"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                 

“Rusiya nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir”
Tarix: 29-10-2018, 08:48 | Çap et
“Rusiya nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir”
Müşahidələr onu göstərir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri barədə hələ çox danışılacaq. “Amerikalı qırğı”nın postsovet məkanına gəlişində məqsədinin tanışlıq xarakteri daşımadığı elə onun açıqlamalarından da bəlli oldu. Üstəlik, Rusiya və İran ətrafında baş verənlər təhlükəli proseslər astanasında olduğumuz qənaətini yaradır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a səfəri və durumu şərh edərkən maraqlı mülahizələrini açıqladı.

- Sülhəddin bəy, Boltonun səfərilə əlaqədar sizin müşahidə və məlumatlarınız necədir?

- Birincisi, onu nəzərə almaq lazımdır ki, nəhayət, Tramp administrasiyası öz xarici siyasətində müəyyən istiqamətlər üzrlə strategiyalar işləyib hazırlamağa nail olub, bəzi sahələrdə də nail olmaq üzrədir. Con Boltonun bu səfəri də həmin istiqamətlərdən biri ilə bağlıdır. Yəni Rusiya başda olmaqla, postsovet məkanına yönəlik Tramp administrasiyasının yeni strategiyasının işlənib hazırlanması ilə bağlı idi. Ona görə də o, regiona özü səfər etməklə birbaşa, üzbəüz rəsmilərlə, dövlət və hökumət başçıları ilə, həm milli təhlükəsizlik, həm xarici siyasət sahəsindəki rəhbərlərlə görüşməklə bir daha ABŞ-ın mövqeyini dəqiqləşdirmək istəyirdi. Həm Rusiyanın və Cənubi Qafqaz ölkələrinin siyasi rəhbərliyinin mövqeyini, həm də bunun əsasında öz mövqelərini dəqiqləşdirmək niyyətindəydi. Con Boltonun regiondakı səfər zamanı verdiyi açıqlamalara da diqqət etsəniz, onun əsas məqsədi regionla, yeni rəhbərlərlə birbaşa tanışlıq və region ölkələrinin mövqeyinin bir daha müəyyən olunması idi. Çünki ABŞ bu yaxınlarda həm Rusiyaya, həm də İrana yönəlik çox ciddi strateji addımlar atmaq niyyətindədir. Ona görə də həm Rusiya ilə bağlı, həm də İran ətrafındakı Cənubi Qafqaz ölkələri ilə bağlı öz mövqelərini dəqiqləşdirmək istəyirlər. Yəni Bolton Rusiya və İran strategiyasında son retuşları vurmaq ərəfəsində postsovet məkanına səfər etmişdi. ABŞ-ın regiona yönəlik strategiyasının detallarını dəqiqləşdirmək istəyirdi.

- Noyabr ayında ABŞ-ın Rusiya və İrana qarşı növbəti sanksiyaları işə salınacaq. Bu səfər sanksiyalardan da irəli hansısa bir planın mövcudluğundan xəbər vermirmi?

- Birinci nəzərə almaq lazımdır ki, ABŞ öz milli təhlükəsizlik strategiyasına dəyişikliklər edib. Onun iki başlıca strateji hədəfi var: biri Rusiya, digər Çin. İki də operativ-taktiki hədəfi var: biri İran, digəri də Şimali Koreya. Con Boltonun səfəri bir strateji, bir də operativ-taktiki-İran hədəfinə yönəlik strategiyanın dəqiqləşdirilməsi üçün edilmişdi. Bilirsiniz ki, ABŞ Rusiya ilə imzalanmış Qısa və Orta Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilədən çıxacağını bildirib. Birbaşa bu səfər ərəfəsində prezident Tramp açıqladı ki, ABŞ bu müqavilədən çıxmaq istəyir.

- Bundan qabaq İranla da nüvə razılaşmasından çıxmışdı...

- Bəli, elə onu demək istəyirdim. Ondan öncə də may ayında 5+1 ölkələrinin İranla imzaladığı nüvə sazişindən birtərəfli qaydada çıxdığını bəyan etmişdi. Tramp noyabrın 4-də, birbaşa seçki ərəfəsində İrana qarşı sanksiyaların bərpa olunması haqqında qərar verməyə hazırlaşır. Hər iki addım, yəni həm Rusiya ilə sazişdən çıxmaqla bağlı qərar və İrana qarşı daha sərt sanksiyaların tətbiq olunması postsovet məkanında, həm də İran ətrafında çox ciddi, yeni bir vəziyyət yaradacaq. Cənubi Qafqaz ölkələri də hər iki məkana düşür. Onlar həm postsovet məkanına daxildir, digər tərəfdən də İran ətrafında yerləşən ölkələrdir. O baxımdan Con Bolton bu regiona xüsusi önəm verirdi. Bilirsiniz ki, Trampın Rusiya ilə son danışıqları olacaq - noyabrın 11-də, Parisdə Putinlə görüşü gözlənilir, bu görüşə hazırlıq gedir. Burada da əsas məsələlərdən biri strateji hücum silahları ilə bərabər, İran məsələsi olacaq. Ona görə də hər iki məsələ ilə bağlı Bolton həm Rusiyanın mövqeyini öyrənmək istəyirdi, həm də Cənubi Qafqaz ölkələrinin.

- Con Bolton Putini Vaşinqtona dəvət etdiklərini də açıqladı. Belə çıxmırmı ki, ABŞ Rusiyanı İrandan ayırmaq və anti-İran koalisiyası təşkil etmək istəyir?

- Təbii. ABŞ bunu heç gizlətmir də. Amma bu, çox çətin görünür. Çünki Rusiya ilə ABŞ arasında, ikitərəfli münasibətlərdə gərginlik getdikcə artır. ABŞ Avropa Birliyi ilə birgə həm Rusiyaya qarşı sanksiyalar tətbiq edib, həm də bu sanksiyalara yeniləri əlavə olunur. Bir sıra sanksiyalar da Konqresin gündəliyindədir. ABŞ-Rusiya münasibətlərində Konqresin çox ciddi rolu var. Xüsusən də bu seçkilərdən sonra əgər Demokratların çəkisi Konqresdə artarsa, bu təsir daha da çoxalacaq. O baxımdan İran məsələsi olmadan belə, ABŞ-la ikitərəfli münasibətlərdə gərginlik artır. Burada həll edilməmiş Ukrayna, Suriya böhranı var. Eyni zamanda, strateji təhlükəsizlik sahəsində ciddi məsələlər mövcuddur. ABŞ 1972-ci ildə Rusiya ilə Raket Hücumundan Müdafiə Sistemlərinin məhdudlaşdırılması haqqında saziş imzalamışdı. Amma 2001-ci ildə, Buş dövründə bu sazişdən çıxdı. Bunu niyə deyirəm? Çünki qlobal miqyasda strateji sabitlik sahəsində ABŞ-la Rusiya həlledici rol oynayır və onlar arasında üç saziş var. Yəni bu günə qədər sabitliyi pis-yaxşı qoruyub-saxlayan üç saziş. Onlardan biri 1972-ci ildə imzalanan həmin sazişdir. İkincisi, 1987-ci ildə imzalanmış Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında müqavilədir, Reyqanla Qorbaçov imzalayıb. Biri də 1991-ci ildə imzalanmış Strateji Hücum Silahlarının ixtisarı haqqında müqavilədir. Bu müqavilələr artıq iki dəfə yenilənib. Sonuncu dəfə 2010-cu ildə Obama ilə Medvedev arasında imzalanan saziş əsasında yenilənib. Strateji hücum Silahlarının İxtisarı haqqında müqavilə deyirlər. Gördüyünüz kimi, artıq ABŞ bu müqavilələrin birindən çıxıb. İkincidən də çıxacağını bəyan edib. Qalır sonuncu müqavilə, onun da vaxtı 2021-ci ildə bitir. Hətta 2021-ci ilə kimi ABŞ o müqavilədən çıxmasa, böyük ehtimalla o müqavilənin vaxtını uzatmayacaq.

- Rusiya XİN-in silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov deyib ki, ölkəsi ABŞ-la müharibəyə hazırlaşır. Doğrudanmı dünyanın nizamının pozulması 3-cü Dünya müharibəsinə qədər aparıb çıxara bilər?

- Mən strateji sabitlik və təhlükəsizlik sahəsində olan əsas müqavilələri əsassız yerə sadalamıram. Çünki ABŞ-la Rusiya arasında müharibənin çıxmamasının başlıca səbəbi hər iki tərəfin kütləvi qırğın silahlarına sahib olmasıdır. Nüvə silahının işlədilməsi daxil olmaqla, bu günə qədər Üçüncü Dünya müharibəsinin baş verməməsinin başlıca səbəbi də budur. Bu gün artıq bu müqavilələr bir-bir ləğv olunur. Bu, onu göstərir ki, hətta İran məsələsində ABŞ və Rusiya ilə razılaşsa belə, yenə də bu gərginlik sadaladığım səbəblərdən davam edəcək. Çünki hərə iki tərəf çox ciddi şəkildə artıq yeni silahlanmaya başlayıblar.

Vaxtilə SSRİ-ni dağıtmaq üçün ABŞ-ın bir neçə əsas silahı oldu. Birincisi, neftin dünya bazarında qiymətini endirməklə SSRİ-nin gəlirlərini kəskin azaltmaq, digər tərəfdən də silahlanmaya və Əfqanıstan müharibəsinə cəlb etməklə xərclərini artırmaq. İndi biz bənzər strategiyanın yeni motifikasiyasının tətbiq olunmağa başladığını görürük.

- Elə söhbəti bu məsələnin üzərinə gətirmək istəyirdim. Belə demək olarmı ki, Rusiyanın də SSRİ kimi parçalanması planı üzərində iş aparılır, yoxsa yekunda savaş qaçılmaz olacaq?

- İndidən hər hansı konkret fikir söyləmək çox çətindir. Çünki köhnə dünya nizamı pozulub, yenisinin qurulması da görünür hələ zaman tələb edəcək. Dünyada strateji durum çox dinamik dəyişilir. Ona görə də ABŞ-dakı seçkilərdən də çox şey asılıdır. Bu seçkilərin nəticəsi olaraq proseslər sürətlənə də, bir müddət yavaşlaya da bilər. Amma mən əsas tendensiyadan danışıram. İndi ABŞ-ın əsas məqsədi zəif idarə olunan, demokratikləşən Rusiyamı olacaq, yoxsa ABŞ bu dəfə Rusiyanın dağılmasına qədər gedib çıxacaq, bunu gələcək göstərəcək. Çünki ABŞ-ın özündə belə, bu sahədə çox ciddi diskussiyalar gedir. Yəni hər iki tezisi müdafiə edən tərəflər, qruplar var.

- Sizcə, ABŞ Boltonun simasında rəsmi Bakıdan nə istədi və bu mərhələdə Azərbaycanın maraqları - Qarabağla bağlı - nəzərə alınacaqmı?

- Con Bolton özü də bir daha vurğuladı ki, Cənubu Qafqaz strateji baxımdan əhəmiyyətli bir bölgədir. O, hər zaman buranın strateji baxımdan çox mühüm region olduğunu vurğuladı və Azərbaycanın yerini də xüsusilə qeyd etdi. Xüsusilə qeyd etməyinin səbəbi də Azərbaycanın eyni zamanda həm Rusiya, həm də İranla həmsərhəd olmasıdır. Əgər siz Con Boltonun bütün açıqlamalarını alt-alta qoysanız və diqqətlə oxusunanız, şəxsən mən bu qənaətə gəldim ki, ABŞ-ı indi əsas narahat edən məsələ budur: İran məsələsinin aktuallaşdığı bir dövrdə İranın şimalında Rusiyamı aktiv, güclü mövqeyə sahib olacaq, yoxsa ABŞ başda olmaqla müttəfiqləri? ABŞ üçün əsas sual budur. Mən Azərbaycan, Rusiya, erməni mətbuatını izlədim, heç kim onun bir ifadəsinə diqqət etmədi. Bolton dedi ki, ABŞ Ermənistanla Rusiya arasında daha yaxşı müqavilə imzalanmasını istəyir. Bu, o deməkdir ki, ortada müzakirə olunan müqavilə layihəsi var. Çünki Rusiya İran məsələsi aktaullaşdığı bir dövrdə nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir. Bunun da əsas yolu Qarabağ münaqişəsinin həlli istiqamətində aralıq bir sazişin imzalanmasına nail olmaq və “sülhməramlı qüvvələr” adı altında öz silahlı qüvvələrini işğal zonasına yeritməkdir.

- Amma razılaşmaya görə, həmsədr ölkələr bu missiya ilə çıxış edə bilməzlər...

- Əgər tərəflər razı olacaqsa, həmsədrlər buna necə etiraz edə bilərlər? Burada ATƏT-in Minsk Qrupunun mandatına əsasən, iki tərəf var: Ermənistan və Azərbaycan.

- Amma Rusiya sülhməramlılarının yerləşdirilməsi Azərbaycan üçün ciddi təhlükədir...

- Bəli. Amma əgər Ermənistan və Azərbaycan razı olacaqsa, üçüncü tərəflər buna necə etiraz edə bilər? Bunu da ABŞ bilir. Baxmayaraq ki, sizin qeyd etdiyiniz kimi, Budapeştdə belə bir anlaşma əldə olunub ki, əgər gələcəkdə yekun sülh müqaviləsi əldə olunarsa, regional sülhməramlı qüvvələr yeridilsin, amma həmsədr ölkələrin silahlı qüvvələri onlar arasında yer almasın.

- Amma rus ordusunun Qarabağa gəlməsinə ABŞ razı olmaz, elə deyilmi?

- ABŞ razı olmaz. Amma bir daha qeyd edirəm, əgər Bakı və İrəvan buna razılıq verəcəksə, artıq Rusiyanı heç kim dayandıra bilməyəcək. Bu, məsələnin beynəlxalq hüquqi tərəfi. Digər tərəfdən, de-fakto yanaşaq. Deyək ki, Rusiya Ukraynaya təcavüz etdi, Krımı, Donbasın bir hissəsini işğal etdi. Bilirsiniz ki, Budapeşt deklorasiyası var idi. Bunu da ABŞ, Böyük Britaniya və Rusiya imzalamışdı. Ukraynanın nüvə silahını ləğv etməsi müqabilində hər iki ölkə Ukraynanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə təminat vermişdi. Amma tərəflərdən biri - Rusiya özü birbaşa Ukraynanın bir hissəsini işğal edib. ABŞ, Böyük Britaniya başda olmaqla beynəlxalq birlik bunun qarşısını almaq üçün nə edə bildi ki? Yaxud ondan öncə, 2008-ci ildə Rusiya Gürcüstanın böyük bir hissəsini işğal etdi. ABŞ, beynəlxalq birlik nə edə bildi ki? İndi əgər Ermənistanla Azərbaycan - münaqişə tərəfləri razı olacaqsa, o zaman bunun qarşısını ala biləcəklərini düşünmürəm. Ona görə də məncə, Con Bolton daha yaxşı müqavilə imzalanmasını istəyirik, deməklə ABŞ-ın hər iki tərəfə pərdə arxasında “daha yaxşı müqavilə” təklif edib, yaxud təklif etmək niyyətindədir. Bununla da ABŞ istəyir ki, Rusiyanın bu istəyi baş tutmasın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Bu gün, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Bu gün, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Bu gün, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Bu gün, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Bu gün, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Bu gün, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Bu gün, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Bu gün, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Bu gün, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Bu gün, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Bu gün, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru