"Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                 

“O, bu roluna görə Rusiya rəhbərliyindən layiqli mükafatını alıb”
Tarix: 2-05-2018, 08:29 | Çap et
“O, bu roluna görə Rusiya rəhbərliyindən layiqli mükafatını alıb”
Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyov uzun zamandan sonra sükutu pozaraq mətbuata açıqlama verib. Modern.az-a danışan Milli Şuranın fəxri sədri bir sıra diqqətçəkən açıqlamalar verib.

2013-cü ilin prezident seçkiləri ərəfəsində siyasət aləminə atılan və Rusiyanın projesi olan Milli Şuraya rəhbərlik edən kinorejissor siyasətdən tamam uzaq olduğunu söyləyib. Sitat: “2013-cü ildə siyasətə qatılmağım bir təsadüf idi. Həmin ildə siyasətə qatılmağımla bağlı təəssüfedici məqamlar da var. Mənim siyasətə qatılmağım müxalifəti birləşdirmək missiyası daşıyırdı. Təəssüf ki, müxalifət heç zaman birləşə bilmədi”.

R.İbrahimbəyov Azərbaycan üçün darıxdığını, lakin ölkəsinə gəlməyə maraqlı olmadığını da bildirib.

Kinorejissorun bu açıqlamaları heç də birmənalı qarşılanmayıb. Xüsusilə onun siyasətə təsadüfi gəlişi, bu gəlişində təəssüfedici məqamların olduğu, eləcə də müxalifət barədə dedikləri ilə bağlı müxtəlif mövqelər var.

2013-cü ildə Milli Şuranın aparıcı fiqurlarından olan AĞ Partiya başqanı Tural Abbaslı kinorejissorun dediklərinə bu cür şərh verdi: “Milli Şuranın formalaşmasında, istərsə də sonrakı dönəmlərdə birbaşa iştirak etmişəm və rəhbərliyində olmuşam. Hələ o zamandan Rüstəm İbrahimbəyovun siyasətdən kənar biri olması, insan kimi qeyri-stabilliyi və ən əsası siyasətə yanaşmasındakı səhlənkarlığı barədə öz fikirlərimi daim səsləndirmişəm. 2013-cü ildə siyasi proseslərə təsadüfən gəlmiş birinin namizədliyini dəstəkləməkdənsə, o zaman təmsil olunduğum partiyanın rəhbərinin namizəd olmasını istəyirdim. Təəssüf ki, həm o namizədin özünün namizədlikdən geri çəkilməsi, həm də həmin dönəmdə müxalifət arenasında süni şəkildə yaradılmış basqı mühiti nəticəsində partiya olaraq incəsənət adamının namizədliyini dəstəkləməyə məcbur olduq. İbrahimbəyovun o zaman bu oyunda aktyor olduğuna görə təəssüfləndiyinə qətiyyən inanmıram. O, bu roluna görə əminəm ki, Rusiya rəhbərliyindən layiqli mükafatını alıb. Bu hadisədən biz Azərbaycan müxalifəti olaraq dərs çıxarıb, belə insanları dəstəkləməklə insanların onsuz da az olan ümidlərini qırmamalıyıq. İbrahimbəyovun siyasətdən nə qədər kənar biri olduğu ”Müxalifəti birləşdirə bilmədim" cümləsindən açıq görünür. Adam hələ də bilmir ki, o zaman Milli Şura demək olar Azərbaycanın bütün müxalifətini bir araya gətirmişdi. Bu şəxs müxalifətin o birliyini görməyibsə, deyəcəyim nəsə yoxdur. Bu insan qısamüddətli həbsdən çəkinərək Bakıya gəlmədi, onu dəstəkləyən qurumun başına keçməkdən qorxdu. Təbii ki, siyasi arenada hər zaman İbrahimbəyov kimi avantüristlərin peyda olma şansları var. Ancaq müxalifətdəkilər olaraq bizlər məsuliyyətimizi anlamalı və belə təsadüfi, sözün həqiqi mənasında, aktyorlara meydan verməməliyik".

Yarandığı ilk günlərdən Milli Şuraya qarşı olan VİP sədri Əli Əliyev yenə də əvvəlki mövqeyində qalır: “İlk gündən İbrahimbəyov üzərində qurulan Milli Şura oyununa etiraz etmişəm. Bəlkə də müxalifət düşərgəsində tək şəxs olmuşam ki, Kremlin hazırladığı layihəyə açıq etiraz etmişəm. 2013-cü illə bağlı İbrahimbəyov bir sıra məsələlərdə yanlışa yol verir. Yaşlı adamdır. Siyasətçi də deyil, aldana da bilərdi. Müşahidələrim deyir ki, şəxsi eqosu onu bu yola salmışdı. O, prezident İlham Əliyevlə şəxsi münasibətlərinin pozulması dalğasında gücünü hesablamadı. İbrahimbəyov ”qisas" əməliyyatına tədbirli girişmişdi. Projenin keçərli olması üçün “Milyarderlər İttifaqı” formalaşdırılmış, Putinin nəzarətində olan Azərbaycan əsilli oliqarxlar o quruma daxil edilmişdi. İttifaq pul kisəsi olmalı idi. Müxalifəti bu prosesə cəlb etmək üçün İbrahimbəyov özünü milyarderlərin Bakı koordinatoru kimi cəmiyyətə təqdim etmişdi. Üstəgəl, prosesdə üçüncü cinah funksiyasına Kremlin hakimiyyət daxilində təşəkkül tapmış “5-ci kolon”u da dövriyyədə idi. Mövsümi fəaliyyətlə məşğul olan bu şəxs İbrahimbəyov, “5-ci kolon”, müxalifət, milyarderlərlə çarpaz əlaqələr qurmaqda canfəşanlıq edənlərdən idi. Bir sıra faktları çılpaqlaşdırmaq istəmirəm. Bu minvalla İbrahimbəyov siyasi ssenarisinin iflasa uğradığını görüb geri çəkildi. Yoxsa müxalifətin birləşməməsi bəhanədir. Müxalifətə gəldikdə isə, onu deyə bilərəm ki, ola bilər müxalifət bu layihəyə baş vuran zaman Moskvanı aldatmaq istəyirdi. Ömürlərini müstəqilliyimizə, azadlığa həsr etmiş şəxslərin belə asanlıqla sapmalarını düşünmürəm. Lakin o zaman da, indi də hesab edirəm ki, bu fikirdə olanların qosqocaman imperiyanı aldatmağı mümkünsüz sayıram. Rüstəm İbrahimbəyov nümunəsi və onun belə açıqlamaları bir daha göstərir ki, təsadüfi adamların böyük siyasətə həlledici şəxs kimi qoşulması yanlışdır. Siyasət peşəkarların sənətidir. Duyğusallıq burada keçərli deyil. Siyasətçi rasional olmalı, melanxolik hisslərə mübtəla olmamalı, romantizmdən əziyyət çəkməməlidir. Gələcəkdə keçmişin səhvlərindən öyrənərək, təsadüflərə yol vermək olmaz. Siyasətçilərin əksəriyyəti İbrahimbəyovun ssenarilərini yazmaq imkanından məhrum olduğu qədər, İbrahimbəyov və onun kimi digərləri də ən zəif peşəkar siyasətçinin qərarlarını qəbul edə bilməzlər. Siyasi mübarizədə hərənin öz yeri olmalıdır. Ziyalılar istənilən millətin vicdanı, səsi, beyni və ideyası olmalıdırlar. Təbii ki, əgər özlərini ziyalı kimi dərk edirlərsə...".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru