"O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                 

“Cinayət işi qaldırılmalıdır, araşdırma aparılmalıdır ki, məmurlar bu sərvətləri necə əldə edib” - deputat
Tarix: 23-10-2018, 08:33 | Çap et
“Cinayət işi qaldırılmalıdır, araşdırma aparılmalıdır ki, məmurlar bu sərvətləri  necə əldə edib”
Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının bahalı brend saatlar kolleksiyasının ardınca, on bahalı avtomobildən artıq maşınının olduğu, şəxsi avtoparka malik olduğu barədə xəbərlər yayılıb.

Virtualaz.org araşdırıb ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür. Saytın yazdığına görə, 2015-ci ildə istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy Porshe Boxter (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. Videoda görünən və 2010-cu il istehsalı olan Land Rover Discovery (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus “Tədarük” MMC-nin adına sənədləşdirilib.

Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara Toyota Camry (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara Mercedes Benz S500 (10 AA 035).

Araşdırma zamanı virtualaz.org daha bir maraqlı detalı müəyyən edə bilib. Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb. Məsələn, Rüfət Aslanlının şəxsi avtoparkından Toyota Prado (10 PP 343) və Range Rover Vogue (90 AA 343) “Bakı fond birjası” Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili-qara GMC Yukon Denali (10 AB 343) və ağ KIA Cerato-nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə “təhkim edib”.

“Rüfət Aslanlı o vəzifəyə gəldikdən sonra yüzlərlə valyutadəyişmə məntəqəsi bağlandı, yüzlərlə insan işsiz qaldı, nə idi bunun mənası?!”
BMW LI (10 AA 343) və Mercedes S 500 (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik inşaat şirkətinin adına tərtib olunub.

Rüfət Aslanlıya məxsus daha bir Range Rover (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Vəzifəsindən sui-istifadə edib, bu qədər milyonları ələ keçirən, başqa sözlə, dövləti soyan məmurlar kifayət qədər çoxdur. Rüfət Aslanlı qeyd edilən vəzifəyə təyin ediləndə onu müsbət xarakterizə etmişdilər. Amma indi üzə çıxır ki, “təmiz” məmur belədirsə, gör onda digərləri nələr edirlər...

Buradan bir sual ortaya çıxır: məmurlara necə nəzarət etmək lazımdır və bu işi hansı qurum həyata keçirməlidir?

Deputat Fazil Mustafanın sözlərinə görə, yayılan məlumatlar bir daha göstərir ki, bir sıra məmurlar vəzifə səlahiyyətlərindən istifadə edərək istənilən addımı ata bilirlər. Ona görə də məmurlara parlament nəzarəti mexanizmi də hərəkətə gətirilməlidir: “Biz bu yaxınlarda Milli Məclisdə məsələ qaldırdıq ki, yeni vəzifəyə təyin olunan məmurlar işə başlayan kimi öz yaxın adamlarını yanında yerləşdirmək üçün dərhal köhnə kadrların yaxşısına-pisinə baxmadan hamısını işdən çıxarır, bu isə dövlətçilik ənənələrinə ziddir. Çünki kadr yetişdirmək elə də asan deyil. Ona görə də o cür iş prinsipi düzgün deyil.

Məmurlar vəzifədən çıxarılandan sonra onların barəsində həyata keçirdiyi qanunsuzluqlar barədə məlumatlar yayılır. Yaxşı olar ki, o məmurlar hələ vəzifədə olarkən onların fəaliyyətinə çox ciddi nəzarət edilsin. Nəzarət institutunun olmaması məmurların istədiyi hərəkətləri etməsinə şərait yaradır. Media nəzarəti güclü olmalıdır ki, zamanında o qanunsuzluqlara gedilməsin. Baxın, Rüfət Aslanlı o vəzifəyə gəldikdən sonra yüzlərlə valyutadəyişmə məntəqəsi bağlandı, yüzlərlə insan işsiz qaldı. Nə idi bunun mənası?! Ölkədən pul çıxarılmasına məhdudiyyət qoyuldu. Bunun əvəzinə “qara pullar” variantında pullar ölkədən çıxarıldı. Ölkə iqtisadiyyatına zərbə dəydi. Bu cür məmurlar öz səlahiyyətlərindən istifadə edib yuxarı instansiyaları da aldadaraq özlərinin məqsəd və niyyətlərini həyata keçirirlər. Ona görə də bu məsələlərə vaxtında parlament nəzarətinin də olması vacibdir. Parlamentdə nəzarətə, müəyyən dərəcədə tənqidə şərait yaradılsa, bu kifayət edər ki, vəzifədə olub vəzifədən sui-istifadə edən qüvvələrin qanunsuz hərəkətlərinin tez bir zamanda dayandırılması mümkün olsun. Əks halda, Rüfət Aslanlı kimi məmurlar vəzifədən getdikdən sonra onların sərvətlərinin mediada işıqlandırılması “daldan atılan daş topuğa dəyər” effektidir. Adam yığdığını yığıb, dağıtdığını dağıdıb, iqtisadiyyatın mühüm bir sahəsini çox acınacaqlı vəziyyətə gətirib. Kimlə şəxsi düşməndir, onun strukturunu dağıdıb, vətəndaşların banklarda olan adi vəsaitləri bəhanələrlə geri qaytarılmadı. Yəni bunlar hamısı çox ciddi məsələlərdir, vətəndaşın banklara, iqtisadiyyata, bəzən də dövlətə güvənini azaldır. Ona görə də məmurların fəaliyyətinə ən azı parlament nəzarəti mexanizmi hərəkətə gətirilsə, müəyyən müsbət effekti olar. Bu mexanizm qurulsa, dövlət əmlakının dağıdılması, büdcənin talan edilməsinə qarşı ciddi bir kurs izlənə bilər. Əks halda, o cür qanunsuzluqlara yol verənlər yenə olacaq. İndi əslində hamı bilir ki, hansı məmurlar hansı həyat tərzi sürürlər".

Deputat vurğuladı ki, haqqında korrupsiyaya yol verdiyi barədə məlumatlar yayılan və özündən yuxarı instansiyalara yalan məlumatlar ötürən məmurlar barədə hüquq-mühafizə orqanları araşdırma aparmalıdır: “Bir var ki, məmurlar ağıllı islahat paketini aparıb ölkə başçısına təqdim edələr, bir də var ki, məmurlar özlərinin şəxsi maraqlarına uyğun formada gözdən pərdə asan manevrlərlə bir sənəd təqdim edələr. O cür məmurlar cavab verməlidirlər.

Rüfət Aslanlının avtomobil kolleksiyasından tutmuş digər sərvətləri barədə hər gün mediada məlumatlar yayılır. Hüquq-mühafizə orqanları bu məsələni diqqətə alıb fakt üzrə cinayət işi qaldırmalıdır, araşdırma aparılmalıdır ki, məmur onları necə əldə edib. Məmurlar bilməlidir ki, dövlət əmlakı onun şəxsi mülkiyyəti deyil, onu talamaq olmaz, talayacaqsansa, cəzasını alacaqsan".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Dünən, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Dünən, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Dünən, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Dünən, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Dünən, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Dünən, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru