“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                 

Fəzail Ağamalı vəzifə təklifi almayan deputatlar haqda danışdı
Tarix: 8-05-2018, 08:23 | Çap et
Fəzail Ağamalı vəzifə təklifi almayan deputatlar haqda danışdı
Aprelin 21-də təsdiq olunan yeni hökumətdə 4 deputatın yüksək vəzifələrə təyinat almaları bəzi məsələləri gündəm edib. Son 25 ildə hakimiyyətə sədaqətli olan parlament üzvləri var ki, indiyə qədər heç bir yüksək postda təmsil olunmayıblar. Ən yaxşı halda deputat mandatı alıblar.

Son təyinatlardan sonra gündəmə gələn daha bir maraqlı fakt da ondan ibarətdir ki, 1993-cü ilə qədər ölkə iqtidarına qarşı müxalif mövqedə dayanan bəzi insanlar hazırda hökumətin yüksək pillələrində vəzifə sahibidirlər. Amma hakimiyyətə daim sədaqət nümayiş etdirən (məsələn, YAP icra katibinin müavini Siyavuş Novruzov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, bitərəf deputat Zahid Oruc) şəxslər vəzifəyə təyin olunmurlar.

F.Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, oturuşmuş ölkədə hər şey yerində olmalıdır: “İstər icra strukturları, istər parlament, istərsə də digər sahələr olsun, peşəkarlıq həlledici əhəmiyyət kəsb edir. Bu gün Milli Məclisin bəzi üzvləri ölkə prezidenti tərəfindən icra strukturlarına təyinat aldı. Onlardan əksəriyyəti demək olar gəncdirlər, Milli Məclisdə böyük təcrübə qazanıblar. Muxtar Babayev kimi dəyərli həmkarımız həm də icra strukturunda çalışırdı. Rövşən Rzayev də vaxtilə notarius sistemində işləyib. Onun da idarəçilik sistemində təcrübəsi var. Deputat olmasa da, İnam Kərimov heç nədən ”ASAN Xidmət"i qurmaqla böyük bir təcrübə qazandı. Onun da təyinat aldığı vəzifə üçün yetəcək təcrübəsi var. Vüsal Hüseynov Prezident Administrasiyasından Milli Məclisə gəldi. İki il müddətində parlamentdə yüksək mədəniyyəti, məntiqli çıxışları və savadı ilə özünü təsdiq edə bildi. Onun da təyinatı çox doğru bir qərardır. Sizin də dediyiniz kimi, Siyavuş Novruzov, Fəzail Ağamalı kimi deputatlar əgər icra strukturlarına təyinat alsaydılar, bunun öhdəsindən əlbəttə gələcəkdirlər. Buna qətiyyən şübhə etmirəm. Lakin unutmaq olmaz ki, parlamentdə də peşəkar siyasətçilərə ciddi ehtiyac var. Özümü tamamilə kənara qoyub Siyavuş müəllim haqqında danışmaq istəyirəm ki, komitə sədridir və sanballı deputat, peşəkar siyasətçi kimi formalaşıb. Mənə elə gəlir ki, onun Milli Məclisə töhfələri daha çox özünü göstərməkdədir. Ölkə başçısı tərəfindən daim peşəkarlıq nəzərə alınır. Son təyinatlarda deputatların da yer alması tamamilə məntiqlidir. Bu, çox müsbət bir təcrübədir. Hamı tərəfindən də yüksək dəyərləndirildi".

F.Ağamalı deputat olduğu illərdə heç bir vəzifə təklifi almadığını da söylədi: “Mən 1994-cü ildə Surət Hüseynovla üz-üzə gəldim və ciddi vəziyyət yarandı. O zaman şəxsi özüm Ulu Öndərdən istefa ərizəmi qəbul etməsini xahiş etdim. Çünki vəziyyət olduqca gərgin idi. İstefaya getməməyim ölkədə vəziyyəti ağırlaşdıra bilərdi. Hətta Surət Hüseynovun tərəfdarları belə bir tələblə çıxış edirdilər ki, Fəzail Ağamalı istefa verməsə, prezident Heydər Əliyevin istefa verməsi tələbi ilə Prezident Aparatına hücum edəcəyik, orada oturaq aksiya keçirəcəyik. Bu niyyətlər var idi və bunun da arxasında birmənalı Surət Hüseynov dayanırdı. Vəziyyətin çətinləşməməsi, kritik həddə çatmaması üçün rəhmətlik Ulu Öndərdən onun köməkçisi Eldar Namazov vasitəsilə xahiş etdim ki, istefam qəbul edilsin. Həmin gün Prezident Aparatında kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilirdi, nazir əvəzi kimi həmin müşavirəyə dəvət olunmuşdum. Təkidli xahişimdən sonra ümummilli liderimiz istefamı qəbul etdi. Müşavirənin gedişində istefaya göndərilməyim barədə prezidentin sərəncamı oldu. Ondan sonra yenə də mövqeyimdə qaldım və Heydər Əliyev siyasətini birmənalı dəstəkləməkdə davam etdim. Surət Hüseynov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ulu öndərimiz tərəfindən mənə təklif olundu ki, əvvəlki vəzifəmə qayıdım. Bu mənə çox böyük etimad idi. Bunun üçün təşəkkürümü bildirdim və arzumu dedim ki, əgər Ulu Öndər məsləhət bilərdisə, dövlətimizə parlament müstəvisində xidmətimi göstərərdim. Ümummilli liderimiz bu istəyimə hörmətlə yanaşdı və parlament seçkilərinə getdim. İndiyə qədər də Milli Məclisdəyəm. Millət vəkili kimi dövlətimə, xalqıma xidmət etməkdən qürur duyuram. Bu, xidmətlərimin ən yüksək zirvəsidir. Belə xidməti Tanrı taleyimə yazıbsa, Tanrıma da minnətdaram. Deputat olduğum dönəmlərdə bu və ya digər vəzifələrə təyinat almamışam. Amma cənab prezident məsləhət bilərdisə, xidmətlərim xüsusi olaraq dövlətimiz üçün lazım olardısa, heç şübhəsiz ki, istənilən təklifi qəbul edərdim. Çünki etiraf etmək lazımdır ki, cənab prezident İlham Əliyev daha qlobal düşünür, Azərbaycan dövlətçiliyinin bu gününə və sabahına töhfələr vermək üçün hər kəsdən daha böyük məsuliyyəti çiyinlərinə götürərək, bunun üçün komandasını formalaşdırır. Ona görə də Milli Məclisdə deyil, icra strukturlarında belə bir təklif olunsaydı, oradan dövlətimizə, xalqımıza daha ciddi xidmət göstərə bilsəydim, bu potensialım, imkanım olsaydı, təbii ki, təklifləri qəbul edərdim”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru