Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                 

“Final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var, şou düzəldirlər” - deputat
Tarix: 23-05-2019, 08:40 | Çap et
“Final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var, şou düzəldirlər”
“Ümumiyyətlə, nə Fəvvarələr meydanı, nə İstiqlal abidəsinin ətrafı, bütövlükdə şəhərin mərkəzinin bağlanmasından, vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Biz bir daha bildiririk ki, bu haqda heç bir qərar yoxdur. Axı necə ola bilər ki, Bakı sakini öz ailəsi ilə gəzməyə çıxır, sən onu ”Torqovı"ya girməyə qoymayasan? Sadəcə, bu məlumatlar sosial şəbəkələrin təxribatıdır, inanmayın".

Bu sözləri “Yeni Müsavat”a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov mayın 25-dən 31-dək Bakının “Torqovı” adlanan mərkəzi meydanının, yəni Nizami küçəsinin Avroliqa finalı ilə əlaqədar vətəndaşların üzünə bağlanacağı barədə yayılan məlumatlara münasibət bildirərkən dedi.

BŞİH sözçüsü qeyd etdi ki, mayın 28-i və 29-u günlərində bayram əhval-ruhiyyəsi olacaq: “Həm Respublika Günü, həm idman yarışı ilə əlaqədar şəhərdə fərqli bayram ovqatı yaşanacaq. Hətta şəhərə gələcək ingilis qonaqlara onların nağıl qəhrəmanları Şerlok Holms və s. barədə maraqlı sərgilər nümayiş etdiriləcək, parklarda, meydanlarda bayram tədbirləri keçiriləcək. Biz respublikamızın qonaqpərvərliyini, ölkəmizdəki əmin-amanlığını turistlərə göstərməliyik. Qoy gəlsinlər, ölkəmizi görsünlər. Bakıda ilk dəfə yarışlar keçirilmir, hər zaman mötəbər tədbirlər paytaxtımızda yüksək səviyyədə təşkil olunub.

Eyni zamanda kim özünü Azərbaycan vətəndaşı hesab edirsə, o da gələn xaricilərə qonaqpərvərliyimizi nümayiş etdirməlidir. Ona görə də heç bir qadağa, şəhərin mərkəzinin bağlanması söhbəti ola bilməz".

Deputat Aqil Abbas da bildirdi ki, bu, insanları əsəbiləşdirmək üçün ortaya atılıb: “Daxili İşlər Nazirliyi təkzib edib ki, belə söhbət yoxdur. Bunu haradan çıxarıblar? Necə mərkəzə getmək olmaz? Hasar çəkəcəklər, qapı qoyacaqlar, yoxsa pasportlarını yoxlayıb buraxacaqlar? Bir hoqqa atırlar ortaya, şou düzəldirlər”.

Deputatın sözlərinə görə, final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var: “Mxitaryana kim qadağa qoymuşdu? Özündən bir şou düzəltdi. Məqsəd Azərbaycana təzyiq etməkdir. Bu, ingilis həyasızlığıdır. Azərbaycan tolerant ölkə kimi tanınır. Bundan əvvəl də İslam oyunları, Avropa Oyunları, ”Eurovision" ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılıb".

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov qeyd edib ki, bu barədə hər hansı açıqlama yaymayıblar: “Biz belə bir məzmunda açıqlama yaymamışıq, bunu bizdən niyə soruşursunuz ki? Nə məhdudiyyət? Belə məlumat yaymamışıq”.

Jurnalist Eynulla Fətullayev də müəllif yazısında məsələyə toxunub və qeyd edib ki, hansı özünə hörmət edən hakimiyyət belə addım atar: “Bu cür boş yalana diqqət yetirməyə dəyərdimi? Ələlxüsus da prezident vəzifəsini tutmağa iddialı olan siyasətçiyə?! Lakin yeni xalq başçısı obrazında İlqar Məmmədov dərhal hakimiyyətin qərarını pisləyir və qəzəblə UEFA-ya hücuma keçir. Sən demə, özünün daha çox futbolu xatırladan REAL adlı marginal təşkilatı ilə İlqar Məmmədov yalan xəbərin yayılmasına bir gün qalmış Birinci respublikanın qurucularının memorialına doğru narazıların yürüşünün təşkili barədə tarixi qərar qəbul edibmiş. Tarixlər belə düşüb ki, oyuna bir gün qalmış Birinci respublikanın elan olunmasının 101 ili tamam olacaq. Və budur, Bakı Realı öz oyununu oynamaq qərarına gəlib. Sanki hakimiyyət bir ovuc marginalın yürüşündən ehtiyat edərək, mərkəzi prospekti bağlamaq qərarı verib”.

E.Fətullayev ardınca yazır: “İlqar Məmmədov nə edir?! O da Mxitaryan və onun tərəfdarları kimi bütün Bakının və Azərbaycanın bayramını pozmağa, Kiçik Qafqaz ölkəsi üçün bu cür əhəmiyyətli hadisəni korlamağa cəhd edir və öz hakimiyyətini əsassız günahlandırır.

Halbuki hakimiyyət siyasəti idmana qatmırsa da, Avropa Oyunları və digər nüfuzlu beynəlxalq hadisələr ərəfəsində müxalifət ən kiçik imkandan və hətta səhvdən yararlanmağa çalışır ki, təki aranı qarışdırsın və murdarlıq etsin”.

Xatırladaq ki, final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxta gələcək çoxsaylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir.

Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Nəqliyyatın sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza mayın 27-dən 30-dək olan müddətdə ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik.

Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər. Şəhərin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Bundan əlavə, final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tiflisdən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib.

Məlumata görə, həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə 27-31 may tarixlərində mövcud Bakı-Tiflis-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq. Mayın 29-da keçiriləcək “Arsenal” - “Çelsi” finalı saat 23:00-da baş tutacaq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru