"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                 

"Minsk Qrupunun işini bərpa etməsinin fayda gətirəcəyinə heç kim inanmır" - deputat
Tarix: 14-01-2021, 08:46 | Çap et
"Minsk Qrupunun işini bərpa etməsinin fayda gətirəcəyinə heç kim inanmır"
Paşinyan bu vecsiz təşkilatın qayıtmasını istəyir, Ərdoğan isə onların 30 ildə görə bilmədiyini Türkiyənin 44 gündə həll etdiyini söyləyir; Razi Nurullayev: “Diplomatik dildən açıq sözə keçmək lazımdır, Minsk Qrupunun bizə lazım olmadığı deyilməlidir”

Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan can atırdı ki, ATƏT-in Minsk Qrupunun danışıqlar prosesinə cəlb edilməsinə nail olsun.

Baxmayaraq ki, nə Azərbaycan Prezidenti İlham Əliyev, nə rusiyalı həmkarı Vladimir Putin Minsk Qrupu haqda bir kəlmə danışdılar.

Elə Minsk Qrupunun iki həmsədri Bakıya təşrif buyurarkən də İ.Əliyev onların üzünə açıq şəkildə söyləmişdi ki, sizi dəvət etməmişik, öz təşəbbüsünüzlə gəlmisiniz, sözünüz varsa, kameralara söyləyin.

Bu münasibətin özü göstərirdi ki, rəsmi Bakı Minsk Qrupunun vecsiz fəaliyyətindən cana doyub və münaqişənin həllində yenidən vasitəçiliyindən imtina edir.

Çünki 30 il ərzində Minsk Qrupu turistik səfərlərlə məşğul olub və Qarabağ probleminin həllində bir qarış irəliləyişə nail olmayıb.

Onun və BMT-nin görməli olduğu işi Ordumuz icra edib.

Paşinyanın bu istəyinin gözündə qalacağını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də dolayısı ilə ifadə edib.

Ərdoğan deyib ki, Minsk Qrupunun 30 ildə görə bilmədiyini Türkiyə 44 gündə həll etdi. Bunun özü də maraqlı və ikibaxışlı bəyanatdır.

Əvvəla, Türkiyə lideri Minsk Qrupunun lazımsız olduğunu nəzərə çatdırıb, eyni zamanda qardaş ölkənin müharibədə iştirakını açıq vurğulayıb.

Azərbaycan tərəfi Türkiyənin 44 günlük savaşda bizə yalnız siyasi-mənəvi dəstək verdiyini bəyan edir, Ərdoğan isə açıqca bu savaşı Türkiyənin yaxından iştirakıyla udduğumuzu söyləyir.

Əslində Türkiyənin Vətən savaşında bizə hərbi dəstək verdiyini gizlətməyin əhəmiyyəti yoxdur. Qardaş ölkənin “Bayraktar” adlı pilotsuz uçuş aparatlarının əvəzolunmaz rolunu qeyd etmək lazımdır.

Odur ki, Ərdoğan Minsk Qrupunun gedib özünə başqa iş tapmalı olduğunu demək istəyir. Elə rəsmi Bakı da sıfıra qayıtmağın tərəfdarı deyil.

Siyasi təhlilçilərin fikrincə, Minsk Qrupu yenidən qayıdarsa, bundan Azərbaycan ziyan görə bilər.

Münaqişənin həlli üçün indiyədək heç nə etməyən təşkilatın indən belə hansısa faydalı iş görəcəyi inandırıcı görünmür.

Əgər effektiv fəaliyyəti olsaydı, ən azından hansısa məsələlər həllini tapardı. Amma bu illər ərzində səyahət edən Minsk Qrupunun həmsədrləri Qarabağ probleminə iş, qazanc predmeti kimi yanaşıblar. Bəs bu qurumdan yaxamızı necə qurtara bilərik? Onların qayıdışı bizə lazımdırmı? Hansı halda qayıda bilərlər? Bunun mənfi tərəfi nədir?

Digər tərəfdən, Minsk Qrupu qayıdırsa, onun 11 üzvündən biri olan Türkiyənin həmsədrlik mandatı məsələsi qaldırılmalıdır. Necə ola bilər ki, ermənipərəst Fransa həmsədr dövlətdir, Ermənistanın müttəfiqi olan Rusiya həmsədrdir, amma Türkiyə həmsədrlikdən kənarda qalır?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupunun geri qayıtması hansısa mərhəldə mümkün olacaq. Deputatın sözlərinə görə, onların xidmətindən birdəfəlik imtina mümkün deyil:

“İndiyə qədər Rusiya, ABŞ, Fransa, eləcə də Azərbaycan və Ermənistan rəsmi şəkildə Minsk Qrupunun lazımsız olduğunu dilə gətirməyib.

Bu baxımdan onların nə zamansa yenidən fəaliyyəti olacaq. Amma Minsk Qrupunun işini bərpa etməsinin fayda gətirəcəyinə heç kim inanmır".

R.Nurullayev qeyd etdi ki, hazırda Rusiya Qarabağla bağlı meydanda effektiv, nəticəsi olan yeganə oyunçudur və vəziyyətin belə də qalmasını istəyir:

“Rusiya prezidentinin Minsk Qrupunun geri qayıtmasına marağı yoxdur, ona görə prosesi uzadacaq. Amma gec-tez Minsk Qrupu qayıdacaq. Onların qayıdışının region ölkələrinə, iştirakçı dövlətlərə heç bir xeyri yoxdur. Çünki Minsk Qrupu yenidən Qarabağın statusunu, “Dağlıq Qarabağ münaqişəsi” sözünü dilə gətirək. Bu da problemin birdəfəlik həllinə mane olur.

Azərbaycana Minsk Qrupu lazım deyil və biz problemi həll etmişik. O baxımdan onların gəlməsi bölgədə sülhün yaranması cəhətdən nə bizə, nə Ermənistana, nə regiona faydalıdır.

Odur ki, diplomatik dildən açıq sözə keçmək lazımdır, Minsk Qrupunun bizə lazım olmadığı deyilməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru