Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                 

"Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır" - deputat
Tarix: 25-06-2019, 10:57 | Çap et
"Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır"
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı BiG.AZ-ın suallarını cavablandırıb.

- Fəzail bəy, sabah Azərbaycanda Silahlı Qüvvələr Gününü qeyd ediləcək. İstərdik ki, 1990-cı ilin ordusu ilə bu günü müqayisə edəsiniz?

- 1990-cı ilin əvvəllərində demək olar ki, nizami ordu yox idi və ordu əsasən könüllülərdən təşkil olunmuşdu. Onlara Xalq Cəbhəsinin batalionları da deyilirdi. Doğrudur, döyüşənlərin hər biri Vətən uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi yolunda qəhrəmancasına vuruşub, şəhid olurdular. Vətənpərvərlik, döyüş ruhu yüksək olsa da, təchizat olduqca zəif idi, döyüşlər arasında koordinasiya pis təşkil edilirdi. Vahid komandanlıq, peşəkar şəkildə təşkil olunan strategiya və taktika demək olar ki, yox səviyyəsindəydi. Milli Orduya diletant, hərbidən anlayışı olmayan, daha çox Qraçovun tapşırıqlarını həyata keçirən Rəhim Qazıyev rəhbərlik edirdi və s. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra, 1994-cu ildən başlayaraq ordu quruculuğuna start verildi və nizami ordunun yaradılmasının əsası qoyuldu. 2003-cü ildən ölkə başçısı seçilən İlham Əliyev son on beş ildi ordumuzu bütün parametrlərlə yüksək səviyyəyə qaldırdı. Artıq bu gün silahlı qüvvələrimiz dünyanın güclü orduları sırasındadı. Azərbaycan silahlı qüvvələri döyüş qabiliyyətinə və maddi-texniki təchizatına görə Cənubi Qafqazın ən güclü ordusu hesab edilir. Azərbaycan ayrı-ayrı ölkələrdən ən müasir silahları almaqla yanaşı, özü də müxtəlif təyinatlı silah istehsal edir. Bu da çox böyük göstəricidir. Xüsusi olaraq qeyd etmək istərdim ki, son illər ordumuzun döyüş qabiliyyətinin artırılmasında və gücləndirilməsində cənab prezidentimizin Müdafiə nazirliyində apardığı kadr islahatları ciddi rol oynamaqdadı. Zakir Həsənov Müdafiə naziri təyin ediləndən sonra silahlı qüvvələrimizin döyüş qabiliyyəti, vətənpərlik hissi və silah təchizatı xeyli artmış, zabit və əsgərlərimizin yaşayış şəraiti və sosial durumu köklü şəkildə yaxşılaşmışdır. Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan ordusu istənilən tapşırığı layiqincə yetirmək gücündədi. 2016-cı ilin aprel döyüşləri ordumuzun potensialını bütün dünyaya nümayiş etdirdi. Kiçik dəstə ilə ermənilərə sarsıdıcı zərbə endirildi və bir sıra strateji yüksəkliklər və ərazimiz işğaldan azad olundu. Əlbətdə bütün bunlar ordumuzun gücünün göstəriciləridir.

- Bilirsiniz ki, bir çoxları iddia edir ki, Əbülfəz Elçibəy ətrafındakı insanların ona xəyanət etdiyini gördüyü üçün ulu öndərimiz Heydər Əliyevi Bakıya dəvət edib. Bu iddia nə qədər doğrudur?

- Ulu Öndər Heydər Əliyev 1987-ci ildə Moskvada Siyasi Bürodan istefa verdikdən sonra Kremlin onu təcrid etməsinə baxmayaraq bütün ruhu ilə Azərbaycana bağlı idi. Lakin onun Azərbaycana gəlməsinə imkan verilmirdi. Buna həm rəsmi Moskva, həm də Kremlin Azərbaycan canişini Ayaz Mütəllibov məqsədli şəkildə maneə olurdu. Çox böyük çətinliklə Bakıya qayıdan Ulu Öndərə paytaxtda yaşamağa imkan verilmədi və ölümlə hədələndi. Böyük təzyiq və təhdidlə o, Naxçıvana getmək məcburiyyətində qaldı. Bu məkrli hərəkətlərin drijoru Ayaz Mütəllibov idi. Naxçıvan onu böyük sevgilə qarşıladı. Az keçmədi ki, Ulu Öndər Naxçıvan Ali Məclisinin sədri seçildi və böyük siyasətə qayıdışın ilk addımı atıldı.

1991-ci ilin sentyabrında Naxçıvanda idim. Etiraf edim ki, şəxsiyyətinə böyük sevgi və rəğbət bəslədiyim Ulu Öndərlə görüşmək istəyim qarşısıalınmaz idi. Və bu görüş baş tutdu. Yarım saatdan çox söhbət etdik. Bakıdakı vəziyyətlə, ölkədəki siyasi durum, ayrı-ayrı adamlar haqqında maraqlandı, mən də düşündüyüm, bildiyim qədər ona məlumat verdim. O, mənə Əbülfəz Elçibəylə bərabər olmağı, tutduğumuz azadlıq mübarizəsindən geri çəkilməməyi tövsiyyə etdi. Ayrılanda mən Ulu Öndərə “xalqın və ölkənin nicatı üçün Sizə doğru uzanmış əllərini qəbul edin” xahişini etdim və onun qeyri-adi təbəssümü yaddaşımda əbədi həkk olundu.

Artıq Xocalı soyqırımı baş vermiş, Ayaz Mütəllibovun hakimiyyəti tam şəkildə sarsılmışdı. 1992-ci ilin martın 5-6-da ümum Bakı mitinqi Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdı. Xalqın içərisində Heydər Əliyevin nüfuzu getdikcə yüksəlirdi. Demokratik Qüvvələr İctimai Birliyi bu baxımdan xüsusi olaraq fərqlənirdi. Onun 1992-ci il martın 9-da Xalq Cəbhəsinin qərargahında keçirilən yığıncağında ölkədəki durum müzakirə olunurdu. Müxtəlif rəylər söylənildi. Mən də tribunaya qalxaraq çıxış yolunun Heydər Əliyevin Bakıya dəvət edilməsində olduğunu əsaslandırdım. Cəbhənin gənclərindən olan Ülvi və Kamandar mənə qarşı sərt mövqe nümayiş etdirdilər. Təbii ki, onların cavabı verildi və mövqeyimi sonrakı illərdə də ardıcıl olaraq davam etdirdim. Ulu Öndərə rəğbət ümumxalq rəğbəti idi. Əbülfəz Elçibəyin Heydər Əliyevə münasibəti müsbət idi. Əbülfəz Elçibəyin ətrafında olan İsa Qəmbər, Hikmət Hacızadə, Tamerlan Qarayev, Tofiq Qasımov kimilərinin Heydər Əliyevə münasibəti neqativ idi və onlar Heydər Əliyev amilindən qorxurdular. Əbülfəz Elçibəy bir illik prezidentlik dövründə xalqına, dövlətinə sadiq oldu və hakimiyyəti idarə edə bilmədiyini dərk edərək şəxsi istəklərini xalqın maraqlarına qurban verməyi bacardı. Azərbaycanda iqtisadi, sosial, hümanitar, maliyyə, siyasi, hərbi böhran pik nöqtəyə çatmışdı. Ölkə idarə olunmaz vəziyyətdə idi. Kreml 1993-cü ildə yaranan ağır vəziyyətdən istifadə edib hakimiyyətə əlaltısı kimi Moskvada himayə etdiyi A.Mütəllibovu gətirmək üçün Surət Hüseynovu, Rəhim Qazıyevi, Əlikram Hümbətovu hərəkətə gətirdi. 4 iyun qiyamının başlıca məqsədi bir daha təkrar edirəm, Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirmək idi. Əbülfəz Elçibəy anladı ki, artıq hakimiyyəti idarə edə bilmir. Kamandası onu eşitmir, özbaşınalıq baş alıb gedir və ən önəmlisi isə Moskvanın təhlükəli, Azərbaycanı Kremldən asılı vəziyyətə salan planları idi. Əbülfəz Elçibəy Azərbaycanı Mockvanın for-postuna çevrilməsinə imkan verməmək üçün və xüsusi olaraq xalqın qəti tələbini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu Öndərimizin Bakıya siyasi hakimiyyətə gəlməsi ilə ölkəni fəlakətlərdən qurtulmaq üçün xalqımızda ümidi yarandı. Heydər Əliyev bu ümidləri doğrultdu və tək başına xalqla bərabər Azərbaycanı bəlalardan qurtardı. Xalqa xəyanət edənlər isə ömürlük həbsxana cəzasını aldılar.

- Fəzail bəy Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət etməklə həm Moskvanın həm də ətrafındakı insanların düşmənçiliyini qazandı. Mətbuatda da hər zama Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərlənərək öldürülməsi ilə bağlı xəbərlər gedib. Əbülfəz Elçibəy Əli Kərimli tərəfindən zəhərlənə bilərdimi?
- Əbülfəz Elçibəy Moskva üçün maraqlı deyildi. Çünki o, artıq hakimiyyətdən getmişdi. Moskva üçün ən böyük təhlükə Heydər Əliyev idi. Moskva yaxşı bilirdi ki, Heydər Əliyevin qarşısında çox zəif olduğunu və Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxlayacağını dərk edirdilər. Çünki Heydər Əliyev şəxsiyyətinə bələd idilər. Yelçin Heydər Əliyevin siyasi hakimiyyətini zəiflətmək və onu devirmək üçün Füzulinin və Ağdamın böyük hissəsi, Qubadlı, Cəbrayıl, Zəngilan Rusiyanın göndərdiyi zabitlərin və xüsusi təyinatlıların, hərbi texnikanın vasitəsilə işğal edildi. Niyyət yenə də Ayaz Mütəllibovu hakimiyyətə gətirmək idi. Bu plan da baş tutmadı. Çünki xalq Ulu Öndərimiz Heydər Əliyevə inanır, onun siyasətini dəstəkləyirdi. 1994-cü ilin əvvəllərində Ulu Öndərimizin xalqa çağırışılə ordumuz Füzulinin, Ağdamın müəyyən hissəsini işğaldan azad etdi. Moskvadan atəşkəs təşəbbüsü gəldi. Vəziyyətdən Ulu Öndərimiz böyük ustalıqla yararlandı və dövlət quruculuğu prosesinə başladı. Təbii ki, Heydər Əliyevlə barışmayanlar da var idi. Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır. Bunu rəhmətlik Elçibəyin vəfat etməsi ərəfəsində baş verənləri yada salmaq kifayətdi. 1998-ci il prezident seçkilərində Əbülfəz Elçibəyin müxalifətin vahid lider kimi qatılmasına isə İsa Qəmbər mane oldu.

- Bu gün bir çoxları iddia edir ki, torpaqlarımız 1990-cı illərdə hakimiyyətdə olan şəxslər tərəfindən satılıb. Həmin rayonlarda vuruşan əsgərlərimizə mərkəzdən heç bir köməyin edilməməsini də məhz bununla əlaqələndirirlər.

- Bu iddianın nə qədər doğru olmasını söyləmək mənə çətindi. Amma onu bilirəm ki, müəyyən qüvvələr Moskvanın oyunlarının içərisində idi. Onlar Moskvanın tapşırıqlarına uyğun addım atırdılar. Necə olurdu ki, Xankəndi ilə Şuşanın arasında olan minalar təmizlənmişdi. Minaların təmizlənmə tapşırığını Rəhim Qazıyev vermişdi. Minaların təmizlənməsindən dərhal sonra Xankəndində olan quldurlar Şuşaya hücum edib, oranı işğal etdirlər. Daha sonra Ermənistandan gələn qüvvələrlə birləşib Laçını ələ keçirdilər. Necə ola bilər ki, Ermənistanın işğalçı qüvvələrini və hərbi texnikasının Dağlıq Qarabağa gəlişinə imkan verməmək üçün Çorus-Laçın yolu partladılmadı? Nə üçün Xocalının dinc sakinləri və Xocalının məhdud saylı milis və yerli özünümüdafiə dəstəsi təpədən dırnağadək silahlanmış 366-cı motoatıcı alayı və ermənilərin baş kəsən vandallarılə üz-üzə qoyuldu, onlara köməklik göstərilmədi?! Bax, bütün bunlara aydınlıq gətirilməli, cavab verilməlidir!

- O dövrdə Türkiyəni də köməyə çağırmaq olmazdımı?

- Türkiyə o zaman Azərbaycana qarşı təcavüzə qarışmadı və hakimiyyətdə olanlar Azərbaycana kömək etmək istəmədi. 1915-ci ildə Osmanlı İmperiyası Azərbaycanın müstəqilliyini və soydaşlarımızı daşnak və bolşevik təcavüzündən xilas etdi. Lakin 90-cı illərin Türkiyə hakimiyyəti bu addımı atmadı. Turqut Özalın və digərlərinin cəsarətsizliyi, beynəlxalq qüvvələrdən qorxması bizi Rusiya-Ermənistan təcavüzü qarşısında yalqız qoydu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru