Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                 

“İsa Qəmbərin qayıtması Putinlə Medvedyevin bir-birini əvəz etməsinə bənzəyər...”
Tarix: 18-09-2019, 08:26 | Çap et
“İsa Qəmbərin qayıtması Putinlə Medvedyevin bir-birini əvəz etməsinə bənzəyər...”
Müsavat Partiyası növbəti, 9-cu qurultayını oktyabrın 12-də keçirmək barədə qərar verib. Partiyanın hazırkı başqanı Arif Hacılı “Amerikanın səsi”nə açıqlamasında budəfəki qurultayın hesabat-seçki qurultayı olacağını bildirib. Ali toplantıda partiya başqanının, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Təşkilati məsələlərə baxılacaq, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri və Məclisin sərbəst üzvləri seçiləcək. Eyni zamanda proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.

“Partiya başqanlığına namizədlər ötən qurultayda ilkin seçki yolu ilə müəyyən edilib, bəs indi necə müəyyənləşdiriləcək” sualının cavabında A.Hacılı deyib ki, namizədlərin müəyyənləşməsi üçün hər hansı prosedur yoxdur, istənilən partiya üzvü başqanlığa namizədliyini irəli sürə bilər. Öz namizədliyi ilə bağlı sualın cavabında Hacılı deyib ki, nizamnaməyə görə, onun daha bir müddət başqan olmaq hüququ var: “Namizədlərin irəli sürülməsi elan edildikdən sonra mən öz qərarımı açıqlayacağam”.

Müsavat başqanlığına isə artıq iki nəfər namizədliyini elan edib. Bunlar Müsavat Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Yadigar Sadıqlı bildirib ki, partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmir və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. “Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”, - deyə o bildirib.

Tofiq Yaqublu isə bildirib ki, hər bir partiya üzvünün seçkili qurumlara namizədliyini irəli sürməyə haqqı var və burada kiminsə başqanlığa namizəd olması qeyri-adi bir məsələ deyil: “Əgər başqan seçilərəmsə, Müsavatın ümumi xətti davam etdiriləcək. Təbii ki, nizamnamə çərçivəsində bu və ya digər korrektələr ola bilər. Düzü, indidən nə edəcəyimi açıqlamaq istəmirəm. İstənilən halda hər bir fərd yeni bir nəfəs, yeni prinsip deməkdir. Başqa şəxslərin namizəd olması normaldır. Yadigar Sadıqlı namizədliyini irəli sürüb. Başqaları da ortaya çıxa bilər. Hörmətli Arif Hacılı ilə yüzdə-yüz eyni düşünsəydim, heç namizəd olmazdım. Amma nəyi, necə düzəltmək istəyirəm, bax, onu qurultayda bəyan edəcəyəm”.

Xatırladaq ki, Müsavat Partiyasının 8-ci qurultayı 2014-cü il 27 sentyabrda keçirilib. Həmin qurultay Müsavatın 1992-ci ildən sonra keçirilən ən gərgin və kəskin mübarizə şəraitində keçən və İsa Qəmbərin 22 illik başqanlıqdan getməsini rəsmiləşdirən qurultay olub. Qurultayda Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqan seçilib. Onun namizədliyini səsvermədə iştirak edən 450 qurultay iştirakçısından 228-i dəstəkləyib. Namizədlərdən səslərin sayına görə ikinci yerdə Müsavat Divanının üzvü Qubad İbadoğlu gəlib - 200 səs. Müsavat Divanının üzvü Tural Abbaslı isə 19 səslə üçüncü yerdə qərarlaşıb.

Partiya başqanı vəzifəsi uğrunda rəqabətə 4 namizəd qatılsa da, səsvermədən öncə qurultay iştirakçıları qarşısında çıxış edən Səxavət Əlisoy namizədliyini Qubad İbadoğlunun xeyrinə geri çəkib.

22 il Müsavata başqanlıq edən İsa Qəmbər isə nizamnamənin “Bir şəxsin iki dəfədən artıq partiya başqanı olması yolverilməzdir” qadağasına əməl edərək namizədliyini irəli sürməmişdi. Müsavat üzvlərinin bir çoxu partiyanın bütövlüyü naminə nizamnamədəki qadağanın ləğv olunmasını və İsa Qəmbərin namizədliyinin irəli sürülməsinə çağırış etsələr də İsa Qəmbər mövqeyindən geri çəkilmədi.

8-ci qurultaydan sonra Müsavatdan qopmalar və azad edilmələr başladı. Partiyanın bir sıra tanınmış üzvləri partiyadan istefa verdilər, bəziləri isə Müsavat Divanı tərəfindən xaric edildilər. Növbəti qurultayda və qurultaydan sonra da buna bənzər hadisələrin yaşanmamağı üçün ən optimal çıxış yolu kimi İsa Qəmbərin başqanlığa qayıtması göstərilir. Əks halda, yenə də seçkini uduzan tərəflərdən ikisinin Müsavatdan gedəcəyi ehtimalının yüksək olduğu deyilir. İsa Qəmbərin yenidən başqanlığa qayıtmasına isə hazırda hüquqi əngəlin olmadığı bildirilir.

Müsavat Divanının sabiq üzvü Hikmət Hacızadə isə “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər başqan qayıtsa belə, avtomatik olaraq Müsavatın əvvəlki gücü və nüfuzu qayıtmayacaq: “Gərək hansısa ciddi addımlar atılsın ki, partiya yavaş-yavaş əvvəlki nüfuzunu, gücünü bərpa edə bilsin. Bu məsələ ”sehrli çubuq"la həll edilən məsələ deyil. Partiyanın bir hissəsi gedib. Düz gedib, səhv gedib, bu, başqa məsələdir. Ancaq siyasətçinin, idarəçinin, müdirin borcudur ki, bu cür problemləri necəsə həll eləsin. Siyasət idarəetmə deməkdir. İsa Qəmbər ya gərək zamanında bu və ya digər yollarla imkan verməyəydi məlum proseslərin baş verməsinə, ya da indi gərək hansısa ciddi addımlar atmalıdır ki, gedənlər geri dönsün, partiyanın gücü bərpa olsun. Partiyanın yarısını geri qaytarmaq lazım gələcək. Bunun üçün də xeyli işləmək lazım olacaq. Mən demirəm ki, İsa Qəmbər bunu bacarmaz. Deyirəm ki, o, bunu eləməlidir ki, partiyanın nüfuzu yenidən qayıtsın. Seçilmək naminə seçilməklə isə heç nə dəyişməz. Digər tərəfdən isə mən İsa Qəmbərin yenidən başqan qayıtmasını təqdirəlayiq saymaram. Çünki belə bir addımın atılması Putinlə Medvedyevin bir-birini əvəz etməsinə bənzəyər".

H.Hacızadə vurğuladı ki, seçkilər düzgün keçirilsə, İsa Qəmbərin namizədliyinin olub-olmamasından asılı olmayaraq qopmalar baş verməməlidir: “İkincisi, narazı adamları da razı salmaq lazımdır! Biz hamımız-hərəkatda olan adamlar əsəbi adamlarıq, biz elə-belə adamlar deyilik. Biz 30 ildir təzyiq altındayıq, əsəb sistemimiz başqadır. Bizim ağlımıza başqa-başqa axmaq şeylər gəlir. Onu idarə eləmək lazımdır. Əgər yenidən partiyada narazılıq olsa, onda gərək indiki rəhbərlik bacarsın ki, ehtimalən küsən adamlar getməsin. Mənim dediyim odur ki, rəhbər parçalanmağa qoymamaq məharəti nümayiş etdirməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru