İsgəndər Həmidov öz Məclisini formalaşdırdı - AXH rəsmən parçalandı
Tarix: 6-05-2019, 08:26 | Çap et
 Azərbaycan Xalq Hərəkatı (AXH) daxilindəki xoşagəlməz durum davam edir. Hərəkat iki adda fəaliyyət göstərir. Qurumun iclasları da eyni gündə müxtəlif məkanlarda keçirilir. Bu gün də AXH iki yerdə fərqli saatlarda iclasını keçirəcək.
Artıq iki qanaddan biri öz Ali Məclisini formalaşdırıb. Dünən sabiq daxili işlər naziri İsgəndər Həmidovun liderlik etdiyi AXH ADP qərargahında 200-ə yaxın insanın iştirakı ilə Məclisin iclasını keçirib. İclasda ümumi səsvermə yolu ilə Xalq Azadlıq Partiyasının rəhbəri Valeh Mirzəyev Ali Məclisin sədri, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov onun müavinləri seçiliblər.
Məclis 26 nəfərdən ibarət idarə heyətini formalaşdırıb. Bununla da AXH-nin iki hissəyə bölünməsi rəsmiləşib. Çünki əks qanadda təmsil olunan qeydiyyatlı partiya sədrlərinin hərəkatın idarə heyətində olmayacaqları təqdirdə barışığa getməyəcəkləri heç kəsə sirr deyil. İ.Həmidov olduğu tərəfin də buna getməyəcəyini əminliklə söyləmək mümkündür.
AXH ətrafındakı mövcud durumun ictimaiyyəti çaş-baş saldığı göz önündədir. Hansı tərəfin AXH olduğu barədə açıq suala tərəflərdən heç biri konkret cavab verə bilmir. Bu durumun nə vaxta qədər davam edəcəyi məlum deyil.
Hərəkatın dönəm sədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev “Yeni Müsavat”a açıqlamasında yaxın vaxtlarda əsl AXH-nin hansı tərəf olduğunu cəmiyyətin görəcəyini söylədi: “Hər iki tərəfin özünün məsələyə münasibəti ola bilər. Burada ən yaxşı hakim zamandır. Mənə elə gəlir ki, bir müddətdən sonra kimin təşkilat, kimin qeyri-təşkilat olduğu məlum olacaq. Növbəti iclasımızı keçirəcəyik. Dönəm sədri kimi deyə bilərəm ki, gündəliyimiz müəyyən olunub. Bu iclasımızda idarə heyətimizin tərkibində sürpriz bir artım olacaq. İctimaiyyət bu barədə məlumatlandırılacaq. Tədricən insanlar nəyin harada olduğunun fərqinə varmağa başlayıblar. Baş verənlər artıq düzgün qiymətləndirilir. Ona görə biz narahat deyilik. Öz işimizi davam etdiririk. Bu şəkildə də davam edəcəyik. Bir neçə partiya ilə idarə heyətimizi genişləndirmək üçün danışıqlar aparırıq. İlk günlərdə hərəkatın təsisatında iştirak edən və bu günə qədər mövqeyini tam müəyyən etməmiş partiyalardan biri bu iclasımıza qatılacaq. Tədricən proses aydınlaşmağa doğru gedir. Mediada, ictimaiyyət arasında AXH ilə bağlı sualların cavabı getdikcə tapılır”.
Ə.Əliyev əks qanadın Məclis təşkil etməsinə də mövqeyini sərgilədi: “Biz öz fəaliyyətimizlə məşğuluq. Fəaliyyətimiz də əsasnaməyə söykənir. Əsasnamədən kənar heç bir iş görmürük. Bizim əsasnaməyə görə, Məclis, rayon şöbələri təşkil olunmalıdır. Hazırda bu işlərlə məşğuluq. İşlərimizi getdikcə daha da gücləndiririk. Müxtəlif rayonlarla təmaslarımız artmaqdadır. Məclis üzvləri müəyyən ediləndən sonra sosial siyahı ilə deyil, konkret mövqeləri olan təmsilçilərin siyahısı əsasında Məclisimiz keçiriləcək”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51 |
|
|
|
|