Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                 

"Onlar Azərbaycana niyə gəlməsin ki?" - deputat
Tarix: 31-05-2019, 08:24 | Çap et
"Onlar Azərbaycana niyə gəlməsin ki?"
“Nə Azərbaycanda müxalifət, nə də ölkə xaricində məskunlaşan, bu və ya digər səbəbdən miqrasiya edənlər yekcins mövqeli və vahid məqsədə qulluq edən insanlar deyillər. Ona görə bunlar haqqında qarşı tərəf kimi danışmaq mümkün deyil”.

Milli Məclis sədrinin müavini Bahar Muradova bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi.

Qeyd edək ki, vaxtaşırı iqtidar və müxalifət arasında dialoqa zərurət olub-olmadığı barədə müzakirələr aparılır. Üstəlik, xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların Azərbaycan hakimiyyəti əleyhinə kampaniya aparması, onlara verilən kəskin reaksiyalara diqqət çəkən ayrı-ayrı müşahidəçilər hesab edir ki, bu “savaş”ın davamı çıxış yolu deyil. Belə bir yanaşma var ki, ölkə daxilində iqtidar və müxalifət arasında danışıqlar aparmaq bəlkə daha çox fayda verər. Belə olan halda, xaricdəki soydaşlarımızın ayrı-ayrı qüvvələrin təsiri altına düşməsini əngəlləmək mümkün görünür. Hakimiyyət daxilində bununla bağlı müzakirələr gedirmi? Konkret konsepsiya varmı?

B.Muradova bu barədə aşağıdakıları bildirdi: “Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanda getdikcə konstruktiv mövqe daha çox görünməyə başlayır. Mən YAP nümayəndəsi olaraq bunu belə hiss edirəm. Bizim üçün siyasi partiyalar olaraq bir-birimizlə ünsiyyət saxlamağımız, nəyisə müzakirə etməyimiz üçün hansısa maneə görmürəm. Biz dəfələrlə bunu etmişik. Özümüz müstəqil də etmişik, beynəlxalq təşkilatların iştirakı və dəstəyi ilə də belə danışıqlar olub”. Xanım vitse-spiker dialoq üçün bəzi ilkin amillərə nəzər salmağı vacib hesab edir: “Gərək konkret olaraq müəyyən edilsin ki, bu danışıq nə üçün lazımdır, nəyə xidmət etməlidir və biz bu danışıqlardan nə gözləyirik? Hansı ümumi məqsədimiz, hədəfimiz var ki, biz onun naminə mütləq şəkildə bir araya gəlməliyik və oturub danışmalıyıq? Çünki Azərbaycanda seçilmiş ölkə prezidenti, iqtidar və onun komandası var. Eləcə də fəaliyyət göstərən müxtəlif yönümlü siyasi partiyalar, ictimai qurumlar, vətəndaş cəmiyyəti, insanlar və s. var. Həmçinin sadalanan qurumların həm özlərinin, həm də bir-biriləri ilə, eləcə də vətəndaşlarla əlaqədar münasibətlərini tənzimləyən qanunlar mövcuddur. Mənə görə bu proseslərin hər bir subyekti öz fəaliyyətini bu qanunlar çərçivəsində qurarsa onda bizim iki qarşıduran tərəf kimi yalnız üz-üzə danışıqlar və qarşılıqlı razılıq asasında müəyyənləşdirəcəyimiz çox az sayda problemlərimiz ola bilər. Hansı ki, bir tərəfin iqtidar olacağını qəbul etsək, ikinci tərəfin kim olmalı olduğunu, müəyyənləşdirmək lazım gələcək. Bunun isə çox problemli məsələ olduğunu zənnimcə, heç kəs inkar edə bilməz. Yox, əgər söhbət Azərbaycan dövlətinin maraqlarından və onun beynəlxalq nüfuzundan gedirsə, onda heç kəs ilkin şərt qoymadan, heç bir danışıq tələbi irəli sürmədən öz vəzifəsini və borcunu doğru-düzgün yerinə yetirməyə çalışmalıdır. Mən anlaya bilmirəm əgər ölkəmizə təcavüz olunursa - hərbi, siyasi, mənəvi - xalqımıza, vətəndaşlarımıza və bütövlükdə dövlətimizə və xalqımıza qarşı gözdən salma kampaniyası aparılırsa, biz hansısa dəvətmi gözləməliyik? Bütün bu dəyərlərimizi qorumaq üçün bizə dialoq şousumu lazımdır? Mənə görə bu məsələ heç bir siyasi dialoq mövzusu və yaxud ”bazarlıq" predmeti ola bilməz. Amma əlbəttə ki, biz bu işi necə həyata keçirmək barədə məsləhətləşə və yollar araya bilərik. Milli-mənəvi dəyərlərimizin aşınmasına, təhqiramiz hərəkətlərə son qoymaq üçün sınanmış metodlardan, ictimai qınaq və tənbeh üsullarından istifadə edərək belə hərəkətlərə yol verən soydaşlarımızı belə hərəkətlərdən vaz keçməyə, Azərbaycana dost olmayan dairələrin əlində alət olmaqdan çəkindirməyə çalışmalıyıq. Ona görə də burada indiki halda danışıq üçün mütləq bir araya gəlməyi və yalnız bundan sonra hansısa tədbirlər görməyi təsəvvür edə bilmirəm".

B.Muradova xaricdə yaşayan bəzi soydaşlarımızın mövqeyi ilə bağlı pozitiv müşahidələrini də bölüşdü: “Şükür ki, bu gün getdikcə daha çox insanlar bu məsələdə milli maraqların yanında olduqlarını göstərirlər. İstər ölkə daxilində, istər ölkə xaricində, elə siyasi partiyalarda da... Mən onların bəyanatlarını, çağırışlarını eşidirəm. Bu, həm parlamentdə təmsil olunan, həm də parlamentdənkənar təşkilatların mövqeyində özünü göstərir. Lakin məhdud bir qrup var ki, neçə illərdir dəyişmədən qalırlar. Onların tələbləri də, mövqeləri, mübarizə üsulları da dəyişmir. Düşünmürəm ki, onların hansısa bir doğru yola gəlmək, islah olunmaq kimi bir niyyəti, yaxud belə bir imkanları qalıb. Bəziləri ona gətirən və ondan aparan bütün yollardakı körpüləri o dərəcədə yandırıblar ki, artıq özləri də nə vaxtsa bu körpülərin bərpa olunmasına ümid etmirlər. Amma bəziləri də var ki, özləri bu vəziyyətdən yorulduqlarını və kin-küdurət içində yaşamaq istəmədiklərini, Azərbaycana qayıtmaq, hətta bundan sonra ölkənin mənafeyi naminə çalışmaq istədiklərini deyirlər ki, bu da normaldır”.

Azərbaycana qayıtmaq istəyən insanların sonrakı taleyinə gəldikdə, B.Muradova dedi ki, o insanlar yekcins deyil: “Bəziləri ən müxtəlif səbəblərdən ölkəni tərk ediblər. Və yəqin ki, burada da konkret yanaşma lazımdır. Ümumilikdə qanunla heç bir problemi olmayan, cinayət hadisəsi törətməyən, məsuliyyətə cəlb olunmaqdan çəkinməyən, insanlar varsa, onlar Azərbaycana niyə gəlməsin ki? Gəlsin, tənqidini də burada eləsin, sözünü də burada desin! Qanunla hər hansı bir problemi, yaxud da haqqında icra olunmamış məhkəmə hökmü yoxdursa, yerli seçkilərdə də iştirak edə bilər, parlament seçkilərində də. Gəlsinlər, qanunların verdiyi imkanlardan istifadə etsinlər! Bunun üçün hansısa bir problem görmürəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru