Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                 

“Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir”
Tarix: 26-05-2018, 08:36 | Çap et
“Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir”
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında beynəlxalq fənn olimpiadalarının qaliblərinin istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları məsələsi müzakirə edilib. Məsələyə müsbət yanaşanlarla bərabər, buna qarşı çıxanlar da olub. Belə ki, deputat Asim Mollazadə bildirib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məsələsi onu narahat edir: “Biz nə üçün tələbə qəbulu prosesinə başladıq? Sovet vaxtından da məhz universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu. Azərbaycan dövləti sovet korrupsiya sisteminə qarşı universitetə tələbə qəbulu qaydalarını yaratdı. Bu gün də biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin ”debil" uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar".

Deputat həmçinin qeyd edib ki, universitetlərə qəbul imtahanlarından imtina edilməsi üçün Azərbaycan təhsil sistemində çox ciddi islahatlar olmalıdır: “Bunun üçün universitetlərə və onların təhsil səviyyəsinə inanmalıyıq. Biz imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün qapılar açmalıyıq. Çünki hər zaman ”papanın gül balalarını" xaricdə və ölkəmizdə oxutmaq üçün vəsait tapıla bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir. Beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır. Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun".

Təhsil naziri Ceyhun Bayramov deputatın fikirlərinə cavab verərək, bildirib ki, mövcud qanunvericiliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar: “Beynəlxalq fənn olimpiadasında mükafat yeri tutmaq çox böyük bir nailiyyətdir. Azərbaycan 5 fənn (riyaziyyat, informatika, fizika, kimya və biologiya) üzrə beynəlxalq olimpiadalarda iştirak edir. Orada təmsil olunan şagirdlərin ayını götürsək və güman etsək ki, bizim olipiadaya gedən uşaqlarımızın hamısı qalib yerlər tutub, cəmi 23 nəfərdən danışırıq. Dünyanın bir çox ölkələri beynəlxalq fənn olimpiadalarının qaliblərinə qapılarını geniş açırlar. Onlar deyirlər ki, siz gəlib bizim universitetlərdə pulsuz təhsil alın və s. O, uşaqlara görə çox ciddi rəqabət gedir. Burada isə sərtləşdirici məqamların qoyulması bizim xeyrimizə işləmir. Siz son illərin statistikasına baxsanız görərsiniz ki, beynəlxalq fənn olimpiadalarının qaliblərindən bizim ali təhsil müəssisələrinə qəbul olunan yoxdur”.

“Yeni Müsavat”a danışan təhsil eksperti Etibar Əliyev bildirib ki, təhsil naziri qaldırdığı məsələdə haqlıdır:

“Beynəlxalq olimpiadada hətta ikinci, üçüncü, dördüncü yeri belə tutmaq çox böyük bilik göstəricisidir. Bu uşaqlar hərtərəfli biliyə sahibdirlər. Orada Azərbaycanın bayrağı da dalğalanır və düşünürəm ki, bunun önəmi daha çoxdur. Olimpiya idman oyunları qədər bu məsələyə önəm verilir. Belə olduğu halda isə məsələyə kimlərinsə qarşı çıxmasını başa düşə bilmirəm. Əgər şagird bu cür yüksək göstərici əldə edibsə, onun haqqıdır ki, ölkədə istənilən təhsil müəssisəsinə imtahansız qəbul olunsun. Kimsə məsələnin məğzini bilmədən buna qarşı çıxırsa, deməli, prosesin mahiyyətini anlamır. Bir məsələni də deyim ki, 15 yaşlı uşaqların riyazi, təbiət elmləri və oxu savadını qiymətləndirən PİSA proqramı var. Bu da deyim ki, çox çətin proqramdır. Həmin proqram üzrə yer tutan ölkələrdə bilik yarışmasının nəticəsinin elan olunduğu gün bayram kimi qeyd olunur. Yəni onlar bilik yarışmasını bu səviyyədə qiymətləndirirlər. Şübhəsiz ki, 15 yaşlı şagirdin hələ orta məktəbi bitirməsinə bir neçə il qalır. Ancaq bu cür bilik yarışmasına da çox böyük önəm verirlər. Bizdəki məsələyə gəlincə isə birincisi ”Təhsil haqqında qanun"un bəndləri icra olunmalıdır. Çünki bunu ölkə başçısı təsdiq edib. Qanunda hansısa dəyişiklik ediləcəksə belə, olimpiya qalibləri ilə bağlı olan maddəyə toxunulmamalıdır. Yəni belə deyək ki, istədikləri ali məktəbi seçmək və imtahansız həmin ali məktəbə qəbul olmaq bu uşaqların haqqıdır. Başqa bir məsələni də deyim. Bu yaxınlarda Təhsil Nazirliyi respublika olimpiadasının qaliblərini təltif etdi. Hətta düşünürəm ki, həmin uşaqlara da müəyyən güzəştlər olmalıdır. Məsələn, riyaziyyat fənnindən olimpiadanın qalibi seçdiyi ixtisas üzrə riyaziyyat imtahanında azad olunsa, daha yaxşı olar. Yaxud da biologiya fənni üzrə qalibə, seçdiyi ixtisas üzrə biologiyadan imtahanda iştirak etməmək güzəşti verilə bilər. Yəni beynəlxalq olimpiyada yarışları ölkənin təhsil sisteminin göstəricisidir. Bu istiqamət üzrə qaliblərin sayı nə qədər çox olarsa, ölkə üçün önəmlidir. Ölkə üçün önəmlidirsə, ölkənin daxilində də onlar üçün mütləq güzəştlər tətbiq olunmalıdır. Asim Mollazadənin fikirlərinə gəlincə isə deyim ki, onun təhsil sahəsindəki fikirlərini izləyirəm. Görürəm ki, Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru