Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                 

Rusiya masada özündən başqa heç kimi istəmir - Partiya sədri
Tarix: 15-01-2021, 08:54 | Çap et
Rusiya masada özündən başqa heç kimi istəmir
44 günlük Vətən Müharibəsi Azərbaycanın regiondakı üstünlüyünü bərpa edib. Artıq bölgədə proseslər yeni müstəviyə keçib. Azərbaycanın öz sərhədlərini, ərazi təhlükəsizliyinin qorunması müstəvisində qarşılaşdığı vəziyyətlər gərginliyi ilə diqqət çəkir.

Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Ümid partiyasının sədri İqbal Ağazadə maraqlı nüansları önə çəkib.

- Azərbaycan-Ermənistan arasında aparılan danışıqlarda əsas vasitəçi olan Rusiya regionda nəyə nail olmağa çalışır. Bu prosesdə Azərbaycan üçün mühüm olan nədir?

- Bu gün Azərbaycan üçün mühüm olan odur ki, proses gedir. Azərbaycan bu prosesdən uduzmur. Rusiya bu görüşləri ona görə təşkil etmir ki, tərəflər sülhə nail olsun, Cənubi Qafqaza əminəmanlıq gəlsin. Hamı yaxşı başa düşür ki, Kreml bu görüşü regionda möhkəmlənmək, regionu öz nüfuz dairəsindən çıxmamaq üçün yollar axtardığına görə təşkil edir. Moskva daha çox “masalar” təşkil edir və daha çox sənədlərin imzalanmasına çalışır ki, onun əsasında tərəflərə təzyiq edib regionda qalmaq üçün hüquqi əsas tapsın. Şimal qonşumuz bunu reallaşdırmaq üçün hələlik ortaya mövqe qoya bilir. Hələlik regionda masanın başında Rusiya dayanır.

- Azərbaycan Ermənistanla danışıqlarda kommunikasiya və iqtisadi-ticari əlaqələrin qurulmasından əvvəl ilk növbədə hansı məsələnin həlli üzərində dayanmalıdır?

- Kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması yalnız o şərtlə mümkün ola bilər ki, tərəflər Azərbaycanın ərazi bütövlüyünü tanısın. Hesab edirəm ki, yaradılan işçi qrupunun və Azərbaycanın səlahiyyətli nümayəndələrinin danışıqlarda ilk qaldıracağı məsələ bu olmalıdır. Artıq ondan sonra prosesi fərqli istiqamətdə aparmaq rahat olacaq. Təəssüf ki, bu məsələ indiyə qədər ortaya gətirilməyib.

Ona görə də Azərbaycanın danışıqlarda birinci növbədə BMT-də qəbul edilmiş sərhədlər çərçivəsində dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsini qaldırmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanımalıdır. Ərazi bütövlüyü tanındıqdan sonra konflikt yeni bir mərhələyə daxil olur. Artıq bundan sonra Ermənistan tərəfindən hər hansı bir hərbi müdaxilə baş verərsə, bu, bir ölkənin başqa bir ölkənin ərazisinə qəsdi və yaxud da müharibəyə başlaması kimi qiymətləndirilə bilər. Diqqət edirsizsə, Rusiya bu məsələdə də maraqlı deyil. Rusiya ərazi sərhədlərinin bütövlüyü məsələsinin müzakirəsinə başlanılmasını istəmir.

- Sizin fikrinizcə, Qarabağ məsələsi yenidən beynəlxalq müstəvidə hüquqi bir mərhələyə daxil ola bilərmi?

- Ərazilərimizin tanınmasından sonra Azərbaycan istənilən danışıqlarda hüquqi üstünlük əldə edəcək. Ona görə də, qeyd etdiyim kimi, Ermənistanı daha çox buna məcbur etmək lazımdır. Azərbaycan ortaya belə bir mövqe qoymaldır ki, əgər sən mənim ərazi bütövlüyümü tanımırsansa, mənim ərazi bütövlüyümə qəsd və yenidən müharibə etmək barədə düşünürsənsə, mənim səninlə iqtisadi və siyasi əlaqələr qurmağım məntiqə uyğun deyil. Biz xoş məramımızı ifadə eləyirik, kommunikasiyaların açılmasının, Ermənistanın blokadadan çıxmasının tərəfdarıyıq, region xalqlarının yaxın qonşuluq münasibətləri çərçivəsində barış və sülh şəraitində yaşamasını istəyirik. Lakin sən də bunun müqabilində BMT-nin tanıdığı sərhədlər çərçivəsində mənim ərazi bütövlüyümü və suverenliyimi tanımalısan. Bizim ərazilərimiz tanınandan sonra biz istənilən məsələni istənilən masada müzakirə edə bilərik.

- Türkiyənin bir sıra ekspertləri Türkiyənin bu danışıqlar prosesinin kənarına itələndiyini deyir. Türkiyə bu dəfə niyə kənarda qaldı?

- Ermənistan və ayrı-ayrı dövlətlər regionda prosesin içərisində olmaqda maraqlıdır. Rusiya isə “masada” ondan başqa heç kimi istəmir. Azərbaycan masada Türkiyənin olmasında maraqlıdır. Amma masada əsas söz sahibi Rusiyadır.

Yəni bu təkcə Azərbaycanın istəyi ilə bağlı olan məsələ deyil. Türkiyənin bu masada olmasını istəyən çox az dövlətlər var. Azərbaycandan başqa kimsə Türkiyənin masada olmasını istəmir. Bunu ilk növbədə istəməyən Rusiyadır, Avropa ölkələridir. Hətta Rusiyaya embarqo, sanksiya tətbiq eləyən dövlətlər belə Rusiyanın regiona daxil olmasına qarşı çıxmadılar. Türkiyənin hətta sülhməramlı qismində regiona gəlməsini əngəlləmək üçün mövqelər ortaya qoydular. Hər kəs Türkiyəyə qarşı çevrildi. Rusiya bu məsələdə mövqelərini açıq ifadə etməsə də, hamı çox yaxşı bilir ki, Kreml Türkiyənin nəinki masada, bölgədə olmasını istəmir. Faktiki olaraq tək Azərbaycanın istəyi ilə bu məsələni gerçəkləşdirmək o qədər də asan deyil. Azərbaycan fərqli mövqe tutmalıdır. Azərbaycan ərazilərini qorumaq üçün Türkiyə ilə ikitərəfli birgə əməkdaşlıq müqaviləsi bağlayıb, türk ordusunu öz ərazisinə dəvət etməlidir. Türkiyə Monitorinq Mərkəsindəki funksiyasından istifadə edirsə, sülhməramlıların, o cümlədən Ermənistanın Dağlıq Qarabağın üzərində hüquqlarının genişləndirməsinə və hər məsələyə müdaxilə etməsini əngəlləyən bir siyasət yürütməlidir. Eləcə də Ermənistan və İranla sərhədlərinin qorunması istiqamətində Türkiyə-Azərbaycan müqaviləsi bağlanmalıdır. Görünür ki, bu məsələ ilə bağlı Türkiyənin də edə biləcəyi çox az şey var idi.

- Başqa bir mülahizəyə görə, Putin və Makron Cənubi Qafqazda hansısa yeni bir model barədə razılığa gəldilər.

- Heç kəs Cənubi Qafqazda yeni model düzəldə bilməz. Hər hansı yeni model birinci növbədə Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanın Türkiyənin razılığı və maraqları qorunmadan hər hansı prosesdə iştirakı məntiqdən çox uzaq görünür. Əgər bu, Azərbaycanın maraqlarına zidd olacaqsa, dövlətimiz heç bir halda razılaşmayacaq. Türkiyənin maraqlarına zidd olarsa, Azərbaycan belə layihələrdə iştirak etməyəcək. Əgər qəbul etsək ki, Fransa regionda Türkiyəyə qarşı sərt mövqedə dayanan ölkədir, Rusiya Surya və Liviyada Türkiyə ilə döyüş halındadır, deməli hər hansı “Rusiya-Fransa modeli” Türkiyənin ziyanına ola bilər. Ona görə də Azərbaycan bu məsələrərdə iştirak etməyəcək. Azərbaycanın iştirak etmədiyi hər hansı layihə isə iflasa uğrayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru