“Gəncə qiyamı” nədən baş verdi? - İki fərqli BAXIŞ
Tarix: 4-06-2018, 12:19 | Çap et
 1993-cü il 4 iyun hadisələrinin 24-cü ili tamam olur. “4 iyun hadisələri” illər keçdikcə, yenə də müzakirə obyektidir. Həmin vaxt Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. Keçmiş korpus komandiri olan Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub.
“Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin yıılması ilə nəticələnib.
Modern.az saytı 4 iyun olayları ilə bağlı fərqli baxışları təqdim edir:
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov o günləri heç vaxt unutmayacağını deyir:
“4 iyun hadisələrinin iştirakçısı olan birisi kimi, qeyd edə bilərəm ki, həmin hadisələr hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün iflası idi. Bəzən hadisələri cəmiyyətə başqa ad altında təqdim edirlər. Amma belə deyil. Səriştəsizlik, idarəetmənin bilinməməsi nəticəsində ölkə xaos vəziyyətinə gətirilmişdi. Bir tərəfdən ərazilərimizin işğal olunması, digər tərəfdən isə hər bir siyasi partiyanın (Yeni Azərbaycan Partiyası xaric olmaqla-S.N.) özünün silahlı dəstəsinin olması, ayrı-ayrı şəxslərin ordunun müxtəlif qruplarına rəhbərlik etməsi, nizami ordunun olmaması, dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyə gətirilməsi, o cümlədən yerli icra hakimiyyətlərində fəaliyyət göstərməsi hər şeyin bərbad hala düşdüyünü göstərirdi. Kim meydanda daha çox qışqırmışdısa, onu hansısa rayona icra başçısı qoymuşdular. O baxımdan da idarəçilikdən xəbərləri yox idi.
Ölkədə bir xaos hökm sürürdü. Həmin vaxt bu xaosdan istifadə edən qüvvələr Surət Hüseynovun rəhbərliyi ilə Gəncədə qiyam qaldırdılar. Halbuki, həmin şəxsə o vaxtkı rəhbərlik tərəfindən “Milli Qəhrəman” adı verilmişdi. Surət Hüseynov isə qoşunları Qarabağ istiqamətinə deyil, Bakı istiqamətinə göndərmişdi. Ardıcıl olaraq o vaxtlar rayonların icra başçıları bir-bir güllələnirdi, ya da onların yerinə özlərinə yaxın olanı, əksəriyyəti də kriminal aləmə bağlı olanları təyin edirdilər. Gəncə kimi şəhərdə qiyam baş verdi və icra başçısı qətlə yetirildi. Bu səpkidə proseslər davam etməkdə idi. Bir tərəfdən də cənub zonasında Əlikram Hümbətov qondarma “Talış Muğan Respublikası” adlı separatçı qurum yaradırdı. Bununla da, Azərbaycan parçalanmağa doğru gedirdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan bu gün 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizin taleyini yaşayacaqdı. Belə bir anda ümummilli lider Heydər Əliyevə müraciət olundu. Ulu öndərə müraciət olunmaqla həm özlərini, həm də Azərbaycanı xilas etdilər”.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazir olmuş, hökumətin Gəncədə keçirdiyi əməliyyatlara birbaşa nəzarət etmiş Pənah Hüseyn isə bildirib ki, 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi xatırlanır:
“O vaxtlar ölkədə öncə hərbi, sonra isə siyasi müxalifət Azərbaycana düşmən münasibətdə olan xarici qüvvələrlə işbirliyi şəraitində Əbülfəz Elçibəyin qanuni hakimiyyətinə qarşı qiyam qaldırdılar. Nəticədə ölkədə ciddi siyasi böhran yarandı. 1992-c ildə müharibənin bitməsi, Kəlbəcərin azad olunması ilə ərazi bütövlüyümüzün saxlanması şərti çərçivəsində həyata keçirilməyə başlanan plan pozuldu. Daha bir neçə rayonumuz işğal olundu. Daxildə vətəndaş qarşıdurması baş verdi. Əlbəttə, bunların nəticələrini bu gün də hiss etməkdəyik. O baxımdan da 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi yadda qalıb”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53 |
|
|
|
• Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37 |
|
|
|
• "Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35 |
|
|
|
• Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33 |
|
|
|
• Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29 |
|
|
|
• Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19 |
|
|
|
• Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10 |
|
|
|
• Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08 |
|
|
|
• Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51 |
|
|
|
• Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41 |
|
|
|
• Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32 |
|
|
|
• "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25 |
|
|
|
• Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55 |
|
|
|
• Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49 |
|
|
|
• Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41 |
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
|