Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                 

Elmar Vəliyevə yaxın deputat həmkarı Fəzail Ağamalını ittiham etdi, sərt cavab aldı
Tarix: 9-07-2018, 08:40 | Çap et
Elmar Vəliyevə yaxın deputat həmkarı Fəzail Ağamalını ittiham etdi,
İyulun 3-də axşam saatlarında silahlı hücuma məruz qalaraq ağır yaralanan Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını sərt ittiham edib. O, bu barədə öz facebook səhifəsində status paylaşıb.

Həmin statusu təqdim edirik: “Deputat Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə ”İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?" deyir’’.

Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər. Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri icra başçısına problemləri ilə bağlı müraciət ediblər. “Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim”, deyən Fəzail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşı nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbullarını nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın".

Qeyd edək ki, bundan öncə də E.Vəliyevə yaxın olan Yevlaxın deputatı İlham Məmmədov F.Ağamalını tənqid edərək, bu fikirləri səsləndirib: “Fəzail Ağamalı bilməlidir ki, Elmar Vəliyev kabinetdə oturmur. O, hər zaman insanların içərisində olur, tikinti meydanlarını gəzir, şəhərdə aparılan quruculuq işlərinə nəzarət edir və tapşırıqlarını verir. Belə bir halda Fəzail Ağamalının bu cür fikirlər səsləndirməsi təəssüf doğurur. Fəzail Ağamalı bilməlidir ki, Elmar Vəliyev xalqın içində olmasaydı, bu hadisə də baş verməzdi”.

Məlumat üçün bildirək ki, F.Ağamalının icra başçısına yaxın həmkarları tərəfindən hücuma məruz qalması təsadüfi deyil. Belə ki, günlər öncə “Yeni Müsavat”a açıqlamasında deputat sui-qəsdə məruz qalan E.Vəliyev barəsində bu sözləri deyib: “Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır. Qubada, İsmayıllıda baş verən hadisələr artıq məmurun güllələnməsinə qədər gəlib çatıb. Səbəb isə məmurun özünü apara bilməməsidir. Bu, əlbəttə ki, ölkə rəhbərinin siyasətinə zidd olan bir vəziyyətdir. Bu cür hadisədən nəticə çıxarılmalıdır və ümidvar olmaq istərdim ki, hadisə tam obyektiv olaraq araşdırılacaq. Əlbəttə ki, cinayətə yol verən şəxs Azərbaycan qanunları əsasında məsuliyyət daşımalı, eyni zamanda icra başçısını hansı səbəbdən güllələyib, bu məsələ tam araşdırılmalıdır”.

Partiya sədri “Yeni Müsavat”a açıqlamasında E.Vəliyevin “deputatları”na sərt cavab verdi: “Açığı, Elmar Vəliyevə olan sui-qəsdin ətrafında fikir mübadiləsinin aparılmasına tərəfdar deyiləm. Təəssüf edirəm ki, həmkarım Naqif Həmzəyev sosial şəbəkələri izləmir. İzləyirsə belə, o, demək, sosial şəbəkələrə əhəmiyyət vermir. Sadəcə olaraq, mənsub olduğu komandanın maraqlarına uyğun addımlar atır və bu da gözləniləndir. Onu əslində qınamıram. Gəncədə son illərdə gedən quruculuq işlərini, inkişafı Elmar Vəliyevin adına deyil, birbaşa ölkə prezidentinin siyasətinə bağlayıram. Deyir ki, elə bir şəhər göstərin ki, son 7 ildə Gəncə qədər inkişaf etsin. Mən nümunəni Sumqayıtdan göstərirəm. Hörmətli həmkarım bu şəhərə getsin və şəhərin gözəlliyinin, inkişafının şahidi olsun. Digər rayonlarda da bu inkişaf var. Sadəcə, nümunə kimi Sumqayıtın adını çəkdim. Hər iki deputatı Naxçıvana dəvət edirəm. Görsünlər ki, orada quruculuq, abadlıq işləri hansı səviyyədə aparılır. Naqif hələ çox gəncdir. Təəssüf edirəm ki, o, ölkə prezidentinin həyata keçirdiyi quruculuq işlərini, inkişafı Gəncənin icra başçısının adına bağlayır. Nazirindən tutmuş icra başçısına qədər istənilən məmur prezidentin siyasətini həyata keçirməyə məcburdur. Əgər o bunu etmirsə, hakim komanda da yer almalı deyil. Gəncədə Elmar Vəliyevdən qabaq da işlər gedib. Bundan sonra da işlər gedəcək. Xaçmazı da nümunə gətirərdim. Bu şəhərin də gözəlliyindən zövq alırsan. Hörmətli həmkarım yaxşı olardı ki, bu şəhərə də baş çəkərdi. Belə faktları çox sadalaya bilərəm. Elmar Vəliyev məmur kimi ölkə başçının tapşırıqlarını icra etməyə səy göstərib. Bununla bağlı lazımı addımlarını atıb. Milli Məclisin gənc üzvüdür. Gələcəkdə ola bilsin ki, qabiliyyətinə və bacarığına görə ona yüksək vəzifələr tapşırılsın. Xalqla məmur arasında baryer olmalı deyil. Yüksək səviyyəli sağlam münasibətlər olmalıdır. Bunu prezidentin idarəçilik fəlsəfəsi tələb edir. Mən qeyri-adi hansı fikirləri söyləmişəm ki, bu qədər narazılıq doğurur? Bir daha təkrar edirəm ki, məmur bu məsuliyyəti boynuna götürürsə, bunun arxasında xalqa xidmət dayanır. Bu məsələnin Elmar Vəliyevə qarşı törədilən cinayətlə əlaqələndirməyin özünü başa düşmürəm. İcra başçısına qarşı cinayət törədilib. Onunla bağlı bu və ya digər şəkildə narazılıqlar varsa, bu formada həll olunmalı deyil. Azərbaycan hüquqi dövlətdir. İstənilən vətəndaş icra başçısından, hər hansı bir məmurdan narazıdırsa, bunun hüquqi müstəvidə həlli var. Məhkəmə sisteminə narazı vətəndaşın inamı yoxdursa, o zaman ölkə prezidenti var. Müraciətlərə uyğun olaraq, hər zaman konkret addımlar atılır. KİV-lər vasitəsilə məmurun ədalətsizliyi önə çəkilə bilər. Bütün bunların hamısı ölkə rəhbərinin diqqətində olur və o məsələlər öz həllini tapır. Necə ki, cənab prezident zamanında KİV-lərin ən yaxın dostu olduğunu bildirib. Bir çox məsələləri mətbuatdan aldığı informasiyalar vasitəsilə də həll etdiyini söyləyib. Kimsə kimisə hansısa narazılığa görə güllələyirsə, bu qətiyyən yolverilməzdir, bu cinayətdir. Ona heç bir halda haqq qazandırmaq mümkün deyil. Elmar Vəliyevlə bağlı bir neçə sayta demişəm ki, bu müzakirələri dayandırmaq lazımdır. Lakin təəssüflər olsun ki, Elmar Vəliyevə yaxın olan dairələr bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bir daha onlara xəbərdarlıq edirəm ki, dayanın, lütfən. Artıq ölkənin yüksək səviyyəli hüquq mühafizə orqanlarının birgə ilkin məlumatları dərc olunub. Məsələyə ilkin aydınlıq da gətirilib, istintaq gedir. İstintaqın gedişinə bu və ya digər şəkildə fərziyyələrlə, sözlərlə kölgə salmalı deyilik. İmkan verməliyik ki, hüquq mühafizə orqanları məsələni sona qədər çözsünlər. Əminəm ki, hüquq mühafizə orqanlarımız hər zaman olduğu kimi dövlətin yanındadırlar, dövlətin onların üzərinə qoyduğu vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirlər. Sui-qəsdlə bağlı gedən istintaq sonunda məsələnin əsl təfərrüatlarını ortaya qoyacaq. Bu cür yanaşmalara, müraciətlərə son qoyulmalıdır”.

F.Ağamalı fikirlərinə bu cür davam etdi: “Bundan öncə hörmətli həmkarım İlham Məmmədov fikirlərini söylədi. Ona dedim ki, İlham, cənab Məmmədov, İlham müəllim, bu məsələləri dayandırın. Sən deyirsən ki, Fəzail Ağamalı bilməlidir, bilməlidir, bilməlidir, axı sənin mənə dərs keçməyə nə səviyyən, nə də inkişafın çatır. İndi bu uşaq mənə iradlar tutur. Ona deyirəm ki, səndən daha çox Elmar Vəliyevə atılan gülləni ittiham edirəm, özü də təmənnasız, konyunkturadan uzaq. Bunun hansı səbəbdən baş verməsindən asılı olmayaraq, Azərbaycan məmuruna qarşı atılan gülləni xəyanət hesab edirəm. Mən insan şəxsiyyətinin alçaldılmasının tamamilə əleyhinə olan şəxsəm. Xüsusi olaraq məmur əgər vətəndaşları, özlərindən aşağı pillədə olan adamları alçaldırsa, onun şəxsiyyətini təhqir edirsə, bu, xüsusi olaraq yolverilməzdir. Məmurlar özlərinin yüksək əxlaqi dəyərləri, mədəniyyəti, insanlara davranış nümunələri ilə xalqına və dövlətinə xidmət etməlidir. Elmar Vəliyev icra başçısı olarkən Gəncədə vətəndaşlarla arasında problem yaradıbsa, bu mənlik deyil. Bunu hər kəs bilir. Problemdən xəbərsiz insan yoxdur. İstəməzdim ki, icra başçıları vətəndaşlarla problem içərisində yaşasın. İcra başçısı siyasi vəzifədir. Onlar vətəndaşların aşağı, yuxarı təbəqələrinin davranışlarına uyğun olaraq addımlar atmağı bacarmalıdırlar. Çünki o prezidentin həmin şəhərdə, rayonda səlahiyyətli nümayəndəsidir. O vəzifəsinin öhdəsindən gəlməyə məcburdur. Əgər bunu edə bilmirsə, vəzifədə işləməli deyil. Bunlar şəxsi mövqeyimdir. Bir daha sizin qəzetiniz vasitəsilə deyirəm, siz də daxil, bütün mətbuat orqanları bir daha bu mövzuda mənə müraciət etməsinlər. Sizlər müraciət edəndə məcburam ki, suallarınızı cavablandırım. Bir daha xüsusi olaraq vurğulayıram ki, Azərbaycan hüquq-mühafizə orqanlarının son bəyanatından sonra bir çox məsələlərə aydınlıq gətirilib. Burada əlavə şərhlərə ehtiyac yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru