Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                 

"Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib"
Tarix: 19-05-2018, 09:29 | Çap et
"Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib"
Avropa Şurası Parlament Assambleyası komitəsinin “rüşvət qalmaqalı” məsələsini ortaya atıb Azərbaycan nümayəndə heyətinin rəhbərinə sanksiya tətbiq etməsinin Azərbaycanla Avropa Şurası arasında münasibətlərin kəsilməsinə gətirəcəyi gözlənilmir. Bunu son üç gündə Azərbaycan hakimiyyətinin təmsilçilərinin açıqlamalarına, Milli Məclisdə dünənki müzakirələrdəki çıxışlara əsaslanmaqla söyləyə bilərik.

Həm AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həm də digər hakimiyyət təmsilçiləri Azərbaycanın Avropa Şurasında fəaliyyətini davam etdirəcəyini bəyan ediblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanın 2001-ci ildən Avropa Şurasında təmsilçiliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və vaxtilə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən hazırkı prezident İlham Əliyevin əsasını qoyduğu strategiya üzrə davam etdirir.

O qeyd edib ki, bu strategiyanın mahiyyəti Azərbaycana qarşı hələ də işğalçılıq siyasətini davam etdirən Ermənistanı ifşa etməkdir: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti daim milli maraqlardan çıxış edib. Səməd Seyidova qarşı tətbiq edilən sanksiya buna qarşı məkrli addımdır. Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov haqsız yerə cəzalandırılır, heç bir günahı olmadan. Bu, AŞPA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da bu qurumda öz prinsipial fəaliyyətini davam etdirəcək”.

Müxalifət düşərgəsindən də Avropa Şurası-Azərbaycan əlaqələri barədə açıqlama gəlib.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2001-ci ildən Avropa Şurasına daxil olduqdan sonra Azərbaycanda demokratiya sahəsində geriləmə start götürüb: “Azərbaycanda demokratiyanın pik həddi Azərbaycan Avropa Şurasına üzv olduğu ərəfədə olub. Azərbaycanda o dövrdə çoxlu sayda müxalifət mətbuatı olub, müxalifət partiyalarının, QHT-lərin fəaliyyəti üçün imkanlar olub. Avropa Şurasına üzv olduqdan sonra bu vəziyyət mənfi istiqamətdə inkişaf eləməyə başladı. Bunda Avropa Şurasının da məsuliyyəti var. Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib. Nəticədə indiki vəziyyətə gəlib çatmışıq. Avropa Şurasının təmsilçilərinin, müşahidəçilərinin rüşvətə bulaşması Azərbaycandakı proseslərə adekvat münasibət ortaya qoyulmasına imkan verməyib. Nəticədə Azərbaycanın Avropa Şurasına inteqrasiyası ölkəmiz üçün heç bir müsbət nəticələrə gətirib çıxarmayıb.

Avropa dövlətləri Azərbaycanda iqtisadi maraqlarını əsas götürdükləri üçün demokratiyanın müdafiəsi üçün heç bir addım atmayıblar. Avropa Şurası da həmin üzv dövlətlərin marağına uyğun davranış nümayiş etdirib. Azərbaycanla münasibətlərdə Avropa dövlətləri dövlət maraqlarını təmin ediblər. Avropalıların demokratiya ilə bağlı məsul şəxsləri isə fərdi maraqlarını təmin eləyiblər. Məsələnin mahiyyəti bundan ibarətdir. 2001-ci ildən vəziyyət bu cür olub".

S.Cəlaloğlu hesab edir ki, artıq Azərbaycanda əvvəlki neft bumu, əvvəlki iqtisadi maraqlar yoxdur və indi Azərbaycanda geopolitik maraqlar birinci yerə çıxmağa başlayır. Ona görə də Avropa Şurası məlum məsələni ortaya atıb və məlum sanksiyanı qəbul etdi: “Bax buna görə də Avropa Şurasının ”yadına düşüb" ki, demokratiyanın boğulmasında rüşvət amili rol oynayır.

Səməd Seyidova və digər bir neçə avropalı deputata qarşı sanksiyanı Azərbaycana qarşı qərəz kimi qəbul etmirəm. Çünki Azərbaycandan yalnız Səməd Seyidova qarşı qəbul olunubsa, Avropadan 3-4 deputata qarşı qəbul olunub bu sanksiya. Mən bu sanksiyanın qəbul olunmasında ermənilərin əlinin olduğunu iddia etməyi erməniləri şişirtmək, olduqlarından daha böyük təqdim etmək kimi qəbul edirəm. Biz Avropada bizə qarşı nə olursa, arxasında ermənilərin dayandığını bəyan etməklə dolayısı ilə erməniləri həddən artıq böyütmüş oluruq. Belə çıxır ki, ermənilər bütün dünyanı idarə edir, Avropa Şurası ermənilərin əlindədir, Avropa Birliyi ermənilərin diktəsi ilə hərəkət edir. Ona görə də biz gərək erməniləri gözümüzdə böyütməyək. Hər şeydə erməninin əlinin olduğunu deməklə, qaş düzəltdiyimiz yerdə gözü çıxarmış durumuna düşə bilərik. Gəlin, erməniləri az qala bütün dünyanı idarə eləyən millət səviyyəsinə qaldırmayaq. Ermənilər bu qədər güclü olsaydılar Avropa Şurasında özlərinin xeyrinə, Qarabağ məsələsində öz maraqlarına xidmət edən qərarlar qəbul etdirərdilər. Ancaq belə qərarları qəbul etdirmək gücündə deyillər.

Səməd Seyidov bu sanksiyanı əsassız, qərəzli sayırsa, Avropa Məhkəməsinə şikayət etsin. Məncə, o, belə bir şikayəti etməyəcək".

ADP sədri onu da dedi ki, Azərbaycanın iqtidar təmsilçilərinin Avropa Şurasında fəaliyyətimizi davam etdirəcəyimizi bəyan etməsi normaldır. Biz həqiqətən də orada qalmalıyıq və mübarizə aparmalıyıq: “Kimlərsə, Avropa Şurasından çıxarıq kimi bəyanatlar verirsə, bunlar blefdir. Azərbaycanın dövlət kimi mövcudluğu həm də ABŞ-la, Avropa ilə əməkdaşlıqdan keçir. Bunu unutmaq olmaz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru