"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                 

“Daş düşsün o Harvardın başına ki, bu cür ”student"lər yetişdirib" - Siyavuş Novruzov
Tarix: 14-01-2021, 09:24 | Çap et
 “Daş düşsün o Harvardın başına ki, bu cür ”student"lər yetişdirib"
YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbəti dəfə sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib. Deputat “Space” televiziyasındakı “Sadə həqiqətlər” verilişində bəzi fikirlər səsləndirib ki, bu da onun ətrafında müzakirələrə səbəb olub. Belə ki, S.Novruzov verilişdə Heydər Əliyevlə bir siyasətçi arasında baş vermiş dialoqu xatırladıb. Həmin fikirləri təqdim edirik: “Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn, işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.

Ancaq bundan sonra tənqidçilər geniş polemika açaraq S.Novruzovu mayenin ölçü vahidini bilməməkdə ittiham ediblər. YAP-çı deputat isə “Qafqazinfo”ya açıqlamasında qısa münasibət bildirərək sosial şəbəkələrdə suyun vedrəylə ölçülməsi barədə səsləndirdiyi fikirlərə görə onu tənqid edənlərə cavab verib. Bildirib ki, o, sözügedən verilişdə iki nəfərin dialoqunu səsləndirib. “Bu, iki nəfərin arasında gedən dialoq idi və mən onu ictimailəşdirmişəm. Mən bu fikri korrektə edə bilərəm?! Arzu edərdim ki, mənim fikrimi şərh edənlər, gənclər ümummilli liderin sədaqətlə bağlı səsləndirdiyi fikirləri öz əməllərində rəhbər tutsunlar. Onlar hər bir işlərinə sədaqətlə yanaşsınlar. Gələcək nəsillərin qarşısında qoyulan tərbiyə budur. Onlar dövlətinə, millətinə, torpağına, Prezidentinə sədaqətli olsunlar. Yoxsa o boyda masştabı kənara qoyub hansısa bir ölçü vahidinin dalınca qaçmaq doğrudan da cılızlıqdır”, -S.Novruzov deyib. Bu mövzuda komitə sədri ilə daha geniş söhbət etmək istədik. Uzun müddətdir mətbuatda az-az görünən YAP-çı deputatdan digər mövzular barədə də münasibət öyrəndik.

- Siyavuş bəy, feysbukda şəxsi səhifəniz olsa da, nədənsə özünüz haqqında müzakirələrə münasibət bildirmirsiniz. Bunun səbəbi nədir?

- Mən şəxsi səhifəmdə müəyyən yazılar verirəm. Amma bu məsələ ilə bağlı ehtiyac görmədim. Bilirsiniz, onsuz da bunun mənası yoxdur. Çünki ağlı, dərrakəsi kəsən adam söhbətin nədən getdiyini anlayır. Hamı görür, baxır, söhbətin nədən getdiyini bilir. İkinci sinif şagirdi də bilir ki, su, ümumiyyətlə, maye nə ilə ölçülür. Bunu müzakirə mövzusuna çevirməkdə başqa məqsədləri var. Söhbətin mahiyyəti onlara sərf eləmir axı... Mən 30 ildir siyasətdəyəm, belələrini yaxşı tanıyıram. Guya ki, Amerika kəşf edib. Ağlı kəsən adam başa düşür ki, burada söhbət tamam başqa mənadan gedir və mahiyyət də tamam başqadır. Əfsuslar olsun ki, bu məsələni müzakirəyə çıxaranların bir qrupu da guya Harvardda, Oksfordda qurtarıb. Daş düşsün o Harvardın başına ki, bu cür “student”lər yetişdirib! (Gülür) İndi təsəvvür eləyin də.

- Düzü, diqqətimizi çəkməyib. Harvardın tələbələri deyərkən kimləri nəzərdə tutursunuz?

- Saytların rəhbərləri, ya kimlər var. Guya bunlar ağıl dəryasıdır da, öz aləmlərində. Amma dərinə gedəndə vuranda görürsən ki, taxtadır.

- İlk “daş” haradan atıldı, dəqiqləşdirə bildiniz?

- Bəli, bilirəm, bu, haradandır, nə məsələdir, onu da dəqiqləşdirmişəm. Elə ona görə də yuxarıda bəzi fikirlər söylədim. Amma konkret şəxslərin adını ictimailəşdirmədim. Mən elə şeylərə baş qoşsaydım, vaxtımın böyük hissəsi bu məsələlərə gedərdi.

-Bir məsələ də maraqlıdır. Hakim partiyanın rəhbər strukturlarında təmsil olunursunuz, parlamentdə komitə sədrisiniz. Amma partiyadaşlarınızdan, deputat həmkarlarınızdan da müdafiənizlə bağlı fikirlərə rast gəlmədik.

- Vallah, hərənin öz işi. Bəziləri oxuyub, bəziləri oxumayıb. Rayon təşkilatları, gənclər, digərlərinin reaksiyaları var.

- Amma həmkarlarınız susdular. Baxmayaraq ki, dəfələrlə mövqe bildirməyə çağırış etmisiniz...

- Hələ o ənənə formalaşmayıb. Amma hər kəsin öz mövqeyi olmalıdır, hər kəs mövqeyini ortaya qoymalıdır, söhbət ondan gedir. Bu gün elə bir gündür ki, hər bir insan çıxıb tək tərif deməməlidir, həm də əsaslandırmalıdır.

- Milli Məclisin payız sessiyasının son iclasında çox faydalı bir çağırış etmişdiniz, həbsxanadakı qadınların azadlığa buraxılması, ölkədə amnistiya verilməsilə bağlı. Amma nədənsə “vedrə söhbəti” daha çox müzakirələrə səbəb oldu, nəinki parlamentdəki çıxışınız. Həmin təşəbbüsünüzə rəsmi qurumlardan reaksiya gəldimi?

- Hələ ki reaksiya olmayıb. Amma yəqin ki, gələcəkdə bu məsələlərə baxılar. Yaz sessiyası başlayanda sessiyanın gündəliyinə də bu məsələni təklif edəcəyəm. Son iclasda vaxt az idi, mən əsaslandıra bilmədim. Deyək ki, həbsxanadakıların 10 faizi qadınlardır, onlar da adam öldürmək, narkotik daşımaq və digər ittihamlarla həbs olunub. Bir sıra hallarda qadın elə həddə çatdırılıb ki, kimisə öldürüb. Digərlərinin böyük əksəriyyəti isə... Deyək ki, kimsə mühasib işləyib, rəhbərlik deyib onu belə elə, bunu elə elə, o da icra edib və sonra da 7-8 il cəza alıb, rəhbər də kənarda kef içində gəzir. Yəni bu cür adamlar çoxdur. Həmçinin yaşlı adamlar var. Mən çıxışımda ilk növbədə qadınların nəzərə alınmasını istədim. Uşaqlı analar var. Baxırsan ki, bu uşağın günahı nədir, türmədə böyüyür? Uşağın cəzası yoxdur, amma o da anası ilə bərabər eyni cəzanı çəkir. Ümumiyyətlə, ümummilli liderdən bəri bizdə həmişə humanist addımlar atılıb. Sonuncu dəfə çox böyük amnistiya Mehriban xanımın qanunvericilik təşəbbüsü ilə oldu. Bu amnistiya 10 mindən artıq insana şamil edildi. Nəticədə xeyli insanların istintaqına xitam verildi, məhkəmə ərəfəsində olanların işi ləğv olundu, 3 mindən artıq məhbus azadlığa buraxıldı və sair. İndi də Qarabağdakı müharibənin nəticəsi olaraq torpaqlarımızın düşmən işğalından azad olunması, böyük zəfər qazanmağımızla bağlı amnistiya verilməsi çox yaxşı olardı. Özü də mən hesab edirəm ki, ilk növbədə vaxtilə cəbhə bölgəsində döyüşmüş insanlar, bu və ya digər şəkildə hər hansı bir cinayət törədən şəxslər nəzərə alınmalıdır. Eləsi var ki, həbs olunanda 20 yaşı olub. Üstəlik, döyüş bölgəsindən gəlib, bir az “havalı” olub, iş yeri olmayıb, kimsə yoldan çıxarıb, hansısa cinayətkar dəstəyə qoşulub, amma ömürlük cəza verilib. Yaxud 20 il cəza verilənlər var. O səpkidə olan adamlara da hesab edirəm ki, artıq amnistiya tətbiq olunmalıdır. Elə gözəl bir amnistiya hazırlanmalıdır ki, həbsxanada cəza çəkən hər bir insan öz üzərində onu hiss eləsin. Keçmiş OMON-çular, dövlət çevrilişində iştirak edənlər də var. Onların bir çoxu ən azı 23-24 ildir ki, həbsxanadadır. Yaxud yaşı 70-dən yuxarı olanlar var, həbsxanada qalmasının nə mənası var?

Ümummilli lider hakimiyyətə qayıdandan sonra ölüm hökmünə moratorium qoydu. Ondan sonrakı müddətdə ümummilli lider və cənab Prezident tərəfindən 70-dən artıq əfv sərəncamı imzalanıb. Həmçinin 11 amnistiya aktı olub. Qeyd etdiyim kimi, axırıncı amnistiya aktı barədə Birinci vitse-prezident Mehriban xanım Əliyeva deputat olarkən qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Digər bir məsələyə də toxunmaq istərdim. Azərbaycanda 3 mindən yuxarı QHT var. Əfsuslar olsun ki, məhkumların reabilitasiyası ilə məşğul ola biləcək QHT-lər çox azdır. Baxmayaraq ki, dövlət tərəfindən QHT-lərə kifayət qədər, təxminən 4 milyondan artıq vəsait ayrılır. Gələcəkdə bu cür təşkilatların olması vacibdir ki, həbsxanadan çıxan insanların reabilitasiyası ilə məşğul olsun.

- Maraqlıdır, bütün bunlarla bağlı həyat yoldaşınızla, Ombudsman Səbinə Əliyeva ilə müzakirələr aparmısınız, onun rəyini öyrənmisiniz?

- Yox, mən ömrüm boyu özüm öz fikirlərimi söyləmişəm. (gülür) Düzdür, onlar təşəbbüs qaldırdılar, koronavirus dövründə 300-dən artıq yaşlı məhbus cəzadan azad edildi. Amma mən hesab edirəm ki, bu, ümumilikdə şamil olunmalıdır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru