyyənləşdirir ki, bu mitinq iqtidara nə qədər ziyan, nə qədər xeyir verəcək. Bu mitinqin ziyanı ilə xeyri arasında nisbət birin yüzə hökumətin xeyrinədir. Onsuz da o mitinqə gələn adamlar o deyilənləri hər gün sosial şəbəkələrdə yazır, oxuyurlar. İndi Parisdə Azərbaycana qarşı böhtanla əlaqədar məhkəmə keçirilir, mən iqtidarın yerində olsaydım, o mitinqin videoyazısını götürüb təqdim edərdim. Baxsınlar, diktaturanın olduğu ölkədə belə mitinqlər keçirib, bu cür çıxışlar etmək olar, yoxsa yox? Belə aksiyalar iqtidar komandasının daha da monolitləşməsinə, səmimiləşməsinə xidmət edir. İqtidar da başa düşür ki, öz üzərində daha çox işləməli, komanda üzvləri bir-birinə münasibətdə daha səmimi olmalıdır. Komandanın təbliğatını quran, ona dəstək verən insanlara daha diqqətli və qayğılı münasibət sərgilənməlidir.

Mitinq keçirənlər elə bir elektorata sahib deyillər ki, iqtidar üçün təhlükə yaratsınlar, yaxud sabitliyi pozsunlar.

Bütün bunlara baxmayaraq, hakimiyyət özü nöqsanlar üzərində işləməli, xalqı narahat edən problemləri araşdırıb həll etməlidir. Açığı, son vaxtlar ayrı-ayrı iqtidar nümayəndələri tərəfindən müxtəlif addımların atılmasını başa düşmürəm. Məsələn, bir müddət qaçqınlar və məcburi köçkünlərlə bağlı qeyri-populyar addımların atılması ilə bağlı çağırışlar, daha sonra yazıçılarla bağlı baş verənlər, onun ardınca Şeyxə qarşı aparılan kampaniya başa düşülən və qəbul edilən deyil. Şeyxülislam Allahşükür Paşazadə prezident və iqtidara ciddi dəstək verən şəxsdir. Şeyxin dini kəsimdə kifayət qədər hörmət var. Bu günə qədər bir müsəlman ölkəsi olaraq dinin siyasiləşməsinə imkan verilməməsində Şeyxin müstəsna xidməti var.

Yeri gəlmişkən, elə mitinq edən Əli Kərimlinin bu millətə və dövlətə qarşı ən böyük xəyanəti, hətta cinayəti islamı siyasiləşdirmək istəyən insanları reabilitasiya etmək cəhdidir. Əli Kərimlinin xalq qarşısında ən böyük xəyanəti budur və gələcək nəsillər onu lənətləyəcək. Əli Kərimli, Cəmil Həsənli başqa dövlətin din xadiminin əlindən öpənləri bu gün milli qəhrəmana, siyasi liderə çevirmək istəyirlər. Gəlin bir anlığa xəyala gətirək ki, Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib, bunlar hakimiyyətə gəliblər. Bu adamlar başa düşmürlər ki, həmin ekstremist, din adı ilə hakimiyyətə gəlmək istəyənlər birinci onların başını kəsəcək. Azərbaycan reallıqlarını bilən və dindən siyasi məqsədləri üçün istifadə edən həmin şəxslər bu adamlardan da istifadə edərək öz işlərini qurur, təbliğatlarını aparırlar. Konstitusiyada da yazılıb ki, din dövlətdən ayrıdır, dini siyasiləşdirmək olmaz. Hətta din xadimlərinin parlamentə seçilmək hüququ da yoxdur, çünki parlament siyasi bir institutdur. Düzdür, Azərbaycan dövləti hazırda dini siyasiləşdirməyə cəhd edənlərə qarşı kifayət qədər sərt və düzgün siyasət yürüdür, xalq da bu siyasəti dəstəkləyir. Başqa ölkələrdə, region dövlətlərində də olduğu kimi Azərbaycanda siyasi islamın hakimiyyətə gəlməsinə yol vermək olmaz. Ancaq təəssüf ki, bu adamlar öz məqsədlərinə çatmaq üçün belə addımlar atırlar. Şeyx isə islamın siyasiləşdirilməsinin qarşısında ən böyük maneə olub və onun bu xidmətini danmaq olmaz.

Bütün bu məsələlərin ard-arda baş verməsi məni narahat edir. Hökumət həm daxildə ictimai dəstəyin qorunub saxlanması, həm də beynəlxalq dəstəyin artması istiqamətində işləməlidir.

Həmçinin, sahibkarlara qarşı son vaxtlar baş verənlər araşdırılmalıdır. Sanki sahibkarların investisiya yatırmasının qarşısını almağa cəhdlər edilir. Qanunu pozubsa, istənilən müəssisəni bağlamaq, vergidən yayınıbsa, cəza tətbiq etmək olar. Amma bunun hüquqi yolları və prosedurları var. Ona görə də hökumətdə bu barədə ciddi müzakirələrin aparılmasına və müəyyən proseslərin nəzarətə götürülməsinə ciddi ehtiyac var. Çünki hakimiyyət üçün xalqın dəstəyi vacibdir. Bu, həm də xarici qüvvələrin qarşısını kəsən, onların bölgədə öz maraqlarını tam mənada təmin etməsinin qarşısındakı ən yaxşı maneədir. Qəbul etmək lazımdır ki, daxili dəstək azaldıqca xarici təzyiqlər artacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31
Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28
İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25
Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15
44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11
"Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05
Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
Bu gün, 10:01
Trampın əlindəki qançırın sirri - Ağ Ev səbəbini AÇIQLADI
Bu gün, 09:54
Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52
"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41
Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39
“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru