Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                 

Qapalı dairədən kənardakı Əli Kərimli - I YAZI
Tarix: 8-07-2019, 09:51 | Çap et
Qapalı dairədən kənardakı Əli Kərimli
AXCP sədri Razi Nurullayev “Yurd” sədri Əli Kərimlinin indiyəqədərki siyasi yoluna nəzər salıb.

Öz məqaləsində Razi Nurullayev Əli Kərimlinin siyasi portretini cızaraq fəaliyyətinin əsas aspektləri, müxalifətdaxili intriqalardakı rolu, ətrafındakı insanlarla davranışı və iddiaların təmin etməyəcək imkanları barəsində ətraflı məlumat verir.

DİA.AZ məqaləni təqdim edir:

Çoxlarını, o cümlədən məni bir sual çox narahat edir. Özü dəyişmək istəməyən bir siyasətçinin opponentindən dəyişməyi tələb etməsi nə qədər məntiqlidir? Axı özündən razı və ölkənin bütün problemlərinin açarını öz qabarsız əllərində görən bir şəxs gərək nümunə yaratsın və digərlərini də fakt qarşısında aciz buraxsın. Yox, əgər danışmaq və hamıdan bərk qışqırmaq gözəl və güclü siyasətçi olmaq anlamına gəlirsə, bunu özünə siyasətçi deyən hər kəs bacarır. Nümunə yaratmağı, cığır açmağı, yol göstərməyi və nəticə əldə etməyi hamı bacarmır. Ancaq danışmağı sevən Əli Kərimli isə bunu heç bacarmır. Cığır açan, yol göstərən Əbülfəz Elçibəy idi və bu gün də biz onun açdığı cığırı özümüzə yol seçmişik.

“Yurd” sədri də onun yolunu seçdiyini deyir və şəklini başının üstündən asırdı. Amma hər birimiz şahidik ki, bu yalançı sevgidir. Çünki o, heç zaman Elçibəyi lider kimi qəbul etməyib və hakimiyyətin itirilməsində də onu günahlandırıb. Hərçənd ki, hakimiyyətdə özü də təmsil olunub, yüksək vəzifə tutub və sonunda dövlət katibi olub.

Hakimiyyəti saxlamaq, daxili hərc-mərcliyi, xəyanəti və özbaşınalığı dayandırmaq üçün daha hansı yüksək posta sahib olmalı idi ki, Əli Kərimli? Niyə məsuliyyəti bölüşmək istəmir? Hakimiyyətin itirilməsində, Elçibəy hakimiyyətinə qarşı silahlı üsyan baş verməsində günahkar şəxslərdən biri də elə Əli Kərimli özüdür. O zaman da danışmaq siyasəti aparıb, bəlağətli danışıb və deyib ki, belə olmalıdır, belə olsun, bu səhvdir, bu düzdür. Bəs onları kim edəcəkdi?

Prezident Əbülfəz Elçibəy idi və göstərişləri, son qərarı o verirdi. Amma o zamanın da süjetlərindən görünür ki, hamı kimi Əli Kərimli də ancaq danışmağı sevirdi və hakimiyyətin saxlanılması üçün əlini ağdan qaraya vurmayıb.

Bu gün düşünməyə başlamışam ki, Əli Kərimli Elçibəyin yıxılmasında maraqlı olub və hakimiyyəti ələ keçirmək üçün planlar qurub. O, Elçibəyi zəif prezident, digərlərini isə qaragüruh zənn etdiyindən özünü sonrakı dövr üçün ən layiqli namizəd görüb. İsgəndər Həmidova “dəli” və “psix”, Rəhim Qaziyevə “satqın”, İsa Qəmbərə “iradəsiz”, Sərdar Cəlaloğluna “araqarışdıran” deyən, digər həmkarlarına da müxtəlif adlar qoyan və onların fonunda özünü parlayan “Zöhrə” ulduzu kimi görən bir siyasətçi necə olub ki, hələ də yerində saymaqdadır? Başqasından dəyişməyi və yenilənməyi tələb edən şəxs özü dəyişməyi və yenilənməyi sevmir. Bağlı olduğu qruplaşmalardan dəstək alaraq ucuz şou və artistliklə gündəm yaradıb siyasətdə qalmağı hədəfləyən şəxs xalqın lideri ola bilərmi? Təbii ki, yox. Dəyişim və yeniliklərə kar və kor olan siyasətçi çürük meyvə kimidir.

Xalqın narazılığı üzərindən danışmaq və ancaq danışmaq siyasəti yürüdən, bir mətbu orqandan o birinə qaçıb hər gün dediklərini tutuquşu kimi təkrarlamaqdırmı gözəl, ardıcıl siyasət?

Müxalifətdə də dəyişiklik labüd və vacibdir. Bu gün YAP iqtidarını dəyişikliyə, islahatlara meylli olmamaqda qınayır və tənqid ediriksə, özümüz necəyik? Müxalifət arasında bir sıra istisnalar olmaqla dəyişiklik və islahatlar keçirilmir. "Köhnə hamam, köhnə tas" davam etməkdədir və təbii ki, bu, xalqın xoşuna gəlmir. Əgər partiyalarda dəyişiklik baş vermirsə və ya proses həddindən artıq ləng gedirsə, nəticə əldə etmək, xalqı inandırmaq da çətin olacaq. Biz xalqa hansı dəyişikliyi vəd edirik? Müxalifət YAP-dan fərqli hansı siyasətin çarçısıdır? Əli Kərimli rəhbəri olduğunu iddia etdiyi qurumda özünün dəyişməzliyinə, əvəzolunmaz bir lider olduğuna hər kəsi inandırmağa çalışırsa, fərqli düşüncə sahiblərini sıxışdırırsa, xalqın inamını qazanmaq və müxalifəti bir yerə gətirmək olarmı? Təbii ki, yox!

Pərəstiş

Məmməd Əmin Rəsulzadə doğru-dürüst siyasi şəxsiyyətlərdən biridir. “İnsanlara hürriyyət, millətlərə azadlıq” şüarını irəli sürən bir şəxsiyyətə pərəstiş etmək yanlış sayıla bilməz. Əbülfəz Elçibəy də mübarizəsi, saflığı və ideyalara sadiqliyi ilə könüllərdə məhəbbət qazana bilib. Ona da pərəstiş etməyi yanlış saymaq olmaz. Heydər Əliyev də Azərbaycan tarixində özünə yer tutub. YAP iqtidarı onu müasir Azərbaycanın memarı sayır. Ona da kifayət qədər səmimi pərəstiş edənlər var. Təbii ki, hər hansı bir şəxsə əldə etdiyi nəticəyə görə pərəstiş etmək olar. Stalinə də pərəstiş etmək qüsurlu deyil. Leninin də pərəstişkarları var. Mao Tsedunun da pərəstiş edənləri başadüşüləndir. Bəs Əli Kərimli niyə öz şəxsiyyəti ətrafında pərəstiş yaratmağa çalışır? Axı onun siyasi mübarizəsinin müsbət çalarları yoxdur. Üstəlik nəticə də yoxdur. 30 ildir ki, tənqid etməkdən dolayı ortaya heç bir nəticə qoymayıb.

2013-cü ilin sonlarında “Yurd” sədri Əli Kərimlinin “Dədə Qorqud” obrazına girməsini xatırlayıram. Müzakirələrdə mən də çıxış etmiş və ideyanı dəstəkləmişdim. Partiya rəhbərliyində təmsil olunan şəxslər onun ümumxalq sevgi qazanmasını, daha müdrik davranmasını, özünü siyasi qüvvələr və cəmiyyətin lideri kimi aparmasını, onların fikirlərinin ifadəçisi olmasını və onlara uyğun hərəkət etməsini istəmişdi. Hər kəsin içində bir sakitlik yaranmışdı ki, daha o, özünü sakit və müdrik aparacaq, digər partiyalara və onların sədrlərinə qarşı oyun qurmayacaq, müxalifəti sıradan çıxarıb özünün meydanda tək qalmasını təmin edəcək addımlar atmayacaq, məkrli planlarını həyata keçirmək üçün partiya üzvləri və tərəfdarlarını ürəklərinin istəmədiyi şeylərə məcbur eməyəcək.

Ən azından bu yolla müxalifət daxili çəkişmələrdən, partiya üzvləri və rəhbərliyi isə Müsavat Partiyasını, İsa Qəmbəri necə sıradan çıxarmağı müzakirə etməkdən qurtulacaqdı.

“Yurd” sədrinin iki gün belə "Dədə Qorqud" olmağa səbri çatmadı. Çünki "Dədə Qorqud" olmaq səbr, dözüm, tolerantlıq deməkdir, siyasi qisasçılıqdan imtinadır. “Dədə Qorqud” olmaq barışdırmaq, intriqadan uzaq olmaq demək idi. Siyasi “Dədə Qorqudluq” Azərbaycan siyasətini səfəbər etmək idi. Cəmiyyəti ifrat qütbləşmədən uzaqlaşdırıb, ən azı eyni düşüncəli insanları bir yerə toplamaq bacarığı idi. O isə köhnə peşəsindən, dağıdıcılıq və qısqanclıq hislərindən qurtula bilmədi və bu gün də eyni senari üzrə addımlar atmaqdadır.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Dünən, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Dünən, 00:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru