Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                 

“Azərbaycan tərkibində DQMV saxlana da bilərdi, əgər...” - Partiya sədri
Tarix: 9-01-2021, 09:43 | Çap et
“Azərbaycan tərkibində DQMV saxlana da bilərdi, əgər...”
Dağlıq Qarabağ erməniləri indi iki əlilə başlarına möhkəm qapaz vurub peşmanlıq keçirməmiş deyillər. Onlar 200 il qabaq köçürüldükləri Cənubi Qafqazda özlərinə hamıdan yaxşı muxtariyyət qazanmışdılar. Ancaq ataların məsəli var - çox istəyən azdan da olar. Qarabağ separatçılarının indiki ağlamalı durumunu bu, çox yaxşı xarakterizə edir.

Əgər Dağlıq Qarabağ erməniləri 1988-ci ildə çörəyini yeyib suyunu içdikləri Azərbaycana xilaf çıxmasaydılar, bizə arxadan zərbə vurmasaydılar, özlərini adam kimi aparsaydılar, fərqli mənzərə olardı. Kim bilir, bəlkə hələ də Azərbaycanın tərkibində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı muxtar qurum mövcud idi. Necə ki Naxçıvan Muxtar Respublikası var, eləcə də ermənilər şad-xürrəm DQMV statusundan yararlanacaqdılar.

Amma onlar nə etdilər, 1992-1993-cü ildə işğalı üstün tutdular; o dövrdə rusun silahı və dəstəyinə arxayınlaşıb torpaqlarımızı zəbt elədilər, qoca, körpə, cavan bilmədilər, əliyalın insanları qırdılar, etnik təmizləmə apardılar. Bu ağıldan kəm separatçılar elə bildilər ki, Qarabağda “artsax” dövləti qura biləcəklər. Heyhat. Nə “qdr” adlı qondarma respublikanın müstəqilliyini Ermənistan özü tanıdı, nə dünyanın özünə, beynəlxalq hüquqa hörmət qoyan ölkələri...

Əksinə, BMT-nin 4 qətnaməsi illərlə bizim ən güclü silahımız oldu, erməni lobbisi hər nə qədər təbliğat aparsa, milyonlar xərcləsə də, dünyanın bu mövqeyini dəyişə bilmədi.

ABŞ-ın Miçiqan Universitetinin erməni professoru Jirayr Lipartanyan da bu yaxınlarda verdiyi müsahibəsində təsdiqləyirdi ki, onlar 7 rayonu işğal ediblər və guya bu əraziləri tutmaqda məqsəd özünümüdafiə olub. Halbuki, bunu etməsəydilər, ermənilər Azərbaycanın tərkibində olmaq şərtilə DQMV saxlana bilərdi.

İndi İsə torpaqlarımız işğaldan azad edilib, ermənilərə nə status, nə muxtariyyət verilməsi nəzərdə tutulur, meşələrdə gizlənən qaçaq-quldur terrorçu dəstələrin, separatçı qrupların isə ömrünə az qalıb. Hərçənd bəzi siyasətçilər bu yanaşma ilə barışmır və onların zənnincə, erməni separatizmi olmasaydı belə, əvvəl-axır DQMV ləğv ediləcəkdi.

Əslində imkanlar necəydi? Müharibə və işğal olmasaydı, DQMV müstəqil Azərbaycanın tərkibində saxlana bilərdimi?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bu mövzuda fikirlərini bölüşərkən “Yeni Müsavat”a qeyd etdi ki, DQMV o dövrdə şəraitdən asılı olaraq müəyyənləşmişdi. Partiya sədrinin sözlərinə görə, keçmiş sovet respublikaları arasında ən geniş muxtariyyət hüquqları verən elə Azərbaycan idi və Dağlıq Qarabağda ermənilərə bu haqlar verilmişdi.

“Separatizmin başlanması əvvəlcə Dağlıq Qarabağ Muxtar Vilayəti statusunun dəyişməsinə, sonra ləğvinə gətirib çıxardı. O zaman güman etmək olmazdı ki, muxtar vilayət statusu saxlanacaqdı. Amma mənə belə gəlir ki, əgər erməni separatizm hərəkatı olmasaydı, prinsipcə, Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti saxlana bilərdi. Sadəcə, separatizm oldu, bu işi pozdu, sonra hadisələr işğalla nəticələndi”, - deyə Q.Əlibəyli vurğuladı.

Partiya sədri hesab edir ki, bu gün ermənilər Azərbaycan vətəndaşlığını, onun suverenliyini qəbul edirlərsə, yaşaya bilərlər: “Ancaq onlara hər hansı xüsusi status verilə bilməz. Sadəcə, etnik azlıq kimi müəyyən hüquqlardan istifadə edə bilərlər. Məsələn, erməni dilində məktəblərin açılması, teatrların, mədəniyyət mərkəzlərinin fəaliyyəti, bayramlarının qeyd olunması kimi mədəni statusdan istifadə edə bilərlər. Bunun üçün ilk növbədə Azərbaycan qanunlarına əməl etməlidirlər”.

Xatırladaq ki, Qarabağ münaqişəsinin görünən tərəfi 1988-ci il fevralın 20-də başlamışdı. Həmin gün Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə qərar qəbul etmişdi.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclasında DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edildi. Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi vahidi kimi ləğv olunması haqda qərarı bundan 2 il sonra - 26 noyabr 1991-ci ildə çıxardı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru